User avatar
By Ali Jafarov
#65141
Tarix təkrarlanacaq, fəth yaxındır!

Sual 52: Bu ayənin təfsiri nədir?

لَقَدْ صَدَقَ اللَّهُ رَسُولَهُ الرُّؤْیَا بِالحَْقِّ لَتَدْخُلُنَّ الْمَسْجِدَ
الحَْرَامَ إِن شَاء اللَّهُ آمِنِینَ مُحَلِّقِینَ رُؤُوسَكُمْ وَمُقَصِّرِینَ لَا تَََخافُونَ فَعَلِمَ مَا لمَْ تَعْلَمُوا فَجَعَلَ مِن دُونِ
ذَلِكَ فَتْحًا قَرِیبًا

Allah Öz Elçisinin həqiqət kimi gördüyü yuxusunu gerçəyə çevirdi. Allah qoysa, siz əmin-amanlıqla, başlarınızı qırxdırmış, (bəziləriniz də saçlarını) qısaltmış halda və qorxmadan Məscidul-Hərama daxil olacaqsınız. (Allah) sizin bilmədiklərinizi bilir. O, bundan qabaq (Məkkəyə girməzdən əvvəl sizə) yaxın bir qələbə də bəxş edəcəkdir. (Fəth surəsi, 27)
Cavab: Bismillah Əl Rəhman Əl Rəhim, Vəlhəmdulillahi Rəbbil Aləmin, və Səlləllahu əla Muhəmməd və Ali-Muhəmməd, Əl Əimmə vəl Mehdiyyin və səllim təslimən kəsira.
Bu ayə onu göstərir ki, yuxu Allah Təala tərəfindəndir və əgər Uca Allah iradə etsə, əlbəttə o həqiqətə çevrilir, hətta xeyli zamandan sonra gerçəkləşsə də, və bunu kafir olanlardan başqası inkar etməz, və bu yuxuda Allah Öz Rəsuluna nə söz verdisə, gerçəkləşdi, Məkkə, bir xeyli zaman keçməsinə baxmayaraq fəth edildi, və Xeybəri-Yəhud qalası da fəth edildi ki, o yaxın fəthdir, və Quran canlıdır, və eynilə günəş və ay kimi dövr etməkdədir. [1] Və inşaAllah bu dövr, Uca Allahın iradəsi ilə bu ayənin gerçəkləşmə dövrüdür. Lakin batində, yaxın fəth mübin fəthdir (açıq-aydın açılış) ki, Rəsulullah (səas) üçün gerçəkləşdi, və mən bunu bir neçə yerdə açıqlamışam, “Fatihə surəsinin təfsirindən bir şey”, Əl-Mütəşabihat kitablarında, onlara müraciət edin.
Və mübin fəthin (açıq-aydın açılışın) önü, Allah yolunda Allahın yer üzündəki Höccətinin hidayəti ilə getməyə səy göstərən hər insana açıqdır, yəni Məscidul-Hərəm Allahın vəlisi və höccətidir, və möminlər ona (onun vilayətinə) əmniyyətlə və saçları (tamamən) kəsilmiş/qırxılmış vəziyyətdə daxil olurlar. Yəni onların Allahın vəlisinin sözlərinə heç bir fikir və şərhləri yoxdur, daha doğrusu onlar dinc/sakit bir şəkildə ona TƏSLİM olurlar. “Saçlarını qısaldan kəslərə” gəldikdə isə, onlar bu mərtəbədən aşağıdadırlar. Və başdakı saçlar insanın fikir və şərhlərini təmsil edir, və onları kəsdirmək və ya qısaltmaq onu kəsənə və ya qısaldana təslimiyyət deməkdir!
Əhməd Əl Həsən ə.s
Əl-Cəvabul Münir, Cild 2, Sual 52
________________________________________
[1] Abdul Rəhim əl-Qasir dedi ki, bir gün Əbu Cəfər ə.s`ın yanında idim, buyurdu ki, “Ya Əbdul Rəhim,” dedim “Ləbbeyk”, və o ə.s Allahın [إنّما اَنتَ مُنذِر و لِکل قومٌ هاد] “Sən ancaq xəbərdar edənsən, və hər qövmün bir hidayətçisi (Mehdisi) vardır” (Rad: 7) ayəsi haqda buyurdu, “Rəsulullah buyurdu ki, “mən xəbərdar edən və Əli hidayətçidir (Mehdidir)””, “bəs indi hidayət edən/Mehdi kimdir?” bir müddət sükut etdim, sonra yenə başımı qaldırıb dedim, “canım sənə qurban, bu səndədir, siz (Əhlibeyt ə.s) onu bir-biri ardınca varis alırsınız, ta ki sənə gəlib çatıb. Və sən, canım sənə fəda olsun, hidayət edənsən/Mehdisən/Hadi’sən”. Və o ə.s dedi, “Doğru buyurdun ey Əbdul Rəhim, şübhəsiz Quran canlıdır və ölmür, və ayə canlıdır və ölmür. Əgər bir bir tayfanın kökü kəsildiyi zaman, onlar haqda nazil olan ayə də ölərsə, bütün Quran ölərdi. Lakin Quran yaşayanlar vasitəsilə dövr edir, əvvəlkilərin üzərindən dövr etdiyi olduğu kimi.” Və Əbdul Rəhim dedi ki, “ Əbu Abdullah ə.s buyurdu ki, “Quran canlıdır və ölməmişdir və eynilə gecə və gündüzün dövr etdiyi kimi dövr etməkdədir, günəş və ayın dövr etdiyi kimi dövr etməkdədir, və bizim ən sonuncumuza qədər dövr etməkdə olacaq, və o ən sonuncumuz üzərinə də dövr edəcək, eynilə ən ilkimiz üzərinə dövr etdiyi kimi.
-Biharul Ənvar, Cild 53, səhifə 403
A- Nom nouveau du Mahdi.

Salam, Après le Rappel. A-19. Nous avions d[…]

Ha- Houmaza, Calomniateurs.

Salam, Des calomniateurs. Ha-1. Al-Houmazah[…]

L- La Mère des Cités.

Salam, La Montagne des Montagnes. L-6. Il e[…]