User avatar
By Ali Jafarov
#65133
Nəsr Surəsinin təfsiri və fəth

Sual 57: Bu ayənin təfsiri nədir?

بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
اِذَا جَٓاءَ نَصْرُ اللّٰهِ وَالْفَتْحُۙ ﴿١﴾ وَرَاَيْتَ النَّاسَ يَدْخُلُونَ ف۪ي د۪ينِ اللّٰهِ اَفْوَاجاًۙ ﴿٢﴾ فَسَبِّحْ بِحَمْدِ رَبِّكَ وَاسْتَغْفِرْهُۜ اِنَّهُ كَانَ تَوَّاباً

Bismillahir Rəhmanir Rəhim
(1) Allahın köməyi və qələbə gəldiyi zaman, (2) insanların dəstə-dəstə Allahın dininə girdiklərini gördükdə, (3) həmd ilə Rəbbini təriflə və Ondan bağışlanmağını dilə. Həqiqətən, O, tövbələri qəbul edəndir! (Nəsr Surəsi: 1-3)
Cavab: Bismillahir Rahmənir Rahim, Vəlhəmdulillahi Rəbbil Aləmin, və Səlləllahu əla Muhəmməd və Ali-Muhəmməd, Əl Əimmə vəl Mehdiyyin və səllim təslimən kəsira.
Mübin Fəthini (Məkkə Fəthini) bir neçə dəfə “Fatihə Surəsinin təfsirindən bir şey” və “Mütəşabihat” kitablarında açıqlamışam. (Seyyid Əhməd Əl Həsən (əs) bu haqda Mütəşabihat, Cild 1, səhifə 3; 17; 21-də, Cild 2, səhifə 47 və 48-də, Cild 3, səhifə 103-də bəhs etmişdir)
Amma tövbə və bağışlanma istəyi hər zaman məxluqun vücud səhifəsiylə birlikdədir, və hətta məxluq Allahın ən sevdiyi insan olsa belə (Hz.Rəsulullah s.ə.a.s kimi), bu istək onda vardır. Və bu ego və iç qaranlığıdır ki, hər insanın, hansı məqamda olursa olsun, vücud səhifəsində mütləq vardır və onun üçün günahlara yelkən açıb, sonra tövbəyə ehtiyac yaradar.
Allahın (svt) bu ayəsi,
وَرَأَيْتَ النَّاسَ يَدْخُلُونَ فِي دِينِ اللَّهِ أَفْوَاجًا
* insanların dəstə-dəstə Allahın dininə girdiklərini gördükdə *
cismani aləmdə Ənsarlara və xalqa işarə edir, yəni onlar tövbə edənlərdir, və onlar Allahın Vəlisinə qarşı etinasızlıq göstərmə günahından tövbə edənlərdir, və Allahın Vəlisi Allaha ibadət edib, onlara istiğfar (Allahdan bağışlanma diləmək) edər, və Vəlinin bağışlanma tələbindən başqa heç bir şəkildə Allah onları bağışlamaz.
وَمَا أَرْسَلْنَا مِنْ رَسُولٍ إِلَّا لِيُطَاعَ بِإِذْنِ اللَّهِ ۚ وَلَوْ أَنَّهُمْ إِذْ ظَلَمُوا أَنْفُسَهُمْ جَاءُوكَ فَاسْتَغْفَرُوا اللَّهَ وَاسْتَغْفَرَ لَهُمُ الرَّسُولُ لَوَجَدُوا اللَّهَ تَوَّابًا رَحِيمًا
* Biz hər bir elçini, Allahın izni ilə, ona məhz itaət edilsin deyə göndərdik. Əgər onlar özlərinə zülm etdikləri zaman sənin yanına gəlib Allahdan bağışlanma diləsəydilər və Peyğəmbər də onlar üçün bağışlanma diləsəydi, əlbəttə ki, Allahın tövbələri qəbul edən və Rəhmli olduğunu görərdilər. * ﴾Nisa: 64﴿
Allahın yardımı və təyidi olmasa, Mübin Fəthi (Məkkə Fəthi) Peyğəmbər (s.ə.a.s) üçün gerçəkləşməzdi, və Fəthi-Mübin ki, Rəsulullah üçün gerçəkləşdi, lazımdır ki, bu dünyada/dövrdə də bir fəth gerçəkləşsin və insanlar dəstə-dəstə Allahın dininə girsinlər.
Əhməd Əl Həsən (ə.s)
Cəvabul Münir, Cild 2, Sual 57
A- Nom nouveau du Mahdi.

Salam, Après le Rappel. A-19. Nous avions d[…]

Ha- Houmaza, Calomniateurs.

Salam, Des calomniateurs. Ha-1. Al-Houmazah[…]

L- La Mère des Cités.

Salam, La Montagne des Montagnes. L-6. Il e[…]