Şüeyb ibn Saleh və Xorasani haqqında sual. (Cavablanıb)

Moderators: Shana, Azerbaijan Moderator

Post Reply
Qafar Aal Al-Mahdi
Posts: 22
Joined: Sun Jul 26, 2020 10:43 am

Sual:
1- İmam (ə.s), bizə biraz Şüeyb ibn Salehdən danışa bilərmi? Niyə o, Yəmaninin məşhur dəstəkçilərindəndir və s.?
2- Bəs Xorasani? O şəxs, Bəni-Abbas (İraq) Hökumətinin İŞİD terrorçularına qarşı müharibəsini dəstəkləyən əsgərlərindən biridirmi? Yoxsa İran dövlətinin tamahkar əsgərlərindəndirmi?

Cavab:
Rəhman və Rəhim olan Allahın adı ilə. 
Allahın salamı və səlatı Muhəmməd və Ali-Muhəmmədə (ə), İmamlar və Mehdilərin (ə.s) üzərinə olsun. 
Allahın salamı, rəhməti və bərəkəti sizin üzərinizə olsun.
Bəli, Allah sənə tovfiq versin, danışa bilərəm.
Şüeyb ibn Saleh, Allah onu qorusun, hal-hazırda mövcuddur (həyatdadır). Və o, İmam Mehdinin (ə.f) Ənsarlarındandır və məzlumlardandır. O, şərəfli və cəsur bir şəxsdir. Və onun, insanların eşitdiyi qılınc kimi bir sözü var. Ətrafındakı insanlar, onun səmimiyyətindən, xeyirxahlığından, xoş xasiyyətindən və bir çoxunun onu tanıyıb bildiyi hər şeydən dolayı, ona böyük ehtiram bəsləyirlər. Və onun öz camaatı (qəbiləsi) ilə arasında cərəyan edən – düyünə düşmüş qəbilə ixtilaflarını öz uzaqgörənliyi, ağıl və hikməti ilə həll etdiyi – hadisələr mövcuddur. Buna görə də insanlar onu çox sevir. Şüeyb ibn Salehin məşhur bir əşirəti vardır. Və o, İmam Mehdini (ə.f) dəstəkləyən ən məşhur şəxslərdəndir. O, İmam Mehdiyə (ə.f) zəfər vermək üçün qiyam edib hərəkətə keçəcəyi vaxt insanlar onun ətrafında toplanacaqlar.
Xorasaniyə gəldikdə isə, ilk əvvəllər o, bilmədən və anlamadan İmam Mehdiyə (ə.f) düşmən olan şəxslərdən olacaq. Amma müəyyən bir hadisədən sonra o, İmam Mehdiyə (ə.f) beyət edəcək və fəth mərhələsində onun (ə.f) sağ əli olacaqdır. Və mübarək döyüşlərin birində şəhid olacaqdır. Həmd olsun Aləmlərin Rəbbi olan Allaha.
Əhməd əl Həsən 
Zilhiccə 1436, Hicri
Post Reply

Return to “İmam ilə Suallar və Cavablar”