User avatar
By Ali Jafarov
#65142
Xəbərdar edən kimdir?

Sual 405: Salam və Rəhmət sizin, atalarınızın və Təthir və Saleh Əhli-beytinizin üzərinə olsun ey Bəqiyyətullah!
Bu ayələrin təfsiri necədir:

(“Bu Kitab,bərəkət qaynağı,özündən əvvəlkiləri (İlahi Kitabları) təsdiq edən və şəhərlər anasını,və bütün əhatəsini (bütün insanlığı) xəbərdar edəsən deyə nazil etdiyimiz bir kitabdır.Axirətə iman edənlər,onada inanırlar.Onlar,namazlarını vaxtında qılarlar.” – Ənam;92)
(“Sən ancaq o zikrə uyanı/tabe olanı və görmədiyi halda rəhmandan qorxanı xəbərdar edə bilərsən.Məhz bucür olanı,həm bir əvf həmdə dəyərli bir mukafatla mujdələ.” – Yasin;11)
Bu ayələrdəki “Xəbərdar” edən kimdir ki, ona görə bizə muxalif olanlarla söhbətlərimizdə, onu zikr edək.
Ayrıca,bu ayələrin təfsiri necədir:
(“Ey iman gətirənlər!Allaha hörmətdə (təqvada) qüsur etməsəz,O sizə bir təmyiz qabiliyyəti verər,pislikləriniz örtər və sizi bağışlayar.Allah,böyük lütf sahibidir.” – Ənfal;29)
(“İbrahim, “Xeyr” dedi,”Bu işi bu böyükləri etdi.Əgər danışa bilirlərsə onlardan soruşun!” – Ənbiya;63)
Heç şübhəsiz ki,İbrahim (ə)-ın bu dedikləri haqqdır.Fəqət “Bu işi bu böyükləri etmişdir” sözünün mənası nədir?
Əməllərimdəki qüsurlarımdan ötrü məni bağışlayın və məni dualarınızda yad edin ey Mövla! Allah (c.c.) bizləri sizin bayrağınız altında bir yerə cəm etsin.Amin Ya Rəbbəl-Aləmin!
Göndərən: Əbu Haşim.

Cavab: Rəhman və Rəhim olan Allahın adı ilə.Həmd olsun Aləmlərin Rəbbi olan Allaha.Alahım,Muhəmməd (ə) və Əhli-Beytinə (ə),İmamlar (ə) və Mehdilərə (ə) rəhmət et.
1-ci Sualın Cavabı: “Xəbərdar” edən, Hz.Muhəmməd (s.ə.a.s.) olduğu kimi,eyni zamanda Allahın Höccəti və Onun (c.c.) hər dövrdə yer üzünə gələn Xəlifəsidir.Çünki Qur`an canlıdır və ölməz (dəfələrlə tarixi təkrarlayar) və hər dövrdə bir “Xəbərdar” edən vardır.
2-ci Sualın Cavabı: (“Ey iman gətirənlər! Allaha hörmətdə (təqvada) qüsur etməsəniz, O sizə bir təmyiz qabiliyyəti verər, pisliklərinizi örtər və sizi bağışlayar. Allah böyük lütf sahibidir.” – Ənfal;29)
Allah qorxusu qulun, Onu (c.c.) razı salmayan hər şeydən uzaq durmasıyla, Onu (c.c.) razı salan hər şeyə özünü həsr etməsinin bir nəticəsidir.
(“Ey iman gətirənlər! Sizdən əvvəlkilərin üzərinə yazıldığı kimi çəkinəsizin deyə sizin üzərinizə də sayılı/müəyyən edilmiş günlərdə oruc yazıldı.” – Bəqərə;183)
Bu qorxu insanı, Allahı (c.c.) hər bir hərəkətində təfəkkür etməyə vadar edər. Beləliklə bu qul Allahı xatırlayar. Beləcə, bu qul həmişə Allahı xatırlayar. O zaman, Allah onu necə xatırlamasın, onu açıqlamasın, qurtuluş və salamatlığa çatması üçün ehtiyacı olan hər şeyi necə aşkar hala gətirməsin?! Nəticə etibarı ilə, Allahdan qorxan şəxs, haqq ilə batili ayırd etmə anlayışını əldə etmiş hala gələr. Ki bu da, Nur ya da Furqandır (Haqqı batildən, doğrunu yalnışdan ayırandır). Çünki Allahdan qorxan, haqqı bilər və onu təqib edər və batili bilər və onu tərk edər. Bu səbəbdən, Allahdan qorxmağın nəticəsi, məsumluğun dərəcələrindən bir dərəcədir. Ki bu da, Allahın o şəxslərə rəhmətidir, çünki onlar özlərinə bunun dəyəri ilə bir dəyər nəqş etmişlər ki, bu da, Allahı düşünmək və hər şəraitdə Onu (c.c.) zikr etmək və Onun bəyəndiyi işləri edib nəhy etdiklərindən uzaq durmaqdır.
Və Allah-Təala buyurdu: (“Bu,özündə şübhə olmayan bir Kitabdır. (Bu kitab) Allaha qarşı çıxmaqdan çəkinənlər üçün yol göstərəndir.” – Bəqərə;2)
Əslində, Allahdan qorxanlar üçün yol göstərəndir. Həqiqətən, Allahdan qorxanlar, haqq ilə batili ayırd etmək anlayışını əldə edərlər. Ki bu da, Allahın onları bu anlayışla/qavramla qorumasıdır ki, bunun nəticəsində Allahın Höccətindən üz çevirməsinlər ya da ona qarşı muxalifətçilik etməsinlər.
(“Ey iman gətirənlər! Əgər Allaha qarşı çıxmaqdan çəkinsəniz,o sizə yaxşını pisdən ayırd edən bir anlayış verər.” – Ənfal;29)
Bu anlayış və nur, bu həyatda qaldığı müddət ərzində insanın ehtiyacıdır, çünki insan davamlı olaraq bir imtahandan keçirilir. Hətta vaxtilə Allah Höccətinə inanmış olsa belə, bəlkə o Höccət vəfat edər və Allah onu sonrakı (onun davamı olan) Höccət ilə imtahana çəkər. Və bəlkə də yolunu azar; Əgər bu nura və anlayışa sahib deyilsə.
Allah-Təala buyurdu: (“Ey iman gətirənlər! Allaha qarşı çıxmaqdan çəkinin və Peyğəmbərinə iman edin ki, sizə rəhmətindən iki qat pay versin, sizə (düz yolla) getməyiniz üçün bir nur versin və sizi bağışlasın. Allah çox bağışlayandır, çox mərhəmət edəndir.” – Hədid;28)
Bu səbəbdən, Elçiyə olan inanc bu şəkildə açıqdır – bəlkə qurtuluşa çatmaq kafi deyildir – Xüsusilə Elçi ya da Höccət vəfat etmişsə və onun Xəlifəsi gəlmişdirsə və şəxs onu tanımaqda və onu tə`qib etməkdə (bey`ət etməkdə) uğursuzluğa düçar olmuşsa. Və bunun üçün, Allah (c.c.) aşkar hala gətirər ki, bir vasitə vardır və bu vasitə/anlayış insanları yalnışa düşməkdən qoruyar və bu anlayışın ayrıca olaraq bir payı/qiyməti/dəyəri də vardır. Bu səbəbdən, bunun payı ayədə bildirildiyi kimi, Allahdan qorxmaqdır. Və bu anlayış, Ondan (c.c.) qorxanlara Allahın bir ilhamıdır. Və O (c.c.) onlara haqqın elmi ilə batili bəxş edər. Və demək olar ki hər kəsin bildiyi bu ilham üçün, ən açıq-aydın görüntü, insanların gördüyü yuxulardır. Bu səbəbdən, Allah, Ondan (c.c.) qorxusu olanları yuxular vasitəsi ilə xəbərdar edər. Haqqın yolunu və batilin yolunu göstərər. Bu səbəbdən, bu yuxunu görənin artıq qeybə inanıb bunun vasitəsi ilə əməl etməsindən başqa edəcək bir işi yoxdur. Və Haqq odur ki, Allah qorxusu olanlar, qeybə inanmaq və bununla əməl etmək məcburiyyətindədirlər. Şübhəsiz, qeybə olan inancın necəliyi onunla olar.
(“Bu, özündə heç bir şəkk-şübhə olmayan bir kitabdır. Allaha qarşı çıxmaqdan çəkinənlər üçün bir yol göstərəndir. Onlar qeybə inanarlar, namazı düzgün qılarlar, özlərinə ruzi olaraq verdiklərimizdən Allah yolundə sərf edərlər.” – Bəqərə; 2-3)
Əhməd Əl Həsən Yəmani (ə)-Zilqədə/1431 Hicri-Qəməri

Salam, Les Versets du Coran détaillés par le M[…]

A- Nom nouveau du Mahdi.

Salam, Après le Rappel. A-19. Nous avions d[…]

Ha- Houmaza, Calomniateurs.

Salam, Des calomniateurs. Ha-1. Al-Houmazah[…]