#65128
İbrahimin (əs) gördüyü ulduz, ay və günəş

Sual: Niyə İbrahim (ə.s) ancaq bir ulduzu, ayı və günəşi gördü?

Cavab: Günəş Allahın elçisidir (səas), ay İmam Əlidir (ə.s) (1) və ulduz İmam Əl- Mehdidir (ə.s) (2). Günəş, ay və ulduz Mələkutda (mələkut aləmində) Allahın məxluqatdakı təcəlliləri idi. Bu səbəbdən, onlar İbrahimə (ə.s) bənzər göründülər və bu üçünün hər biri öz hüdudlarınca (qədərincə, tutumunca) təcəllidirlər. Və Muhəmməd (səas), Əli və Əl-Qaimdirlər (ə.s). Məxsusən, Allahın bu dünyada olan məxluqatdakı kamil (tam) təcəlliləridir. Bu ona görə deyil ki, onlar göndərilmiş olanlardırlar, eyni zamanda onlar göndərəndirlər.
Həmçinin, bu ona görədir ki, Muhəmməd (səas) açıq-aydın açılışın sahibidir, və o (səas) o kəsdir ki, Allah (svt) onun üçün iynənin dəliyi qədər açılış iradə etdi və Uluhiyət hicabından (pərdəsindən) ona bir hissəni aşikar etdi (bəyan etdi, göstərdi), belə ki, o (səas) Rəbbinin böyük ayətlərindən bəzilərini görmüş oldu (3) və o (səas) Elmin Şəhəridir (4), və Elmin Şəhəri İlahi Mükəmməllilər Şəhərinin və ya İlahi Zatın əks olunmasıdır (yansımasıdır).
Əliyə gəlincə, o Elmin Şəhərinin qapısıdır deyə, o (ə.s) onun (Elmin Şəhərinin) bir parçasıdır, ona görə də, Şəhərdən axan hər bir şey onunla axır gedir (ondan keçib gedir). Bu səbəbdən, Muhəmməd (səas) Allahın (svt) təcəllisidir və “Allah” adının məxluqatda təcəllisidir. Və Əli İlahi Zat ilə toxunulmuşdur. (5) Belə ki, müəyyən (anlarda, zamanlarda, zaman-zaman yəni, davamlı deyil) Muhəmməd (səas) deyə bir şey qalmayanda və Allah, Əl-Vahid, Əl-Qəhhar xaricində heç bir şey qalmayanda (olmayanda), o zaman Əli (ə.s) Allahın (svt) məxluqatda təcəllisi olmuş olur və Fatimə (s.ə) da onunla (Əliylə (ə.s)) yanaşı. Və o (Fatimə s.ə) ayın içi (daxili) olmağına görə özünəməxsusdur (təkrarolunmazdır) və günəşin çölüdür (zahiridir) və Əli (ə.s) buna görə demişdir,
“Əgər pərdə (hicab) mənim üçün qaldırılsaydı, yəqinimdə artmazdım.” (6)
Çünki, onun üçün pərdənin (hicabın) qaldırılmamasına baxmayaraq (rəğmən), o yenə də, pərdənin (hicabın) onun üçün qaldırımış kəs ilə eyni, statusdadır (məqamdadır). Əl-Qaimə (ə.s) gəlincə, o şəhadətindən öncə və həyatda ikən (yaşadığı müddətdə), ibadət etdiyi müddətcə, öz sifətlərinin mükəmməliklərinin və ixlasının varlığı ərzində, “Allah” (svt) adının məxluqatdakı təcəllisidir. Onun (ə.s) ibadəti onun dindarlığı ilə əbədiyyən birləşməkdədir və onun dindarlığı da ibadətiylə əbədiyyən birləşməkdədir. Sanki, onun Allaha (svt) ibadəti heç vaxt dayanmır. Və bu ona görədir ki, Din Günü taxtda oturan odur, hansı ki, Kiçik Hesab Günüdür (Qiyamətil-Suğra) və Quranda bu gün, Bilinən Gün olaraq keçməkdədir. Və həmçinin bu ona görə belədir ki, o (ə.s) həmin gün, Allahın (svt) adıyla millətlər arasında hakimdir, ona görə də, o mütləq İlahi Zatı məxluqatda əks etdirən (yansıdan) güzgü(ayna) olmalıdır ki, məxluqatda olan hakim Allahdır deməkdir. Bu səbəbdən, İmamın (ə.s) sözləri Allahın (svt) sözləridir və onun hökmü Allahın (svt) hökmüdür və İmamın (ə.s) hökmranlığı (suverenliyi) Allahın (svt) hökmranlığıdır (suverenliyidir). Ona görə də, o gündə Allahın Fatihə surəsində buyuruğu “{Din Gününün Məliki(Kralı)}” həyata keçmişdir. Və o gün İmam (ə.s) Allahın (svt) gözüdür, danışan dilidir və əlidir. (7)
Əl-Mütəşabihat cild 1 – Əhməd Əl Həsən (ə.s)
______________________________________________________________________
* İmam Əl-Baqir (ə.s) deyir, “Allah bizimlə ibadət edilir və bizimlə tanınır və bizimlə Onun Təkliyinə (Vahidliyinə) qulluq edilir və Muhəmməd Allahın (svt) hicabıdır (pərdəsidir).” Əl-Kafi: Cild 1, səh 145
1. Əbu Bəsir Əbu Əbdullahdan (ə.s) Allahın bu dediyi barəsində belə nəql edir, (And olsun Günəşə və saçdığı aydınlığa). Əbu Əbdullah (ə.s) dedi, “Günəş Muhəmməddir (səas), onunla Allah (svt) dinini insanlara aydınlatdı, açıqladı.” Mən dedim, (And olsun onu (Günəşi) izləyən aya). O (ə.s) dedi, “Bu (ay) Möminlərin Əmiridir (ə.s).” Sonra mən dedim, “Allahın (svt) bu dediyi bəs?” “(Günəşin aydınlığını göstərən günə and olsun)?” O sonra dedi, “Bu (Günəşin aydınlığını göstərən ulduz) Fatimənin (s.ə) zürriyətindən olan İmamdır, o Allah Rəsulundan soruşur və o (İmam) ondan soruşan hər kəsin sualına cavab verir. Və Allah onu belə anır və O (svt) deyir, (Günəşin aydınlığını göstərən günə and olsun). Mən dedim, “(Günəşi gizlədən/örtən gecəyə and olsun).” O (ə.s) dedi, “Onlar zülmün imamlarıdır ki, ədalətsizcə Muhəmməd (səas) ailəsindən məsələni (ilahi rəhbəriyyəti/ xəlifəliyi) aldılar. Və onlar Allah Rəsulu Muhəmməd (səas) ailəsinə aid (təyin olunan) olan rəhbəriyyəti aldılar. Onlar, Muhəmmədin (səas) dinini zülm və zorakılıqla örtdülər (gizlətdilər). Şübhəsiz, Onun (svt) bu dediyi, (Günəşi örtən (gizlədən) gecəyə and olsun.) O (ə.s) dedi, “Gecənin qaranlığı günün işığını (aydınlığını) örtür…” (Bihar Əl Ənvar: cild.24, səh 70).
İbn Abbasdan nəql olunur ki, Allah rəsulu (səas) belə dedi, “Sizin aranızda mənim misalım günəş kimidir, və Əlinin misalı ay kimidir. Əgər günəş qeyb olarsa, bələdçiliyi (hidayəti, yolu) aydan alın.” Bihar Əl Ənvar: cild.24, səh76
2. Əgər İmam Əl Mehdi (ə.s) Allah Rəsulu (səas), İmam Əli (ə.s), Fatimə Əl Zəhra (s.ə), Həsən və Hüseyn (əleyhimussəlam) ilə qoşalaşdırılarsa, o zaman o (İmam Əl Mehdi (ə.s)) par-par parıldayan ulduzdur. İmam Əl-Sadiqdən (ə.s) nəql olunur ki, atası (ə.s) atalarından (əleyhimussəlam) Möminlərin Əmiri Əli (ə.s) belə dedi, “Allah Rəsulu (səas) dedi (Mən mələkuta qaldırılanda, Rəbbim mənə vəhy etdi…və O (svt) dedi, Başını qaldır. Mən başımı qaldırdım və Əlinin, Fatimənin, Həsənin, Hüseynin, Əli ibn Hüseynin, Muhəmməd ibn Əlinin, Cəfər ibn Muhəmmədin, Musa ibn Cəfərin, Əli ibn Musanın, Muhəmməd ibn Əlinin, Əli ibn Muhəmmədin, və həmçinin Həsən ibn Əlinin və Muhəmməd ibn Həsən Əl-Qaimin (Qiyam edənin) nurunu mənə göstərdi. Və Əl-Qaim onların ortasındadır, sanki o par-par parlayan ulduzdur. Mən dedim: Allahım, Onlar kimdirlər?)” O (svt) dedi, “Onlar İmamlardır, və bu Əl Qaimdir ki, mənim halal etdiyimi halal edər və mənim haram etdiyimi haram edər. Onunla mən düşmənlərimdən intiqam alacağam. Şübhəsiz, o mənim dostlarıma rahatlayıcıdır (dostlarımı rahatladandır) və o sənin tərəfdarlarının qəlblərini zalimlərin, münafiqlərin (satqınların) və kafirlərin zülmündən, qurtarar və fərahladar (sağaldar)…” Kamal Əl-Din və Tamam Əl-Nimə səh 252
3. Əl-Sadiqdən (ə.s) Merac barəsində nəql olunur, “O (Muhəmməd), Allahın onun üçün Nurun Böyüklüyündən iradə etdiyi qədərini, iynənin dəliyi qədər yerdən baxdı. Allah (svt) buyurdu: “Ey Muhəmməd!” O (səas) dedi: “Ləbbeyk ey Rəbbim.” O (svt) dedi…” Əl-Kafi: cild 1, səh 443
4. Rəsulullahdan (səas) məşhur bir hədisdə nəql olunur, “Mən Elmin Şəhəriyəm və Əli onun qapısıdır…”
5. Bu təfsir (yorum) Rəsulun (səas) Muminlərin Əmiri (ə.s) barəsində olan, bu dediyini izah edir (açıqlayır): “Əlini təhqir etməyin, çünki o Allahın Zatı tərəfindən toxunulmuşdur.” Əl-Qədir, Şeyx Əl-Əmini cild 10, səh 213
6. Əl-Münaqib İbn Şəhr Əşubdan, cild 1, səh 317
7. İmam Əl Sadiq (ə.s) uzun bir hədis də Mufəddəl ibn Ömərə dedi, “…Ey Müfəddəl, Əl-Qaim (ə.s) belini Kəbəyə dayayacaq və əlini qaldıracaq və hər kəsin görəcəyi kimi göstərəcək və onun əli heç bir qüsuru olmayan, ağ olaraq görsənəcək. O sonra deyəcək, (Bu Allahın əlidir, bu Allahdandır və Allahın əmrindəndir.) Sonra. O bu ayəti oxuyacaq: (Şübhəsiz, o kəslər ki, sənə beyət edirlər, onlar Allaha (svt) beyət edirlər: Allahın əli onların üzərinədir. Belə ki, hər kim öz əhdindən dönərsə, ancaq özünə zərər vermiş olar.) Quran, Surə 48, ayə 10” Bihar Əl-Ənvar: cild 53 səh. 8
A- Nom nouveau du Mahdi.

Salam, Après le Rappel. A-19. Nous avions d[…]

Ha- Houmaza, Calomniateurs.

Salam, Des calomniateurs. Ha-1. Al-Houmazah[…]

L- La Mère des Cités.

Salam, La Montagne des Montagnes. L-6. Il e[…]