User avatar
By Ali Jafarov
#65044
Hövzə tələbələrinə xütbə

Rəhman və Rəhim olan Allahın adı ilə.
Həmd olsun Allaha, imtahanından və böyük əcrindən ötrü.
[O zaman onlardan bir dəstə dedi: “Allahın məhv edəcəyi və ya şiddətli əzaba düçar edəcəyi bir tayfaya nə üçün öyüd-nəsihət verirsiniz?” Onlar dedilər: “(Bu,) Rəbbiniz yanında üzrxahlıq etmək üçündür. Bəlkə, onlar (pis əməllərdən) çəkinsinlər!” Onlar özlərinə edilmiş xəbərdarlığı unutduqları zaman, Biz pis əməlləri qadağan edən kimsələri xilas etdik, haqsızlıq edənləri isə itaətdən çıxdıqlarına görə dəhşətli bir əzabla yaxaladıq.] (Əraf 164-165)
Nəcəfi-Əşrəfdə və Qumda olan Elmi Hövzə tələbələrinə, və bu dünyadakı hər bir yerə səslənirəm: Özünüzə qarşı adil olun və qəlblərinizi hikmətə sarı çevirin və sözlərim üzərində adil bir şəxsin düşündüyü kimi, yaxşıca düşünün və əsla Al-i Muhəmmədə (ə.s) qarşı laqeyd olmayın. Çünki onlar bu cür deyərək Ərşə dayanmaqdadır: “Rəbbim, məni himayə edəni himayə et, mənə qarşı laqeyd olana laqeyd ol.”
Hidayətə sarı aparan hansı iki önəmli şeydən yapışmısınız? Qurandanmı, Əhlibeytdənmi? Bunu özünüzdən soruşdunuzmu? Qurana gəldikdə, onu tərk etdiniz və ondan üz çevirdiniz və öz tərəzinizdə onu ən yüngül şey qərar verdiniz. Əhlibeytə (ə.s) gəldikdə, onların Yəmani hikmətini və ilahi rəvayətlərini saman kimi küləklərlə sovurdunuz. Və sizlər, öz arzularınıza uyğun olanı qəbul etdiniz, hətta onun raviləri çox az sayda olsa da, və sizlər öz fikirlərinizə zidd olanı tərk etdiniz, hətta o onlardan (ə.s) dəfələrlə nəql edilsə də… Siz deyirsiniz ki, onların (ə.s) məni təsvir etdikləri hədislər dəlil deyil; Allah Rəsulunun (s), İmamları və Mehdiləri (ə.s) zikr etdiyi Vəsiyyəti dəlil deyildir, Quranın və səmavi yolların elmi dəlil deyildir. Beləliklə, Muhəmməd (s), Quran və Əhlibeyt (ə.s) sizin tərəzinizdə necə də yüngüldür və onlar (ə.s) sizin düşüncələrinizdə necə də zəifdirlər!
Sizə haqqı deyirəm, Tövratda yazılmışdır,
[Rəbbə, bütün qəlbinlə etimad et və öz qavrayışına bel bağlama. Gördüyün hər işdə Rəbbini yad et, O sənin yolunu düzləşdirər. Özünü müdrik olaraq görmə, Rəbdən qorx və pisliklərdən uzaq dur!] (Aforizmlər, Bölüm 3, aforizm 5-7)
Və Quranda yazılmışdır:
[Uğrumuzda cihad edənləri mütləq Öz yolumuza yönəldəcəyik. Şübhəsiz ki, Allah xeyirxah əməl sahibləri ilədir.] (Ənkəbut 69)
Siz deyirsiniz ki, “Biz, adil kəslərin şahidliyini qəbul edirik”, elə isə budur, Allah mənə şahidlik edir, Muhəmməd (s) mənə şahidlik edir, Əmirəl Möminin Əli (ə.s) mənə şahidlik edir, Fatimətüz-Zəhra (s.ə) mənə şahidlik edir, Həsən (ə.s) mənə şahidlik edir, Hüseyn (ə.s) mənə şahidlik edir, Əli ibn Hüseyn (ə.s) və Muhəmməd və Cəfər və Musa və Əli və Muhəmməd və Əli və Həsən və Muhəmməd (ə.s) mənə həqiqi möminlərin gördüyü yüzlərlə yuxular ilə şahidlik edir.
İndi siz onların şahidliyini, onların sözlərini və sizlər üçün olan tövsiyyələrini qəbul etmirsinizmi? Onlar (ə.s) sizə demədilərmi ki, haqq sahibi gələndə onlar (ə.s) onun ətrafında cəm toplanacaqlar?! Və Onlar (ə.s) buyurdular:
“Əgər Bizim, bir şəxsin ətrafında cəm olduğumuzu görsəniz, onda silahlarınız ilə bizə sarı gəlin!” [1]
Siz deyirsiniz ki, Şeytan Allah Rəsulunu (s) təqlid edir.
[And olsun ki, olduqca pis bir iş tutdunuz. Bundan az qaldı göylər parçalansın, yer yarılsın və dağlar yerindən qopub uçsun!] (Məryəm 89-90)
Və Allah buyurur:
[Və bunu şeytanlar endirmədi. Onlar buna layiq deyildirlər və (bunu) bacara da bilməzlər.] (Şuəra 210-211)
Belə ki, əgər şeytan Qurandan bir hərf belə oxuya bilmirsə, onda necə Muhəmmədi (s) təqlid edə bilər? Bir halda ki Muhəmməd (s) bütün Qurandır:
[De: “Əgər bilirsinizsə, (deyin görüm) hər şeyin mələkutu əlində olan, himayə edən, özünü isə qorumayan kimdir?”] (Muminun 88)
Mələkuti-Səmavatın və Yerin səltənəti kimin əlindədir? Əvvəla siz, Mələkutun Şeytanın əlində olduğunu deyərək, Allaha qarşı insaflı olmursunuz və siz, Allah Rəsulunun (s) hörmətini pozursunuz. Güc və Qüvvət, Uca və Böyük olan Allah ilədir. Siz insanları alçaldır və onlara deyirsiniz ki, “Siz bəyəm Rəsulullahı həyatda görmüsüz ki, yuxuda onu tanıya biləsiz?”
SubhanAllah! Məgər İmam Sadiq (ə.s)’ın dövründə Allah Rəsulunu (ə.s) görən bir şəxs var idimi ki, İmam Sadiq (ə.s) da deyərdi: “Hər kim yuxusunda Rəsulullahı görmək istəsə, filan filan cür etsin.”? Və bu mənada bir çox rəvayət var, bunun üçün Dar-us Səlam və başqa rəvayət kitablarına nəzər sala bilərsiniz.
Deyirsiniz ki, yuxu sadəcə onu görən şəxs üçün dəlildir və beləliklə siz Allah Rəsulunu (s) Mələkut Aləmində görmüş və eşitmiş və Onun (s) tərəfindən haqqın bildirildiyi, adil möminin şəhadətini rədd edirsiniz. Onda siz onun bu cismani aləmdə gördüyü və eşitdiyi həqiqət ilə bağlı şəhadətini necə qəbul edirsiniz?
[Elə isə bu, çox ədalətsiz bir bölgüdür!] (Nəcm 22)
İmam Həsən Əskəri (ə.s) tərəfindən nəql edilmiş bir hədisdə, Fazil ibn Harisin, onu (ə.s) yuxusunda görməsindən və ona dediyi şeyi (ayıq vaxtı) deməsindən sonra, o (ə.s) belə buyurdu:
“Bizim, yuxuda olarkən (sizə) dediyimiz sözlər, oyaq olarkən dediklərimizlə eynidir.” [2]
Məgər Rəsulullah (s), Xalid ibn Səidin iman edişini, o yuxu gördüyü üçün qəbul etmədimi? Allah Rəsulu (s), yuxusunda Musanın (ə.s) ona Muhəmmədin (s) haqq olduğunu söylədiyi bir yəhudinin iman edişini qəbul etmədimi? İmam Rza (ə.s) Vaqifiyyənin iman edişini, onun (ə.s) haqq olduğunu yuxularında gördükdən sonra qəbul etmədimi? İmam Hüseyn (ə.s) Vəhab Nəsraninin iman edişini, o yuxu gördüyü üçün qəbul etmədimi? İmam Mehdinin (ə.s) anası Nərcis (s.ə), gördüyü yuxudan dolayı İmam Həsən Əsgərinin (ə.s) yanına getmədimi? Onlar belə etmədilərmi, onlar belə etmədilərmi? Biz Allaha məxsusuq və Ona da qayıdacağıq.
Sizin tərəzinizdə bu dünya necə də ağırdır və sizin arzu və düşüncələrinizdə Mələkut-i Səmavat necə də yüngüldür! Keçmiş ümmətlərin öz Nəbiləri ilə necə davrandıqları haqda düşünün. Özünüzə qarşı adil olun və qəlbinizi hikmətə doğru açın. Sizə tövsiyə edirəm, sizi xəbərdar edirəm. Hüseyn (ə.s)’ın (həyat) səhifəsini tövsiyəmə bir qapı olaraq açın, bəlkə aranızdakı bu şəxs sağlam düşüncəli və özünü cəhənnəm quyusunda fənaya uğramaqdan qoruyan ağlı başında olan biridir.
Hüseyn (ə.s), Allahın ərşi üçün bir qurbandır və əgər Onun (ə.s) qanı bahasına olmasaydı, bu ilahi dinin açıq-aşkar bir yolu olmazdı və axırzamanda İlahi Ədalət Dövləti qurulmazdı.
İmam Hüseyn (ə.s) göstərdi ki, bu ilahi din ancaq onun müqəddəs qanı bahasına qalacaq. Əgər Hüseynin (ə.s) Kərbəla torpağına tökülmüş qanı bahasına olmasaydı, nəbilərin və elçilərin bütün səyləri boşa gedərdi, və Muhəmmədin (s), Əlinin (ə.s), Fatimənin (s.ə) və Həsənin (ə.s) səyləri boşa gedərdi. Və Hüseynin (ə.s) övladlarından olan İmamlar (ə.s) ilahi din, ilahi vilayət və Hakimiyyətullah qanunlarını inşa edə bilməzdilər. Və kim İmam Hüseyn (ə.s)’ı sadəcə insanların ona ağlamaları üçün öldürülmüş bir İmam etməyə çalışarsa, o şəxs Hüseyn (ə.s)’ın qanını axıdanlar ilə şərikdir və o, indiki dövrdə Hüseyn (ə.s)’ı öldürməyə çalışanlardandır.
Kərbəlada Hüseyn (ə.s) şeytan ilə və onun bütün şər simvolları ilə üzləşdi. Hüseyn (ə.s) İslam ümmətinə hökmranlıq edən və Allahın hakimiyyətini pozan rəhbərlərlə üzləşdi, və Hüseyn (ə.s) əməlsiz alimlər ilə üzləşdi, Şureyh Qazi, Şəbs ibn Rəbi, Şimr ibn Zilcövşən və onların bənzərləri ilə. Və onlar, üzləşmə mərhələsindəki ən təhlükəli həlqələr idi. Çünki onlar, özlərini haqsız yerə və saxtakarcasına dindarlıq libasları ilə örtmüş, zülm və təqlid ilə insanları Hüseynə (ə.s) qarşı Muhəmmədin (s) qılıncını istifadə etdikləri düşüncəsinə salaraq aldadırdılar. Və onlar, Allahın adından yalan və iftira icad etməklə, ilahi dinin təmsilçiləri olduqlarını iddia edirdilər. Və Əhlibeyt (ə.s) onlarla əlaqədar buyurdu ki, onlar onun qılıncını sağ əlləri ilə çıxardılar və onu elə ona qarşı istifadə etdilər.
Və Kərbəlada, Hüseyn (ə.s) bu dünya və onun bər-bəzəkləri ilə üzləşdi. Allaha olan əhdini tamamlayan az sayda şəxslərdən savayı heç kim onu (dünyanı) buraxmadı və heç kim Hüseynin (ə.s) və nəbilərin və elçilərin karvanına, və haqqın və nurun karvanına qatılmadı.
Və Kərbəlada, Hüseyn (ə.s) “Mən” ilə üzləşdi. Və Hüseyn (ə.s)’dan sonra bu üzləşmənin cəngavəri və bu xaosa tərəf addımlayanların ən xeyirlisi, suyu əlindən tökən və Qurandakı [Özlərinin ehtiyacı olsa belə, onları öz canlarından üstün tuturlar.] (Həşr 9) ayəsinin altına imza atan Abbas ibn Əli (ə.s) idi. Nə ehtiyac idi Abbasın (ə.s) ehtiyacı və nə seçim idi digərlərini öz canından üstün tutması?! O seçimi, necə sözlərlə vəsf etmək olar ki?!
Və Kərbəlada, Hüseyn (ə.s) İblis (l.ə) ilə üzləşdi. Adəmoğullarının, doğru yoldan azdıran və onları cəhənnəm odunun uçurumuna salan köhnə düşməni. Və Hüseyn (ə.s) və onun şiələri (ə.s) bu qarşılaşmada qalib gəldilər. Zalım hökmdarlara gəldikdə isə Hüseyn (ə.s) onları öldürdü və insanların hakimiyyətinin (Hakimiyyətunnasın) etibasızlığını (batilliyini) bütün yönləri ilə bəyan etdi, istər bu onlar arasında şura yolu ilə baş versin, istərsə də insanlar tərəfindən keçirilən seçkilər yolu ilə olmuş olsun.
Və Hüseyn (ə.s) açıqladı ki, hakimiyyət Allahındır. Çünki O (s.v.t), Mülkün Sahibidir və (sadəcə) O (s.v.t) təyin edə bilər və insanlar Onun (s.v.t) təyin etdiyini qəbul etmək məcburiyyətindədir. Və kim Allahın seçimini rədd edərsə, Allaha səcdə etməyi rədd etmiş sayılır, eynilə İblis kimi (Allah ona lənət etsin). O vaxt ki o (l.ə), Allahın yer üzündəki xəlifəsi olan Adəmin (ə.s) seçilməsinə etiraz etdi və ona itaət etməyi və boyun əyməyi rədd etdi. Odur ki, İblisin öz çağrısı ilə sizə təsir etməsinə imkan verməyin və onun vədinə aldanmayın. Allah-Təala buyurdu:
[De: “Ey mülkün sahibi Allahım! Sən istədiyin kəsə mülkü verir və istədiyindən də onu geri alırsan; istədiyin kimsəni yüksəldir və istədiyini də alçaldırsan. Xeyir (yalnız) Sənin əlindədir. Həqiqətən, Sən hər şeyə qadirsən.”] (Al-i İmran 26)
Və əməlsiz alimlərə gəldikdə isə, Hüseyn (ə.s) onları ifşa etdi və onların qara və kirli üzlərindən müqəddəslik maskasını çıxardı. Kərbəlada Hüseynin (ə.s) duruşu haqqın, ədalətin və tövhidin duruşu olaraq qaldı və kim istərə, onu hər bir dövrdə istifadə edər və onun vasitəsilə saxta müqəddəslik maskası arxasında yalnışa sürükləyən əməlsiz alimlərin çirkin üzlərini görər.
Bu dünya və onun bər-bəzəyinə gəldikdə isə, Hüseyn (ə.s) və əshabı onu tərk etdi. Həqiqət karvanı ilə birgə ilahi nura dorğu irəlilədi, və bu Hüseyn (ə.s)’ın tərəfindən, onun müqəddəs qanı ilə; söz ilə yox, əməl ilə inşa edilən ikinci bir duruş (mövqe) idi. Beləliklə o (ə.s), öz əməli ilə göstərdi ki, bu dünya və axirət yurdu, insanın qəlbində bir yerdə olmayan iki rəqibdir. Belə ki, əgər onlardan biri insanın qəlbinə girsə, digəri oranı tərk edər. Və əgər insan onlardan birinə doğru getsə, digərindən uzaq düşər. Odur ki, kim Allahı və axirət yurdunu istərsə, bu dünyanı tərk etməkdən başqa yolu yoxdur.
‘MƏN’ə gəldikdə isə, bunu demək kafidir ki, bir kəsin comərd bir şəkildə öz canını fəda etməsi, comərdliyin ən üst zirvəsidir. Kərbəlada, ‘MƏN’ ilə çox mubarizə aparıldı və insanlıq, Kərbəlada ‘MƏN’ üzərində zəfər qazandı. Hər bir haqq sahibinə öz haqlarını verən, adil ilahi mizan ilə inşa edilmiş zəfər, Hüseyn (ə.s) və onun əshabı (ə.s) tərəfindən, onların qanları bahasına doğrulanmış şəhadət mizanıdır, və bu, Allahdan başqa ilah yoxdur (mizanıdır).
İblisə gəldikdə, Allah ona lənət etsin, Kərbəlada Hüseyn (ə.s) onun əl-ayağını zəncirlədi, onun bağrına nizə sancdı. Beləliklə o (l.ə), hələ də qanına qəltan olmuş haldadır, onu vurmuş olan o böyük müsibətin iztirabı içində çabalayır, ta ki, Qaim (ə.s) Kufə məscidində onun boynunu vurana qədər (bu cür çabalayacaqdır)…
Hüseyn (ə.s) İlahi Ədalət Dövləti üçün səki döşədi, sanki Hüseyn (ə.s) Kərbəlada, onun övladlarından olan Qaimin (ə.s) idarəçiliyi üçün qətlə yetirildi və sanki Hüseyn (ə.s) İlahi Ədalət Dövləti üçün və Allahın Mülkü yolunda qurban edildi,
[Biz onun əvəzinə böyük bir qurbanlığı fidyə verdik.] (Saffat 107)
Xülasə, bu yol, bu qurban ediliş, Allaha sarı gedən yolda əlamətlərin ən parlağı idi və azğın əməlsiz alimlər, əsrlər boyu Hüseyni (ə.s) nə öldürə bildilər nə də silib ata bildilər, və o hələ də qalmaqdadır və haqqı tələb edənlər üçün göy üzündə həmişə bir bayraq olaraq qalacaqdır.
Və biz, eşşəklərin səsləri gəldiyi vaxt, Hüseyn (ə.s) üçün qorxmuruq. Allah Təala buyurur:
[Onlara Tövrata əməl etmək tapşırıldıqdan sonra ona əməl etməyənlərin halı, eyniylə belində çoxlu kitab daşıyan, (amma onlardan faydalana bilməyən) eşşəyə bənzəyər.] (Cumə 5)
Və Allah buyurur:
[Yerişində həddi gözlə, səsini alçalt. Çünki ən çirkin səs, eşşəklərin səsidir] (Loğman 19) və ya onlar əməlsiz alimlərdir ki, Hüseyni (ə.s) öldürməyə qərar vermişlər, ona görə də dedilər ki, Hüseyn (ə.s) hakimiyyətunnası dəstəklədi, halbuki Hüseyn (ə.s) hakimiyyətunnası inkar etmək və hakimiyyətullahı inşa etmək üçün qətl edildi.
Və onlar, davranışları və onu (ə.s) təmsil etdiklərini iddia edərək deyirlər ki, Hüseyn (ə.s) Amerikalıları məsləhət görür və onlar onu (ə.s) təmsil edir, halbuki o (ə.s), həyatının son anına qədər zülm və fəsadın üzünə qılıncını qaldıraraq onu rədd etdi.
Və onlar dedilər ki, Hüseyn (ə.s) Amerikanın azadlıq və demokratiyasını dəstəkləyir, halbuki Hüseyn (ə.s) Allahın quludur və Allaha ibadətdən, Onun (s.v.t) əmr və qanunlarına boyun əyməkdən başqa bir şey tanımırdı. Bu əməlsiz alimlər Hakimiyyətullahı inkar etdilər və demokratiyaya inandılar, Amerikanın demokratiyasına… və onu azadlıq adlandırdılar.
Və sizə haqqı deyirəm, Amerikanın azadlığını və demokratiyasını dəstəkləyən o əməlsiz alimlər, azad insanlardır, zira onlar Allahın qulu olsaydılar, Allahdan qorxar və əməllərindən utanardılar.
Hüseyn (ə.s) və onun pak ataları və övladları (ə.s) tərəfindən bilinən azadlıq isə, tağuta kölə olmağı inkar etmək və Allaha qul olmağa iman bəsləməkdir.
[Hər kim tağutu inkar edib Allaha iman gətirərsə, heç vaxt qırılmayan ən möhkəm dəstəkdən yapışmış olar.] (Bəqərə 256)
Özünüzə qarşı insaflı olun və qəlblərinizi hikmətə sarı döndərin. Hüseynin (ə.s) sui-qəsd edilməsinə şərik olmayın, riya, yalan və batil içində (min bir) bəhanələrlə sinələrinizə vurmayın və libasınızı cırıb göz yaşı axıtmayın, Hüseyn (ə.s) üçün əzadarlıq etməyin, çünki bunu etməklə Hüseyn (ə.s)’ı yenidən öldürürsünüz, etməyəcəyiniz şeyi söyləməyin,
[Ey iman gətirənlər! Nə üçün siz etməyəcəyiniz şeyi danışırsınız? Etməyəcəyiniz şeydən danışmağınız, Allah tərəfindən böyük nifrətlə qarşılanır.] (Saff 2-3)
Əgər siz, Hüseyn (ə.s) üçün əzadarlıq etmək istəyirsinizsə, onda onu bədənlərinizdən əvvəl ruhlarınız etsin və göz yaşlarınızdan əvvəl qanlarınız ona ağlasın. Görmürsünüz ki, bu dünya üz döndərmək, axirət isə yaxınlaşmaq üzrədir?! Quruya və dənizə Allahın yaratdıqlarının ən şərliləri, ən fasiqləri və zalımları, Amerikalılar və onların inkarçı müttəfiqləri hökm etməkdədir,
[İnsanların öz əlləri ilə etdiyi əməllərinin nəticəsi olaraq quruda və dənizdə fəsad meydana gəldi, ki (Allah) onlara, etdiklərinin bir qismini daddırsın. Bəlkə, onlar (haqqa) qayıdalar.] (Rum 41)
İslamın hörməti çeynəndi və İslamla geninə-boluna mubarizə aparıldı, (etmədikləri) daha nə qaldı ki?! Əgər siz, səmimi qəlbdən və dürüst şəkildə Hüseynə (ə.s) “Kaş səninlə olsaydıq və böyük bir zəfər qazansaydıq” deyirsinizsə, Hüseyn (ə.s) burada sizin aranızdadır, övladı İmam Mehdi (ə.s) ilə birlikdə, sizi görür və əməllərinizi müşahidə edir, dəstəyinizi gözləyir və sizi çağırır, “Bizi ehmal edəcəksiniz? Bizi dəstəkləməkdən üz döndərəcəksiniz? Allah bizə yetər və O, yardım edənlərin ən xeyirlisidir.”
İndi siz Al-i Muhəmmədə (ə.s) qarşı ehmalkarlıq etmək üçün təqiyyəni əlinizdə bəhanə edəcəksiniz? Yoxsa bu ehmalkarlığınız say və təchizatınızın azlığından dolayıdır? Məgər Talut (ə.s), Calutun ordusu ilə, onların irimiqyaslı ordusuna və böyük miqdarda təchizatına qarşı say azlığı və təchizat qıtlığı ilə döyüşmədimi? Muhəmməd (s) Bədr döyüşündə, say və təchizat qıtlığı ilə döyüşmədimi? Məgər Allah onları qalib etmədimi? Quran sizə demirmi ki,
[Neçə-neçə az saylı dəstələr Allahın izni ilə çox saylı dəstələrə qalib gəlmişdir! Allah səbr edənlərlədir.] (Bəqərə 249)
Ey İmam Mehdi (ə.s)’ı dəstəkləməkdə ehmalkarlıq edənlər! Siz, ən böyük Dəccal olan Amerikaya tabe olduqdan sonra, (bu dəfə də) Yezid ibn Muaviyənin (l.ə) varisi Süfyaniyə (l.ə) tabe olmağı gözləyirsiniz? Elə isə (sizə) atəş vəd edilmişdir,
[… yanacağı insanlardan və daşlardan olan, kafirlər üçün hazırlanmış atəş…] (Bəqərə 24)
Nə deyəcəksiniz? “Biz İmam Hüseyn (ə.s) uğrunda ağlayıb sinəmizə vurduq” deyəcəksiniz? Hüseyn (ə.s) sizlərə cavab verəcək: “Siz mənim qanımı tökənlərlə şəriksiniz, çünki siz, oğlum Mehdi ilə döyüşdünüz.” Daha nə? “Biz bitərəf qalmağı seçdik” (deyəcəksiniz)? Onda sizə cavab gələcək, “Allah o qövmə lənət etsin ki, onu eşitdi və (eşitməklə) kifayətləndi.”
Qoy hər bir ağıllı şəxs bir də özünə dönüb baxsın. Çünki şanslar bulud kimi keçib getməkdədir. Əgər siz haqqı istəyirsinizsə, hal-hazırki bu zamanda Hüseyni (ə.s) dəstəkləyin və qorxmayın.
[Acizlik göstərməyin və kədərlənməyin. Möminsinizsə, üstün olacaqsınız.] (Al-i İmran 139)
Bədəni öldürənlərdən qorxmayın, fəqət o Kimsədən qorxun ki, həm bədənə həm də ruha cəhənnəm odunda əzab verməyə qadirdir. Əgər sizin qərarınız, bu (hazırki) zamanda Hüseyni (ə.s) ehmal etməkdirsə, və əgər özünüzə qarşı insafsız olmağı seçirsinizsə, onda sizi xəbərdar edirəm və sizi Allahın bu dünyadakı və axirətdəki əzabı ilə xəbərdar edirəm. Vaxtı gələndə, nə bir bəhanəniz olacaq nə də üzrxahlıq edəniniz!
Mən, ‘MƏN’dən Allaha sığınıram, əzabın tez gəlməsi və üzərinizə nazil olması üçün yalvarmayacağam, hətta onun üzərinizə kölgə saldığını görsəm də. Və mən, min il də keçsə, inşaAllah səbrli olacağam, ta ki Allah, əmri tamamlayana qədər, ki artıq taleyimizə yazmışdır.
Və mən, Allaha şikayət etməyəcəyəm, doğrusu, cəddim Rəsulullah (s) şikayət edəcək, çünki O (s) öz vəsiyyətində məni, adımı, soyumu və xüsusiyyətlərimi zikr etdi. Və atalarım İmamlar (ə.s) (mənim yerimə) şikayət edəcəklər, çünki Onlar (ə.s), məni adımla, nəsəbimlə, xüsusiyyətlərim və məskənimlə zikr etdilər. Və Kərbəlada Allah üçün, atam və mənimçün axıdılan Hüseyn (ə.s)’ın qanı sizdən şikayətçi olacaq. Və Allahın nəbiləri və rəsulları sizləri şikayət edəcək və İşiya, Danyal, İsa, Yuhənna Bərbəri sizi şikayət edəcək. Çünki onlar illər öncə mənim məsələmi yer üzü əhalisinə açıqladılar. Və zikr edildiyim Tövrat, İncil, Quran sizlərdən şikayətçi olacaq. Hamısı sizi şikayət edəcək və siz hələ də məni ehmal edirsiniz. Mən sizin yaşamağınızı istəyirəm, və sizin həyatda qalmağınızı istəyirəm, elə isə öz nəfslərinizə qarşı məni dəstəkləyin.
Xoş o kəsin halına ki, özünü Rəbbin əlləri arasında qurban edir. Xoş o kəsin halına ki, sərt yoxuşu aşmağa can atır. Xoş o kəsin halına ki, Məndən ötrü səndələyib düşmür. Mubarək olanlar o kəslərdir ki, yer üzü sakinlərinin gözündə qərib və dəlidirlər, və səmanın sakinlərinin gözündə aqildirlər (ağıllıdırlar). Və mən, ‘MƏN’dən Allaha sığınıram, Rəbbin əlləri arasında olan fəqir və miskin qul, haqqı tələb edən və ağlı başında olan hər kəsi, İbrahim (ə.s)’ın etdiyi kimi bir balta gəzdirməyə və Allahdan başqa ibadət edilən bütün bütləri qırmağa çağırıram, öz içinizdə yatan ‘MƏN’ də daxil olmaqla… və sizi, Allahı çox zikr etməyə çağırıram və bilin ki, Onu (s.v.t) nə qədər çox zikr etsəniz, ehmalkarları keçə bilməyəcəksiz ta ki, Allahın vəlisini dəstəkləyib səcdə edənlərdən olana qədər, və bu dünyaya olan etibarınızı azaldana qədər… Və bilin ki, nə qədər uzaq durursunuzsa durun, sizlər hələ də ona (dünyaya) can atırsınız, ta ki, sərt yoxuşu aşana qədər və yaxanızı bu dünyanın və axirətin odundan xilas edənə qədər…
[O isə sərt yoxuşu aşa bilmədi. Sən nə bilirsən ki, sərt yoxuş nədir?] (Bələd 11-12)
Əban İbn Təğlib dedi: “Mən Əbu Abdullahdan (ə.s) soruşdum: “Canım sizə fəda olsun! Allahın buyurduğu bu [O isə sərt yoxuşu aşa bilmədi. Sən nə bilirsən ki, sərt yoxuş nədir?] ayəsinin mənası nədir?” İmam (ə.s) buyurdu: “Allahın, bizim vilayətimizi ikram etdiyi bir şəxs, sərt yoxuşu aşan kəsdir və Biz, o sərt yoxuşuq. Kim onu aşarsa, həyatda qalar.” İmam (ə.s) bir az sükut etdi və buyurdu: “Sənə bu dünya və içindəkilərdən daha xeyirli olan bir söz deyim?” Dedim ki: “Bəli ey sərvərim!” İmam (ə.s) buyurdu: “Allahın buyurduğu [O, bir kölə azad etməkdir.] (Bələd 13) ayəsi ilə əlaqədar; insanların hamısı cəhənnəm kölələridir, siz və sizin əshabınızdan başqa! Allah sizi, Biz Əhlibeytin Vilayətinə görə cəhənnəm odundan azad etmişdir” [3]
Və İsa (ə.s) buyurdu:
[Mənə görə səndələyib düşməyənin xoş halına!] (Matta İncili 11:6)
Nəfsinizi Rəbbin əlləri arasında qurban edin ki, bugün və sabah susuzluğunuzu yatıracaq bir qədəh su əldə etmiş olasınız.
[Həqiqətən, Biz Kövsəri sənə bağışladıq. Sən də Rəbbin üçün namaz qıl və qurban kəs!] (Kövsər 1-2)
İmam Rza (ə.s) buyurdu: “Mən atam Musa ibn Cəfərdən (ə.s), o da Cəfər ibn Muhəmməddən (ə.s), o da Muhəmməd ibn Əlidən (ə.s), o da Əli ibn Hüseyndən (ə.s), o da Hüseyn ibn Əlidən (ə.s), o da Əmirəl-Möminin Əli ibn Əbu Talibdən (ə.s) eşitdi ki, Rəsulullah (s) bu cür buyurdu: “Mən, Allahın bu cür buyurduğunu eşitdim: “‘Lə iləhə illəllah’ Mənim qalamdır, hər kim Mənim qalama daxil olarsa, əzabımdan amandadır.” Sonra O (s.v.t) bizi onun şərtləri ilə çağırdı və mən onun şərtlərindənəm.” [4]
Və sizə haqqı deyirəm, mən də onun şərtlərindənəm. Mən, sizə İmam Mehdi (ə.s)’ın adı ilə gəldim, və mən, öz istəyimi yox, məhz məni göndərən şəxsin istəyini tələb etdim. Və mən, öz şanımı yox, məhz onun şanını tələb etdim. Və kim məni qəbul etmirsə, məni göndərən atamı (da) qəbul etmir. Və sizə haqqı deyirəm, oğula hörmət göstərməyən, onu göndərən ataya da hörmət göstərməz.
Atam İmam Mehdi (ə.s) mənə bu sözləri deməyi əmr etdi,
Mən, Əli ibn Əbu Talibin (ə.s) sağ əlindəki bir daşam. O (ə.s), bir dəfə onu Nuhun gəmisinə yol göstərmək üçün atdı, və bir dəfə İbrahimi (ə.s) Nəmrudun atəşinin içində sağ qalması üçün atdı, bir dəfə onu Yunusun (ə.s), balinanın qarnından çıxması üçün atdı, və onun vasitəsilə dağda Musa (ə.s) ilə danışdı və o (ə.s) onu dənizləri yaran əsa və Davud (ə.s) üçün zireh etdi, və o Uhud döyüşündə onu istifadə etdi və Siffeyndə, onu sağ əli ilə bükdü.
Qulağı olan hər kəs eşitsin ki: Bu, Dəbbətül-Ərzdir ki, insanlarla danışır və bu, gəlməyi nəzərdə tutulan Əli ibn Əbu Talibdir (ə.s).
[O söz onların başlarının üstünü aldığı zaman onlar üçün yerdən bir DƏBBƏ çıxardarıq ki, onlarla danışıb insanların ayələrimizə yəqinliklə inanmadıqlarını söyləyər.] (Nəml 82)
Allahım şahid ol ki, mən xəbərdar etdim,
Allahım şahid ol ki, mən xəbərdar etdim,
Allahım şahid ol ki, mən xəbərdar etdim.
Rəhman və Rəhim olan Allahın Adı ilə
[Əlif. Lam. Mim. Sad. (Bu,) (insanları) qorxutmaq və möminlərə öyüd-nəsihət vermək üçün sənə nazil edilən Kitabdır. Ona görə qəlbin heç narahat olmasın. Rəbbinizdən sizə nazil edilənə tabe olun. Onu qoyub başqa dostlara uymayın. Siz necə də az öyüd-nəsihət dinləyirsiniz. Biz neçə-neçə kəndləri məhv etdik. Əzabımız onlara gecə ikən və ya günorta çağı yatıb istirahət etdikləri vaxt gəldi. Əzabımız onları haqladığı zaman onların çağırışları: “Həqiqətən, biz zalım olmuşuq!”– deməkdən başqa bir şey olmadı. Biz, mütləq elçi göndərilən ümməti və göndərilmiş elçiləri sorğu-suala tutacağıq. Onlara (etdikləri əməlləri barədə) Öz elmimizlə bildirəcəyik. Axı Biz qaib deyildik. O gün (əməllərin tərəzidə) çəkilməsi bir həqiqətdir. Tərəziləri ağır gələnlər nicat tapanlardır. Tərəziləri yüngül gələnlər isə ayələrimizə qarşı haqsızlıq etdiklərinə görə özlərini ziyana uğradanlardır. Biz sizi yer üzündə yerləşdirdik və orada sizin üçün dolanışıq vasitələri yaratdıq. Necə də az şükür edirsiniz! Sizi xəlq etdik, sonra sizə surət verdik, sonra da mələklərə: “Adəmə səcdə edin!”– dedik. İblisdən başqa (hamısı) səcdə etdi. O, səcdə edənlərdən olmadı. (Allah) dedi: “Mən sənə əmr etdikdə sənə səcdə etməyə nə mane oldu?” (İblis) dedi: “Mən ondan daha üstünəm. Çünki Sən məni oddan, onu isə palçıqdan yaratmısan!” (Allah) dedi: “Buradan aşağı en! Burada təkəbbürlük göstərmək sənə yaramaz. Çıx get, çünki sən alçaldılmışlar-dansan”. (İblis) dedi: “Onların dirildiləcəyi günə qədər mənə möhlət ver”. (Allah) dedi: “Şübhəsiz ki, sən möhlət verilənlərdənsən”. (İblis) dedi: “Sən məni yoldan çıxartdığına görə mən də Sənin düz yolunun üstündə oturub (insanları) tovlayacağam. Sonra onların yanına önlərindən və arxalarından, sağlarından və sollarından gələcəyəm və Sən onların əksəriyyətini şükür edən görməyəcəksən”. (Allah) buyurdu: “Oradan mənfur və qovulmuş halda çıx! Onlardan hər kəs sənin ardınca getsə, əlbəttə, Cəhənnəmi sizin hamınızla dolduracağam.] (Əraf 1-18)
İmam Əhməd əl Həsən (ə.s)
Hicri: 8 Rəbiül-Əvvəl 1426
Miladi: 17 Aprel 2005
[1] Ğeybəti Numani, səhifə 197
[2] Səfinətul Bihar, cild 10, səhifə 199
[3] Üsuli Kafi, cild 1
[4] Uyun-i Əxbar ər-Rza (ə.s), səhifə 145
You do not have the required permissions to view the files attached to this post.
A- Nom nouveau du Mahdi.

Salam, Après le Rappel. A-19. Nous avions d[…]

Ha- Houmaza, Calomniateurs.

Salam, Des calomniateurs. Ha-1. Al-Houmazah[…]

L- La Mère des Cités.

Salam, La Montagne des Montagnes. L-6. Il e[…]