#65131
Mələklərin məmnun olmamalarının səbəbi

Sual: Allah-Təala buyurdu: (“De ki:”Əgər yer üzündə, insanların yerinə yerləşib dolaşan mələklər olsaydı, əlbəttə onlara göydən bir mələk Peyğəmbər endirərdik.” İsra; 95)
Mesajın (dəvətin) yayılmasında mələklərin məmnun olmamalarının səbəbi nədir?

Cavab: “Bu ayədən sizin fərz etdiyiniz ya da anladığınız kimi, Mələklər (ə) mesajın yayılmasından qeyri-məmnun deyillər, birbaşa onlar yer üzündə hər bir lokasiyanı və hər bir insan övladını ziyarət etməkdən məmnun deyillər. Çünki, Mələklər müqəddəs və paklaşmışlardır və müqəddəs və təmiz olmayan yerə yaxınlaşmazlar ya da müqəddəs ya da təmiz olmayan hər hansı bir ruha yaxınlaşmazlar. Və əgər, pak olmayan bir yerə getməyə məcbur olarlarsa ya da təmiz olmayan bir ruha tərəf, bu zaman nə şad (sevincli) nə də məmnun olarlar. Və bu səbəbdən kafir və münafiqlərin, Mələklərin saleh yuxularını görmələri azaldılmışdır. Yəni, hardasa yox kimidir və mələklər cəza gətirməklərinin xaricində, saf və təmiz olmayan bir yeri ziyarət etməzlər.
Yəni Mələklər şeytani fatehlərdən təthir olanlara, müqəddəs məkandan müqəddəs, saf və təmiz ruhlara qədər; Peyğəmbərlər, Elçilər və İmamların (ə) ruhları kimi, hər yeri ziyarət edərlər.
Və bu mələklərin yer üzündə gəzməkdə xoşhal olmadıqlarının rəsmini daha da aydınlaşdırmaq üçün və daha ümumi formada izah etmək üçün bu misalı çəkirəm:
Məsələn, pislikdən uzağa/yüksəkliyə qaldırılmış bir yerdə gəzməkdən və insan övladından bir məsafə uzağa getməkdən məmnun olardınızmı? Ya da pis bir kanalizasiyaya düşməkdən məmnun olardınızmı? Biz bundan Allaha sığınırıq, bəs siz? Yəni bu, Mələklər tərəfindən dilə gətirilən yer üzünün təsviridir. O zaman onlar, necə ola bilər ki, məmnun bir şəkildə gəzə bilərlər? Bir halda ki, orada sadəcə Allaha həsr edilmiş, Allaha itaət və ibadət edilən məkanlar var ikən. Və bunlar, Mələklərin ziyarət etdiyi, saf və təmiz məkanlardır. Və mələklərin ziyarət etdiyi, yer üzünün içində, müqəddəs və təmiz ruhlar da vardır və mələklər bu təmiz ruhlar və təmiz məkanlardan da məmnundurlar. Lakin Adəm övladının ehtiras, Uca Allaha itaətsizliklə doldurduğu yer üzünün hər hansı bir məkanını ziyarət etməkdən məmnun olmazlar.”

Əhməd Əl Həsən (ə)

Cəvabul-Münir
A- Nom nouveau du Mahdi.

Salam, Après le Rappel. A-19. Nous avions d[…]

Ha- Houmaza, Calomniateurs.

Salam, Des calomniateurs. Ha-1. Al-Houmazah[…]

L- La Mère des Cités.

Salam, La Montagne des Montagnes. L-6. Il e[…]