User avatar
By Ali Jafarov
#65125
Gecə və Gündüzün əlaməti

Sual 124: Uca Allahın söylədiyi bu ayənin mənası nədir: “Biz, gecəni və gündüzü iki əlamət olaraq yaratdıq. Və beləcə gecənin əlamətini sildik və gündüzün əlamətini görünən qıldıq ki, beləcə Rəbbinizin nemətlərini araşdırıb, illərin sayını və hesabını biləsiniz. Və hər şeyi ətraflı anlatdıq.” ﴾Isra:12﴿

Cavab: Həmd olsun Aləmlərin Rəbbinə. Salam Hz. Muhəmməd və Əhlibeyt İmamları və Mehdiləri üzərinə olsun.
Əbu Basir, Imam əs’dan naql edir: (Gecənin əlamətini silib) ilə bağlı olaraq, o əs belə demişdir: “O, ayın içindəki qaranlıqdır”. Təfsiru’l Ayyaşi c.2 s.283
Və həmçinin, Möminlərin Əmiri Əli əs’a ayın içindəki qaranlıq soruşulduğunda, o əs belə buyurdu: “Bu Uca Allah’ın kəlamıdır: (Gecənin əlamətini silib). Gecənin əlaməti aydır. Və Gündüzün əlaməti də günəşdir.” Təfsiru’l Ayyaşi c.2 s.283.
Ay, işığını günəşdən alan qaranlıq bir peykdir. Və günəş işığı da parlaq bir ulduzdur. Və hər əlamətin varlığı; günəş, ay, gecə və gündüz; hər birinin yoxluğuna və çıxışlarına/zühur etmələrinə görə təşkil olmuşdur ki, bu da, açıq şəkildə izah edilən nizama açıq-aydın bir sübutdur. (İşte biz her şeyi açık açık anlattık)
Və ayənin gizli mənası isə: Günəş, yaradılış üzərinə Höccətdir. Və Ay, onun Xəlifəsidir. Allah Rəsulu saas, Günəş və Əli əs Ay’dır. Və bunun kimi; hər dövrdə günəş, yaradılış üzərinə Höccət olmuşdur. Və ay da, yaradılış üzərinə Höccətini buraxan Xəlifədir. Və gecə qaranlıqdır (zələm), təzyiq/əziyyətdir (zülm) və zalımların vətənidir. Və gündüz işıqdır, ədalətdir və haqqın vətənidir. Bihar’ul Ənvar c.24 s.70
(Gecənin əlamətini sildik): Gecənin əlaməti aydır. Və o, yaradılış üzərinə Xəlifə və Höccətdir. Və həmçinin silmək demək, zülm və qaranlıq onun haqlarını örtər və onu bundan (haqlarından) məhrum edər deməkdir. Və Uca Allah Təala’nın məsələsi xaricində heç bir şey axmaz (davam etməz). Və bu səbəbdən, məsələ O, Uca Allah Təala’ya həvalə edilmişdir. Əgər Allah Təala dilərsə, gecənin əlamətini görünən qılar ki, bu ay və xəlifədir. Və bu, İmam Mehdi əs zamanındakı vəziyyətdir.
(Gündüzün əlamətini görünən qıldıq): Və bu günəşdir və yaradılış üzərinə Höccətdir. Onun məsələsi, o görənlərin başları üzərində göründüyü zaman, onların başları əyilər. Və insanlar onun doğruluğunu dinlərlər.
(Rəbbin nemətini araşdırmaq): Uca Allah Təala’nın neməti, axirətdəndir və bu həqiqi nemətdir.
(Rəbbin nemətini araşdırmaq): Yəni, İmam Höccət əs ilə, saleh əməllər edərək, onun əlləri arasında cihad etmək deməkdir. Və Rəbbin neməti, elm və Uca Allah Təala’nı Peyğəmbərlər, Elçilər vasitəsilə, Onun Kitabları və keçmiş ümmətlərdən bəhs edən hekayələri vasitəsilə, Hesab Günü’nü diqqətə alaraq və Allah’ın ətraflı Kitabı’nda açıqladığı hər şey haqqında elm sahibi olaraq bilmək deməkdir.
Əhməd əl Həsən ə.s

Salam, Les Versets du Coran détaillés par le M[…]

A- Nom nouveau du Mahdi.

Salam, Après le Rappel. A-19. Nous avions d[…]

Ha- Houmaza, Calomniateurs.

Salam, Des calomniateurs. Ha-1. Al-Houmazah[…]