User avatar
By Ali Jafarov
#65042
Bağışlanma xütbəsi

Rəhman və Rəhim olan Allah’ın Adı ilə.
Həmd, Aləmlərin Rəbbi olan Allah’adır.
Allahım! Hz. Muhəmməd (səas)’ə və Əhli Beyt’inə səlat et!
(“İnanıb saleh əməllər işləyənlərin və Muhəmməd’ə endirilənə” – ) Muhəmməd: 2 ( “inananların isə ALLAH günahlarını örtmüş və ağıllarını islah etmişdir.”)
Bu Allah’ın Höccətlərinə inananların halıdır.
Onlar başlanğıcda Allah’ın kəlamına inandılar və iman etdilər. Və sonra, onlarla əməl etdilər və üzərlərinə olan Allah’ın Höccətlərinə iman etdilər ki, bu onlara Rəbblərindən gələn haqqdır. Və beləcə, onlara Rəbblərindən göndərilən mükafat isə; “günahlarının örtülmüş və ağıllarının islah edilmiş” olmasıdır.
Və indi gəlin; Allah’ın söylədiyi kimi “günahlarını örtmüş”ə görəmi əməl edirik, özümüzdən bir soruşaq?
Mömin qardaşınız, Allah cc tərəfindən təmiz və saf olaraq tanımlanmışdır. Allahu Təala, sadəcə günahlarını silməmiş, həmçinin bütün günahlardan da uzaqlaşdırmış (günahlarını örtmüşdür). Və uzaqlaşdırmaq demək; gizləmək və örtmək deməkdir. Bəli, sırf onları əfv etməmiş, həmçinin gizləmiş və örtmüşdür.
Və bilirsinizmi kimlərdən örtmüşdür?
Mələklərdən örtmüşdür. Bəli, yer üzündən və bu itaətsizliyə və günaha şahid olan hər şeydən gizləmişdir. Yəni günah artıq mövcud deyil və sanki heç olmamış kimi, artıq heç bir təsiri də yoxdur.
Onları yazan mələk: Allah yazdığını ona unutdurmuşdur. Bəli, yer üzündən və hər şeydən silmişdir.
Həqiqətə cahil olanlar da deyər ki, pis əməllər və günahlar, Allah tərəfindən əfv edilər, lakin təsirləri baqi qalar. Və bu insanlar, nəfsə örnək olaraq taxta parçasını, günahlara örnək olaraq da, taxtaya vurulmuş mismar örnəyini verirlər. Və deyərlər ki, mismarlar sökülsə belə, təsirləri baqi qalır. Yəni günahlar əfv edilsə belə, təsirləri qalar deyərlər. Bu onların dedikləridir.
Mən də deyirəm və sizə həqiqəti danışıram ki; yanılırsınız. Bilmədiyiniz bir şey haqqında niyə danışırsınız? Tövbəkar şəxsin üzünə Cənnətin Qapılarını niyə bağlayırsınız? Taxtaya mismar vuran kəs, taxtanın yaradıcısı deyilmi ki, taxtanı əvvəlki halına geri qaytara bilməsin? Halbuki, günahları bir tek O (cc) bağışlayar. O, ruhu yaradan Allah’dır və hər şeyə qadirdir. O (cc), ruhu əvvəlki halına döndürməyə muqtədirdir.
Əgər qul, Allah’a tövbə edərsə, Allahu Təala, əməlləri yazan mələklərin nə yazdığını onlara unutdurar və yer üzü, qulun işlədiyi hansı itaətsizliklərə şahid olmuşsa olsun, onları ona unutdurar. Və tövbəsində səmimi olan qulun isə, işləmiş olduğu hər bir günahın izini, ruhundan qaldırar.
Bəli, anasının onu doğduğu gün kimi olar, saf təmiz. Sıfır günah. Sıfır iz. Heç xatırlayan.
Bəli, Allah’ın bir lütfü olaraq, Allah qulunun günahını xatırlamasını sağlar, ondan bəhs etmək üçün deyil, çünki Allah bundan məmnun olmaz. Əksinə, təkrar ona dönməsin və beləcə tez-tez itaətsizliklərinin acısını çəkərək, itaət edə bilsin deyə. Və bundan dolayı, acısı sayəsində yüksəlsin deyə.
O zaman Ey Tövbəkar; sən bugün, ananın səni doğduğu gün kimi, saf təmizsən/təbiisən (fitrət). Əgər yüksəlmək istəsən, Göy üzünün qapılarından heç bir qapı üzünə bağlanmaz. Yəqin olanlardan olmaq istəyirsən, bəli lütfən qapı sənin üçün açıqdır. Ki bu qapı, Rəhman və Rəhim olan tərəfindən açılmışdır.
Allah-u Təala, O’nu duymağını və şeytanın çağrısını tərk etməyini istəyir. Onun bu dediyinə aldanmayın: “Sən kimsən? Sən kimsən ki, yəqin olanlardan olasan?” Onun bu dediyinə də aldanmayın: “Sən kimsən ki, yüksək mərtəbələrə çıxasan.”
Və əgər ona dönmək məcburiyyətində qalsan, ona de ki: “Mən zavallı, qüsurlu bir fani və günahkar bir qulam, lakin mənim Rəbbim çox şəvqətli, çox mərhəmətli və çox comərddir. Rəbbim mənə lütf edərək mənə qapıları açdı”.
Yəni Allah’ın Höccəti’ndəki möminin halı budur (günahlarını örtmüşdür). Və indi, O svt’nın necə örtdüyünü bilirik. Yaxşı, o zaman onların haqqını verməlimiyik? O zaman, o təmiz və saf olanlara haqlarını verməlimiyik? Hər biri ilə necə maraqlanacağıq? Bəli, hər birimizin bilməsi lazımdır ki, onun mömin qardaşı, Allah’a sevgilidir. Allah mömini və onu sevəni sevər. Onun saf olduğunu bilmən və Allah’ın onun günahlarını örtdüyünü bilmən, sənin də onu sevmən üçün yetərlidirmi? Allah’ın sevməsi, sənin də onu sevmən için yetərli midir? Peyğəmbərlərin və Xəlifələrin onu sevməsi, sənin də onu sevmən üçün yetərli midir? Mələklərin onu sevməsi, sənin də onu sevmən üçün yetərli midir? Bir kəliməylə mömini incitmənin, Allah’ı məmnun etməyəcək olması, onu incitməkdən çəkinmən üçün yetərli midir? Allah’a ən sevgili olan yaratımın, Allah uğruna sevənlər (mömin qardaşlarını sevmək) olduğunu bilmən, sənin üçün yeni bir başlanğıc olar mı? Ey sevgi ilə arınmış mömin ya da arınmış mömin qardaşlarına zərər verməyin tərki ilə arınmış olan mömin! Bəli, bu sənin yüksələ bilmən üçün sənə fərzdir. Qapılar sənin üçün açıqdır, o zaman şeytanın hiylələrinə baş vurma. Heç bir zaman möminləri sevməyi tərk etmə ya da onları incitməməyi ki, sənə açılmış qapılar yenə bağlanmasın.
O halda, O svt’nın dediyi kimi mi əməl edirik (və hallarını düzəltmişdir)? Lütf edilən əmniyətli dinə və həqiqi bağlılığa görə şadmıyıq?
De ki: “Ancaq Allah’ın lütf və rəhmətiylə, yalnız bunlarla sevinsinlər. Bu, onların toplayıb durduqlarından daha xeyirlidir.” ﴾Yunus: 58﴿
Materialistik zəfər də daxil olmaqla, dünyəvi şeylərdən sıyrılmış olmağı, umursamıyor muyuz/vecimizə almırıq mı? Və əgər materialistik zəfər, sadəcə Allah’ın ehsanı və O’nun lütfü sayəsində qazanılsa, şad olacaq mıyıq?
Əlinizdən çıxana üzülməyəsiniz və Allah’ın sizə verdiyi nemətlərlə şımarmayasınız deyə (belə etdik.) Çünki Allah, özünü bəyənib öyünən/lovğalanan kəsi sevməz. ﴾Hədid: 23﴿
Əgər biz bunun kimiysək, o zaman (ağıllarını islah etmişdir)’ə örnək olmağımız lazımdır. Bəli, O svt; O’nun yargısına olan məmnuniyət və O’nun əmrinə olan itaət ilə, onların ağıllarını islah etmişdir. O svt, O’na olan adanmışlıqları ilə, onların ağıllarını islah etmişdir. O svt, O’nun Höccəti’nin əlləri arasında çalışmaları ilə, onların ağıllarını islah etmişdir. O svt, O’na olan səmimiyyətləri ilə onların ağıllarını islah etmişdir. O svt, onların ağıllarını ümid və qorxu ilə islah etmişdir.
Bəzi cahillər vardır ki, bəlkə belə təxəyyül edirlər; O svt, onların ağıllarını, bu dünyanı, onlara yaxşılaşdıraraq islah etmişdir, yəni materialistik hallarını. Zənn edirlər ki, O svt, onların ağıllarını, materialistik hallarla islah etmişdir. Çünki bu dünya, onların elmdə gedəcəkləri ən uzaq nöqtə ikən; ağılları islah edilmiş olanlar üçün isə; bu dünyanın hamısı; elmin halları xaricində; cahildir. Və elmin tamamıysa; əməl edilən Höccət’dir. Və əməllərin tamamıysa; səmimi olmanın xaricində; göstəriş üçündür. Və səmimiyyət isə, kişi/adam baxıb onun üçün (həyatını) nəyin möhürlədiyini görənə qədər, böyük təhlükədədir.
Yəni onların ağılları O’nunla svt məşğuldur. Və ağlın Allah ilə məşğul olmasından başqa daha islah edici bir şey olabilər mi? Bəli, əsasən hər kim belə olduysa, O svt (ağıllarını islah etdi).
Barış, sizin üzərinizə olsun Ey Möminlər! Allah’ın mərhəməti və O’nun rəhməti sizin üzərinizə olsun. O’nun salamı və səlatı, çətinliklərə və sıxıntılara səbat edənlərin üzərinə olsun.
Və barış, haqlı və doğru olan, Allah’ın dəstəkçilərinin üzərinə olsun. Ki onlar, Allah’a nə əhd etmişlərsə, onu gerçəkləşdirdilər. Və beləcə Allah da, onların əhdini/andını təsvib etdi. Allah onlara, Peyğəmbər və Elçiləriylə, yüksək mərtəbələrdə iqamət etməyi nəsib etsin.
Barış sizin üzərinizə; axirətə güvənli, huzurlu, Allah’ın sevdiyi və razı olduğu əmniyətli din ilə, keçənlərin üzərinə olsun. Allah’dan sizlərə, bizim məsələmizdə, şəfaət etməsini və biz zavallı insanlar olaraq, bu cansız qaranlıq dünyada qalmış olduğumuzdan, bizim üçün dua etməsini dileyirəm ki, o zaman bizim yolumuz; ki o keçiş günü bizim üçün yazılmışdır; sizin keçdiyiniz yerə, işığa/nura doğru olsun.
Ey Allah’ım, bizi dəstəklə və Sənin ehsan və lütfünlə və Sənin təşəbbüsünlə, bizi Sənin dinini dəstəkləmək üçün istifadə et.
Bismillahir Rəhmanir Rəhim:
Allah’ın zəfəri gəldiyində və insanların bölük bölük Allah’ın dininə girdiyini gördüyündə, Rəbbini ucalt və O’ndan bağışlama dilə. Çünki O tövbələri çox qəbul edəndir. ﴾Nəsr: 1-3﴿
Əhməd Əl Həsən (ə.s)
Vəl həmdulillahi Rəbbil Aləmin
Ve Salallahu ala Muhəmməd və Ali Muhəmməd, Əl Əimmətə vəl Mehdiyyin və səllim təslimən kəsira
Və səlamun aleykum və rəhmətullahi və bərəkatuh
You do not have the required permissions to view the files attached to this post.
A- Nom nouveau du Mahdi.

Salam, Après le Rappel. A-19. Nous avions d[…]

Ha- Houmaza, Calomniateurs.

Salam, Des calomniateurs. Ha-1. Al-Houmazah[…]

L- La Mère des Cités.

Salam, La Montagne des Montagnes. L-6. Il e[…]