User avatar
By Ali Jafarov
#65130
İsra (Merac) necə oldu?

Sual 408: Rəhman və Rəhim olan Allahın adı ilə.Allahım,Muhəmməd (ə) və Əhli-beytinə (ə) , İmamlar (ə) və Mehdilərə (ə) rəhmət et.Allahın salamı,rəhməti və bərəkəti üzərinizə olsun.

Uca Allah-Təala buyurdu: (“Ona ayələrimizdən bir qismini göstərək deyə qulunu (Muhəmmədi a.s.) bir gecə Məscidul-Həramdan əhatəsini bərəkətləndirdiyimiz Məscidul-Əqsaya aparan Allahın şə`ni ucadır.Heç şübhəsiz o,haqqı ilə eşidəndir,haqqı ilə görəndir.”-İsra;1)
1-İsra (Gecə səyahəti) necə oldu? Sadəcə Ruh iləmi, yoxsa həm bədən həm də ruh ilə baş verdi bu səyahət?
2-İsra (gecə səyahəti) Me`racdan əvvəl baş verdi ya sonra?
3-Məscidi-Haram və Məscidul-Əqsa ilə qəsd edilən nədir?
4-Məscidul-Əqsada olan bərəkətdən məqsəd nədir? Və onun dövrəsini əhatələyən bərəkətlə nə nəzərdə tutulmuşdur?
Allahdan diləyirik ki, bizləri Özünün və Onun Xəlifəsinin məmnun olduqlarından eyləsin. Allahın salamı, rəhmət və bərəkəti üzərinizə olsun.
Göndərən: Həsən Əl Cəbri.
Cavab: Rəhman və Rəhim olan Allahın adı ilə.Həmd olsun Aləmlərin Rəbbi olan Allaha.Allahım, Muhəmməd (ə) və Əhli-beytinə (ə), İmamlar (ə) və Mehdilərə (ə) rəhmət ehsan et.
1-ci sualın cavabı: İsra, ruh və eyni zamanda bədən ilə baş verdi.Fəqət Me`rac,ruh ilə və hər bir göyüzü/cənnət üçün uyğun olan,ideal bədən ilə baş verdi.Uca Allah (c.c.) buyurdu: (“Dilədiyi hər hansı bir surətdə tərkib etdi.”-İnfitar;8)
2-ci sualın cavabı: Merac, bir dəfədən çox oldu.İsradan (gecə səyahətindən ) əvvəl və sonra oldu.
3-cü sualın cavabı: Məscidul-Həram,Kəbədir.Və Məscidul-Əqsa,Allahın Evi yada Allahın yaxınlaşma Evidir,yada başqa bir deyişlə Müqəddsə rəbbani ayini/Müqəddəs Kominyon və Süleyman (ə)-ın Məbədidir.Və Rəsulullah (s.ə.v.v.)-ə görə,onun adı Süleyman məbədidir.Çünki oranı inşa edən Süleyman (ə)-dır.
4-cü sualın cavabı: Bərəkət isə, Dünya sakinləri üzərinə enən İlahi Yayılmadır/Paylanmadır.
Allah sənə hər şeyin ən xeyirlisini versin.Allahın salamı,rəhmət və bərəkəti üzərinizə olsun.
Əhməd Əl Həsən Yəmani(ə)- Zilhiccə/1430 Hicri-Qəməri
Y- Yamani et Yawmiates (Mémoires).

Salam, Le récipiendaire. Y-13. Il est aussi[…]

N- Nostradamus.

Salam, Au détriment des associateurs. N-7. […]

Q- Le Mahdi dans le Coran.

Salam, L’Astre perçant. Q-26. La lumière d[…]