Necə xatırlaya bilərik? (cavablanıb)

Moderators: Shana, Azerbaijan Moderator

Post Reply
Hasan Aal AlMahdi
Posts: 18
Joined: Thu Jul 23, 2020 11:34 am

Sual:
Biz niyə öz keçmiş inkarnasiyalarımızı, ailələrimizi və s. unuduruq və necə xatırlaya bilərik?

Cavab:
Rəhman və Rəhim olan Allahın adı ilə
Bütün həmdlər Aləmlərin Rəbbi Allaha məxsusdur
Allahım, Muhəmməd və Ali-Muhəmmədə, İmamlara və Mehdilərə salavatını göndər
Biz hər həyat arasında inkarnasiyalarımızı unuduruq, çünki digər həyatdakı sevdiklərimizi, itkilərimizi, çətinliklərimizi, əzab-əziyyətlərimizi xatırladığımız halda, yeni bir inkarnasiyanı yaşamaq çox acı verici olardı. Xatırladığımız və köhnə ailəmizdən ötrü darıxdığımız halda yeni ailəmizlə heç vaxt həqiqətən xoşbəxt ola bilməzdik. Və keçmiş həyatın faciələrini xatırlasaydıq, yeni həyatda bir fəaliyyət göstərə bilməzdik. Əgər hələ də keçmişin təsirində qalsaydıq yeni həyat yeni bir fürsət olmazdı. Odur ki, həyat səhifəsi tərtəmiz təmizlənir və yeni ətraf mühitlə və yeni insanlarla qurulmuş yeni nəfslə yeni bir həyat başlayır. Və bununla belə əgər bilməyi seçsək, Allah bizə keçmişin xatirələrinə nəzər etmək qabiliyyətini verir.
Xatırlama yolu çox sadədir... xatırlaya biləcəyimizə həqiqətən inanmaqla.

Əba Sadiq (əs)
Post Reply

Return to “İmam ilə Suallar və Cavablar”