User avatar
By Ali Jafarov
#65145
Yunusun (as) hekayəsi

Sual 174: Elmi yolla necə izah edə bilərsiniz ki, Yunus Peyğəmbər (ə.s) balinanın qarnında qidasız, havasız, günəş işığı olmadan necə qaldı? Və o necə ibadət etdi? Və o təsbih nədir ki, onun fəziləti səbəb oldu ki, o (Yunus ə.s) balinanın qarnından çölə çıxsın?

Cavab: Bismillah Ər Rəhman Ər Rəhim. Əlhəmdulilləhi Rəbbil Aləmin. Allahummə səlli əla Muhəmməd və Ali Muhəmməd, Əl Əimmə Vəl Mehdiyyin.
Hər şeyə Qadir (Allah) buyurub: {Sən öz Rəbbinin hökmünə səbr et və balıq sahibi kimi olma! O zaman o, qəm-qüssə içində dua etmişdi. * Əgər Rəbbinin mərhəməti ona yetişməsəydi, o, qınanmış halda (heç bir bitki bitməyən) boş yerə/sahilə atılacaqdı.}(Qələm: 48-49).
Və hər şeyə Qadir (Allah) buyurmuşdur: {O, qınanmağa layiq olduqda balıq onu uddu. * Əgər o, Allaha tərif deyənlərdən olmasaydı, * balığın qarnında Qiyamət gününə qədər qalardı. * O, halsız olduğu vəziyyətdə onu sahilə çıxartdıq. * Onun başı üstündə balqabaq tağı bitirdik.} (Saffat: 142-146)
Şübhəsiz, Yunus ə.s balinanın qarnında öldü və onun (ə.s) ruhu Cəhənnəm zülmətinə tərəf baxdı, və onun aşağı səviyyələrinə baxdı.
Və bitki (yəni, balqabaq) ‘Din’dir.
Belə ki, balina Yunus ə.s`ı udduqdan sonra, onun (Yunus ə.s`ın) ruhu ələ keçirildi və Cəhənnəmi görmək üçün ora endirildi, ta ki o Cəhənnəmi və onun zülmətini gördü {bir-birinin üstündə olan qaranlıqlar. * (İnsan) əlini çıxartsa, az qala onu görməz.} (Nur: 40). Və o Qarunu gördü (Allah ona lənət etsin) və onunla danışdı. Və onun gördüyü bu Cəhənnəm, o Cəhənnəmdir ki, zalımların əməlləri (günahları) vasitəsilə təkmilləşir/inkişaf edir, ta ki onun alovu tamamlansın, və onun alovu zalımların əməlləri (günahları) ilə doldurulur, necə ki, Cənnət Peyğəmbərlərin, Vəsilərin, Elçilərin və Siddiqlərin saleh əməlləri ilə tikilir.
Qüdrətli (Allah) Cəhənnəmin, Adəmin zalım övladlarının əməlləri üzrə tikilməsinə istinadən buyurub:{Cəhənnəm alovlandırılacağı zaman} (Təkvir: 12), yəni: (o zaman ki) o öz alovunun pik həddinə çatacaq və zalımların əməlləri vasitəsilə Qiyamət Günündə öz atəşini tamamlayacaq.
Və Qüdrətli (Allah) buyurub: {Cənnət yaxınlaşdırılacağı zaman,} (Təkvir: 13), yəni: (o zaman ki,) Cənnət, Adəmin Siddiq övladlarının əməlləri ilə öz tam kamillik həddinə çatacaq, və bu məna Allah Rəsulu (səas) tərəfindən rəvayət olunmuşdur ki, əgər kim desə ki: ‘SubhanAllah’ və ‘Əlhəmdulillah’ və ‘Lə iləhə illəllah’ və ‘Allahu Əkbər’, onun üçün Cənnətdə bir ağac əkilər, Və onlar dedilər: ‘Ona görə də, bizim əkilmiş çoxlu ağacımız vardır, ey Allahın Rəsulu!’ O (səas) dedi: ‘Bəli, intəhası, sən onların üzərinə atəş/od göndərməkdən, bununla da onları yandırmaqdan (yəni, pis əməllərlə puç etməkdən) ehtiyat et.’ [1]
Ona görə də, insanlar onlardır ki, Cənnət və Cəhənnəmi tikirlər və hərəsinin öz sakinləri var. Və bu Cəhənnəm Yunus ə.s`ı udmuş olan o real balinadır, və içində tutulduğu zindandır, və içində bağlı qaldığı və limitləndiyi/həbs olunduğu qəbirdir, və ona görə də, Qüdrətli (Allah) bu iki ifadəni söyləmişdir, və açıq/aşikar olan odur ki – haqdan xəbəri olmayan üçün – onlar təzadlıdır/bir birinə ziddir, onlar bunlardır:
{Əgər Rəbbinin mərhəməti ona yetişməsəydi, o, qınanmış halda (heç bir bitki bitməyən) boş yerə atılacaqdı.} (Qələm: 49)
{Əgər o, Allaha tərif deyənlərdən olmasaydı, balığın qarnında Qiyamət gününə qədər qalardı.} (Saffat: 143-144)
Müəyyən/Açıq olan budur ki, Allah SVT bir maddəni/xüsusu cəza olaraq təmin etməlidir, hansı ki, Allahın Peyğəmbəri Yunus ə.s`a and verir; ya onu qınanmış halda (heç bir bitki bitnəyən) boş yerə (sahilə) atmaq, yaxud da onun (balinanın) qarnında dirildiləcəkləri günə qədər qalması, əks halda Quranda ziddiyyətlər olmuş olardı; və Allah SVT Alimdir və kamil bir elm izhar edir, və o (onun mənası) birdir, çoxsaylı yox. Və əgər onların bəziləri onu Əhlibeyt ə.s`ın elmi xaricində, sağa sola təfsir etmək istəmişlərsə ([yəni, onlar onu öz yolları ilə təfsir etmək istəmişlərsə]), bu onların öz işləridir/məsələləridir. Halbuki, mən haqqı/həqiqəti açıqlayıram və odur ki, [cəza o idi ki] onun bədəni boşluğa (boş yerə) atılır, və onun ruhu Cəhənnəmin qatlarında qalır, ta ki diriləcəkləri vaxta qədər. Və eynilə açıqladığım kimi; ([o Cəhənnəm] təkmilləşməkdə olan Cəhənnəmdir və tam təkmil Cəhənnəm deyil), hansı ki, dünya sürətlə ona doğru davam edir, eynilə onun Cənnətə doğrudavam etməsi kimi, və buradan da açıqlanır ki, Ayələr arasında ziddiyyət yoxdur. (Tərcüməçinin notu: yəni, dünya eyni anda sürətlə həm Cəhənnəmə, həm də Cənnətə doğru davam etməkdədir.)
O halda həqiqətən də, balinanın mədəsində Böyük Qiyamət Gününə qədər qalmaq – yəni: onun başlanğıcları, və budur Yer əhli üçün olan Cənnət Aləmlərinin məhv edilməsi – fiziki bədənlə, bu ADİ/normal bir hal deyil, və yalnız möcüzə ilə mümkün olacaq, həqiqətən, bu tələb edir ki, Yunus ə.s`ın bədəni balinanın mədəsində tam formada qalsın, və eynilə balinanın bədəni də tam formada qalsın, diri yaxud ölü, və bu [cür] möcüzənin heç bir əhəmiyyəti/mənası yoxdur, yəni bundan mənfəət əldə olunmaz. Və Allah Alimdir və O SVT`nın işlərində mənasızlıq yaxud zarafat yoxdur, O SVT onların [Ona] isnad etdiklərindən çox Böyükdür, çox Ucadır. Və O SVT`nın bu buyurduğunu bilirsən ki: {balığın qarnında Qiyamət gününə qədər qalardı.}, və diriliş Böyük Qiyamətin başlanğıclarından sonradır, yəni: bu Dünyada mövcud olan hər şey məhv olduqdan sonra, və bu Dünya başqası [başqa Dünya] ilə əvəz olunduqdan sonra.
Odur ki, Yunus ə.s`ın fiziki bədənlə o diriləcəkləri Günə qədər balinanın mədəsində qalması həqiqətə uyğun olmayan bir hal kimi nəticələnir. Şübhəsiz ki, bundan (bu şeydən) öncə, əvvəldə buyurduğum kimi, Dünya məhv olacaq və əvəzlənəcək, {O gün yer başqa bir yerlə, göylər də (başqa göylərlə) əvəz olunacaq (və insanlar) Tək olan, (hər şeyə) Qalib gələn Allahın hüzurunda duracaqlar.} (İbrahim: 48), { Dənizlər od tutub yanacağı zaman} (Təkvir: 6)
Və qaldı ki, deyilir və ya təfsi rolunur ki: Allah SVT necə Yunus ə.s`I hədələdi yaxud da xəbərdarlıq etdi, bir halda ki o Peyğəmbərdir?
Və həqiqət budur ki O SVT onu nə hədələdi, nə də xəbərdarlıq etdi, əksinə, O SVT ona Allah SVT`ya qarşı çıxdığı, Mesajdan üz döndərdiyi, və Əli ibn Əbu Talib ə.s`ın Vilayətinə sarılmadığı təqdirdə Cəhənnəmi və öz aqibətini göstərdiyi zaman, onu tərbiyə etdi və ona lütfdə bulundu [2]. Beləliklə, Yunus ə.s Adəm ə.s kimidir: {Biz bundan əvvəl Adəmlə də əhd bağlamışdıq. Lakin o, əhdi unutdu və Biz onda əzm görmədik.}(Ta Ha: 115) [3]. Və bu tərbiyə (nizam) vasitəsilə Yunus ə.s bilgili oldu və elmdə yüksəldi, və Əli ə.s`ın haqqını və məqamını – Allahın əsgərlərinin Əmiri olması kimi – bilməklə yüksəldi, beləliklə o Allahdan yardım dilədi, Əli ə.s`ın haqqı üçün Allaha yalvardı, və Allah SVT onu Cəhənnəm əzabından və əndişəsindən amanda qılma icazəsini Əli ə.s`a verdi. Beləliklə, onun ölümü yuxu görməyi kimi idi, sonra o boşluğa/boş yerə atıldı, eynilə Təqva libasının Adəm ə.s`dan çıxarıldığı kimi. Bununla da, Yunus ə.s`ın məhrəmləri/günahları (boşluq/çılpaqlıq ilə) Təqva libasının çıxarılması ilə ona göründü. Beləliklə, o Allahı təqdis etdi, və bağışlanma dilədi, və Əli ə.s`ın haqqını və məqamını qəbul/iqrar etdi, hansı ki o tab gətirməmişdi.
Və təəccüb etməyin Yunus ə.s`ın ona tab gətirmədəki əskikliyinə ki, bəlkə də siz də Möminlərin Əmiri Əli ə.s`ın məqamına tab gətirməzsiniz, əgər onu sizə xəbər versəm. Belə ki, Allahın Peyğəmbəri Yunus ə.s`dan tələb olunan şey böyük bir məsələni qəbul etmək idi. [4] “Ona heç kim tab gətirməyəcək.Peyğəmbər, Elçi, yaxud Mötəbər Mələk, yaxud da Allah SVT`nın qəlbini imtahan etdiyi mömindən başqa.” [5]
Həmçinin, bu həqiqətin Yunus ə.s tərəfindən etirafı/qəbulu və onun bağışlanma diləməsi, və [Allahı] təqdis etməsi Təqva libasının geri qayıtmasına səbəblər idi, və və bu bitki/yaşıllıq və dindir {Onun başı üstündə balqabaq tağı bitirdik.}, o onun üstündə bitir, sanki o onun bir parçasıdır/hissəsidir, və bu Təqva libasıdır ki, Dindarlığa/Allah qorxusuna eşlik edir. Eynilə Adəmin övrət yerinin Cənnət yarpağı ilə örtülməyi kimi. Və bu həm də bitkidir/yaşıllıqdır, dindir, Təqva libasıdır, { Ey Adəm oğulları! Sizə ayıb yerlərinizi örtəcək libas və bəzək-düzək nazil etdik. Təqva libası isə daha xeyirlidir. Bu, Allahın dəlillərindəndir. Bəlkə düşünüb (onlardan) ibrət alasınız.} (Əraf: 26)
{Nəhayət, o, xəstə olduğu halda onu boş bir yerə (sahilə) atdıq.} (Saffat: 145): Yunus ə.s`ın xəstə olmasının səbəbi, Təqva libasının (ondan) çıxarılması idi, üz döndərib tərk etdikdən sonra, və qaçaq/fərari o kölədir ki, itaətsizlik etmiş yaxud öz Mövlasından fərar etmişdir.
Balqabaq tağı Cənnət bitkilərindəndir, yəni, din və Təqva bitkisi. Və o qaldı ki, bilirsən ki: Şübhəsiz ki, Yunus ə.s körpə uşaq olduğu zaman ölmüşdü/öldü, və Allahın Peyğəmbəri İlyas ə.s Allah SVT`nın izni ilə onu həyata geri döndərdi və İlyas Peyğəmbər ə.s o (Yunus ə.s) ölü uşaq halında olarkən onun üzərinə uzanmışdı, ta ki İlyas ə.s`ın vücud hərarəti Allahın Elçisi Yunus ə.s`ın vücuduna keçənə qədər, və o Allaha (SVT) yalvardı, və Allah SVT onu (Yunus ə.s`ı) həyata geri döndərdi. [6]
Və bu hadisədə Yunus ə.s`a, balinanın mədəsində öldükdən və Əli ə.s`ın (İlya) elminin hərarəti ona keçdikdən sonra onu həyata geri döndərdi, və o Əli ə.s`ın haqqının/həqiqətinin fərqinə vardı. Və boşluqda (boş yerdə) xəstə olduğu zaman, balqabaq tağı onun üzərində yetişdi/tumurcuqladı, və o İlyas və Əlidir, və Dindir, və Cənnətdir, və Təqva libasıdır.
Yunus ə.s`ın balinanın mədəsində ölümünün dəlili/sübutunun nə olduğu ilə bağlı soruşsan, o zaman bu, o SVT`nın dediyidir: {balığın qarnında Qiyamət gününə qədər qalardı.}, yəni: o ölüdür, diriləcəkləri Günə qədər qalanlar ölü olanlardır, eynilə öncədən təqdim edilənlə açıqlanmışdır.
Və həmçinin, İmam Əli ə.s, bir neçə Yəhudinin ondan öz səhabəsi ilə Yer üzü regionları arasında dolaşmış zindan barədə soruşduqda, o ə.s dedi: “Ey Yəhudi! Öz səhabəsi ilə Yer üzünün regionlarını dolaşmış zindana gəlincə, bu o balinadır ki, Yunus ə.s`ı öz mədəsində həbs etmişdi, belə ki, o Qəlzim dənizinə girdi, sonra Misir dənizinə sarı çıxdı, sonra Təbəristan dənizinə daxil oldu, sonra Tiqris Əl Qorada çıxdı.”
O ə.s buyurdu: “Sonra onun (Yunus ə.s`ın) vasitəsilə Yerin altına keçdi, ta ki Qaruna yetişənə qədər, və Qarun Musa ə.s`ın dövründə həlak olmuşdu, və Allah SVT ona bir Mələk təyin etmişdi ki, hər gün insan şəklində yerə daxil olardı, və Yunus balinanın mədəsində Allahı tərif edirdi və O SVT`dan bağışlanma diləyirdi. Beləliklə Qarun onun səsini eşitdi və təyin edilmiş Mələyə dedi: ‘İcazə ver görüm, mən Adəmi (Adəm ə.s`ın nəslindən olan biri) sözləri eşidirəm.’ Belə ki, Allah SVT ona təyin edilmiş Mələyə göstərməsini vəhy etdi, və Qarun dedi: ‘Kimsən sən?’ Yunus ə.s dedi: ‘Mən üzüqara bir günahkar Yunus ibn Mattayam.’ [Qarun] dedi: ‘Allah üçün son dərəcə qəzəbli olan Musa ibn İmrana nə oldu?’ [Yunus] dedi: ‘Nə qədər uzaq! Vəfat etdi.’ [Qarun] dedi: ‘Öz camaatına qarşı Xeyirxah, Mərhəmətli Harun ibn İmran nə etdi?’ [Yunus ə.s] dedi: ‘Vəfat etdi.’ [Qarun] dedi: ‘Mənim üçün adı verilən İmranın qızı Qəlzəmə nə oldu?’ [Yunus ə.s] dedi: ‘Nə qədər uzaq! İmranın ailəsindən heç kim qalmayıb.’ Və Qarun dedi: ‘İmran ailəsindən dolayı vay mənim halıma!’ Beləliklə, Allah ona (o sözünə) görə ona təşəkkür etdi, və Allah ona (Qaruna) təyin edilən Mələyə əmr etdi ki, ondan bu dünyanın günlərinin cəzasını ondan qaldırsın, və o (Mələk) onu ondan qaldırdı. Beləliklə, Yunus ə.s bunu gördükdə, zülmətlər içində səsləndi: ‘Şübhəsiz, Səndən başqa ilah yoxdur, Sən Paksan, Müqəddəssən, həqiqətən, mən zalımlardan olmuşam.’ Və Allah SVT ona cavab verdi və Balinaya əmr etdi ki, onu bayıra çıxarsın.” [7]
Əbu Abdullah ə.s buyurdu: “Yunus ə.s öz camaatının günahlarından dolayı qəzəbli halda onları tərk etdi, ta ki o Əl-Yamda camaat ilə birlikdə gəmiyə mindi. Və onlar Balinaya aşikar edildi ki, bəlkə o onları suda boğsun, və onlar üç dəfə püşk atdılar, və Yunus ə.s dedi: “Mənəm seçilən kəs, məni atın (suya).” Və Balina Yunusu ələ keçirdiyi zaman Allah SVT ona belə ilham etdi: “Mən onu (Yunusu) sənin üçün qida vasitəsi etməmişəm, belə ki, onun sümüklərini əzmə/qırma, və onun ətini yemə.” Sonra o ə.s dedi: ‘Sonra o onunla dənizi dolaşdı, və o (Yunus ə.s) zülmətlər içində səsləndi: ‘Şübhəsiz, Səndən başqa heç bir ilah yoxdur, Sən Paksan, Müqəddəssən, həqiqiqətən, mən zalımlardan olmuşam.’’”
Və o ə.s dedi: “Balıq Qarunun içində olduğu dənizə gəldiyi zaman, Qarun çox çətinliklə duyulan bir səs eşitdi, və ona təyin edilmiş Mələyə dedi: “Bu nə səsdir?” [Mələk] dedi: “Bu balinanın qarnında olan Yunus Peyğəmbərdir (ə.s).” [Qarun] dedi: “Mənə izn verə bilərsənmi onunla danışım?” [Mələk] dedi: “Bəli.” [Qarun] dedi: “Ey Yunus! Haruna nə oldu?” [Yunus] dedi: “O ölüdür.” Qarun göz yaşı axıtdı, və dedi: “Musaya nə oldu?” [Yunus] dedi: “Ölüdür.” Qarun ağladı, və Allah SVT Mələyə, Qarunun əzabını yüngülləşdirməsini ilham etdi, O SVT`ya yaxın olan bəndələrinə olan nəzakətindən dolayı.” [8]
Qarun ölü halda əzaba düçar olduğu zaman Yunus ə.s onun yanına endirilib, onunla danışdı.
Və həmçinin, Qüdrətli (Allah) dedi: {Zün-Nunu da (yada sal!) Bir zaman o qəzəbli (qövmündən) ayrılıb getmiş və ona gücümüz çatmayacağını güman etmişdi. Sonra da zülmətlər içində yalvarıb demişdi: “Səndən başqa heç bir ilah yoxdur! Sən paksan, müqəddəssən! Mən isə, həqiqətən, zalımlardan olmuşam!”} (Ənbiya: 87), və bu Cəhənnəm zülmətidir ki, zalımların əməlləri ilə inkişaf etməkdədir/genişlənməkdədir.
Və Qüdrətli (Allah) dedi: {O, qınanmağa layiq olduqda balıq onu uddu.* Əgər o, Allaha tərif deyənlərdən olmasaydı,* balığın qarnında Qiyamət gününə qədər qalardı.* O, halsız olduğu vəziyyətdə onu sahilə çıxartdıq.* Onun başı üstündə balqabaq tağı bitirdik.} (Saffat: 142-146), yəni Allah SVT bunu (onun üçün) yeni göndəriş səbəbi qıldı, ona görə ki, o öldükdən sonra dirildildi, belə ki, bu yeni göndərişə səbəb idi, və əgər o ölməsəydi, bu, onun qeybdən qayıdışı və mesajının/dəvətinin tamamlanması olmuş olardı.
Və Yunus ə.s balinanın qarnında 28 gün qaldı, Əli ibn Əbu Talib ə.s`dan: “… 28 günə gəldikdə, bu, Yunus ə.s`ın balinanın qarnında qalmasıdır…” [9]
Və Qələm Surəsində deyilir: {Nun. And olsun qələmə və qələmə alınanlara!* Məhz Rəbbinin mərhəmətinə görə sən dəli deyilsən.} (Qələm: 1-2), və dəli o kəsdir ki, ağlı pərdələnmiş, gizli və itirilmişdir, dəlilik sözü o deməkdir ki: gizli və örtülmüş/pərdələnmiş, və burada o mənaya gəlir ki: Sən gizli/gizlədilmiş və itirilmiş deyilsən, Rəbbinin bərəkəti/neməti vasitəsilə, əksinə, sən eynilə günəş kimi, açıq-aydın və bilinənsən.
Və Ayədə: {Zün-Nunu da (yada sal!) Bir zaman o qəzəbli (qövmündən) ayrılıb getmiş və ona gücümüz çatmayacağını güman etmişdi. Sonra da zülmətlər içində yalvarıb demişdi: “Səndən başqa heç bir ilah yoxdur! Sən paksan, müqəddəssən! Mən isə, həqiqətən, zalımlardan olmuşam!”}, və Zün-Nun, Nun əshabı/şiəsi (tərəfdarı) deməkdir, və Nun bir dərəcədə: (Muhəmməddir), və bir dərəcədə: (Əlidir), eynilə “Məcazlar”da açıqlandığı kimi, oraya müraciət edə bilərsiniz. [10]
Və bu Ayədə, o (Nun) Əli ə.s`dır və Yunus ə.s Zün-Nun kimi ifadə edilir, yaxud, Əli ə.s`ın şiəsi (tərəfdarı), həqiqətən Yunus ə.s`ın məsələsinin mənşəyi, onun, Əli ə.s`ın məqam və mövqeyinə tab gətirmə bacarıqsızlığıdır. “Hansı ki, ona bir Peyğəmbər, Elçi yaxud bir yaxın Mələk, yadud da Allah SVT`nın, qəlbini iman üçün imtahan etdiyi mömindən başqası tab gətirə bilmir.” [11], və iman, burada İmam ə.s`dır. Yəni: Allah SVT`nın onun qəlbini İmam ə.s ilə imtahan etdiyi mömin, və Yunus ə.s göndərilmiş Elçidir. Belə ki, o başlanğıcda ona tab gətirmədi, hərçənd, o başına gələn şeylərdən sonra, Allahın verdiyi dərsdən başına gələnlərdən və O SVT`nın onu öyrətməsindən sonra ona tab gətirdi.
Beləliklə, onu bu fiziki dünyada udan şey balina idi (yaxud dənizin “nun”u) və bu Dünyanın ən böyük heyvanlarındandır. Və onu Ruhlar Aləmində/Dünyasında udan şey elmin “Nun”u idi, yaxud Əli ibn Əbu Talib ə.s idi, beləliklə o (Yunus ə.s) onu (Əli ə.s`ı) bildi/tanıdı, və onun məqamını etiraf etdi və o Allahın bərəkətidir/lütfüdür. {Əgər o, Allaha tərif deyənlərdən olmasaydı, balığın qarnında Qiyamət gününə qədər qalardı.}, {Məhz Rəbbinin mərhəmətinə görə sən dəli deyilsən.} [12]
Və Yunus ə.s`ı udan, (dənizdəki) balina, o balinalar növünə aiddir ki, Okeanların dərinliklərindəki Mollyusklarla qidalanır, belə ki, orada, bu zülmət dərinliklərinə çatan bu növ balinadan başqa, heç bir balina növü yaşamır. Doğrusu, indiyə kimi heç bir insan bu dərinliklərə çata/səyahət edə bilməmişdir, və bioloqlar bu balinanın vasitəsilə dərinlərdəki Mollyuskları tanımışlar. Və burada bu balina faktiki olaraq xarakterizə olunur ki, o ən qaranlıq soyuq/qəsvətli zülmətlərin dərinliklərinə enir, {Və o zülmətlər içində səsləndi}. Və həmçinin onun (balinanın) qidası Mollyukslardır, onun həzm sistemi sərt bədən ilə uysaldır/yumşaqdır, (insan bədəni kimi), beləliklə Yunus ə.s`ın bədəni balinanın onu udması səbəbilə əzilmədi/məhv olmadı.
Əl Mütəşabihat, Sual 174, Əhməd əl Həsən (ə.s)
___________________________
1 – Əbi Abdullah Əl Sadiq ə.s, öz atasından, babasından (ə.s) rəvayət etmişdir: Allah Rəsulu səas buyurdu: “Hər kim SubhanAllah desə, Allah onun üçün (bu tərifdən) Cənnətfə bir ağac bitirər, və hər kim Əlhəmdulillah desə, Allah ona (bu tərifindən) Cənnətdə bir ağac bitirər, və hər kim Lə iləhə illə Allah desə, Allah ona bu tərifindən Cənnətdə bir ağac bitirər, və hər kim Allahu Əkbər desə, Allah onun üçün (bu tərifindən) Cənnətdə bir ağac bitirər.” Qüreyşdən olan bir nəfər dedi: “Ey Allahın Rəsulu! Həqiqətən Cənnətdə bizim çox ağacımız var.” O ə.s dedi: “Bəli, amma ehtiyatlı olun ki, onların üzərinə atəş göndərib yandırmayasınız. (yəni, pis əməllərlə onları məhv etmək.)” Və ona görədir ki, Allah SVT buyurub: {Ey iman gətirənlər! Allaha və Peyğəmbərə itaət edin və əməllərinizi puç etməyin!} (Muhəmməd surəsi: 33) – Amali Şeyx Səduq, s.705
2 – Həba Əl Aranidən rəvayət olunur ki, Möminlərin Əmiri ə.s dedi: “Şübhəsiz ki, Allah mənim Vilayətimi səma əhlinə və Yer əhlinə təqdim edir. Onu qəbul edən, qəbul etmişdir, və rədd edən, rədd etmişdir. Yunus onu rədd etdi, və Allah onu balinanın qarnında dustaq etdi, ta ki qəbul edənə kimi.” – Bəsair Əl Dərəcat: s.95
Və (rəvayət olunur ki) Zamani belə demişdir: “Abdullah ibn Ömər İmam Zeynəl Abidin ə.s`ın yanına daxil oldu və ona dedi: “Ey Hüseynin oğlu, (və) iddia edən ki, Yunus ibn Mattanın balinanın qarnından atılmasına səbəb ona mənim babamın Vilayəti təqdim edilib və o onda dayanıb [dərhal qəbul etməyib].” [İmam Əli Zeynəl Abidin ə.s] dedi: “Anan səni itirsin.” [Abdullah ibn Ömər] dedi: O zaman əgər doğrusansa, mənə bunu sübut edən bir ayə göstər.” O ə.s bizə buyurdu ki, onun da mənim də gözlərimizi örtüklə bağlasınlar, nəhayət bir saatdan sonra bizə buyurdu ki, gözlərimizi açaq, və o zaman biz dənizin sahilində idik və dalğalar (sahilə) çırpılırdı. Və ibn Ömər dedi: “Ey Mövla! Qanım sənin boynundadır! Allah! Allah! Mənim özümdə!” ((‘O Master! My blood is in your neck! Allah! Allah! In myself!’)) Və İmam Zeynəl Abidin ə.s dedi: “Onu bəri gətir və doğru danışanlardansansa, onu bizə göstər.” Sonra o ə.s dedi: “Ey Balina!” Deyilir ki, balina başını sanki böyük bir dağ kimi dənizdən çıxardaraq dedi: “Qulluğundayam, qulluğundayam, ey Allahın Seçkin/Üstün Qulu!” O ə.s dedi: “Kimsən sən?” [Balina] dedi: “Mən Yunusun balinasıyam, ey Mövla!” [O ə.s] dedi: “Bizə xəbər ver/Bizi bilgiləndir.” [Balina] dedi: Ey Mövla! Şübhəsiz Allah SVT Adəmdən ta ki sənin baban Muhəmməd (səas) gələnə qədər elə bir Peyğəmbər göndərməmişdir ki, O SVT sənin Vilayətini onlara təqdim etməsin. Belə ki, peyğəmbərlərdən hər kim onu qəbul etmişsə, nicat tapmış və xilas olmuşdur, və hər kim durmuş və onu daşımaqda (və ya: ona tab gətirməkdə) qətiyyətsizlik/tərəddüd etmişsə, (ona) günahdan Adəm ə.s`a gəlib çatan, suda boğulmaqdan Nuh ə.s`a gəlib çatan, atəşdən İbrahim ə.s`a gəlib çatan, gözəllikdən Yusif ə.s`a gəlib çatan, əzabdan Eyyub ə.s`a gəlib çatan, günahdan Davud ə.s`a gəlib çatan çatmışdır, və Allah Yunus ə.s`ı xəbərdar etdi, və Allah SVT ona ilham etdi: “Şübhəsiz, Ey Yunus! Möminlərin Əmiri Əlinin (ə.s) və onun soyundan olan Adil İmamların Vilayətini Qəbul et.”
Bu zaman o (Yunus ə.s) dedi: “Heç vaxt görmədiyim və bilmədiyim birinin Vilayətini necə qəbul edərəm?” Və o narazı halda tərk etdi. Belə ki, O (Allah SVT) mənə ilham etdi: “”Yunusu ud, və sümüklərini əzmə.” Və o məni qarnımda 40 gün qaldı, üç zülmətdə dənizləri mənimlə gəzdiyi zaman dedi: {Səndən başqa heç bir ilah yoxdur! Sən paksan, müqəddəssən! Mən isə, həqiqətən, zalımlardan olmuşam!} Həqiqətən mən Əlinin (ə.s) və onun övladlarından olan Adil İmamların Vilayətini qəbul etmişəm. Beləliklə, o sizin Vilayətinizə inandığı zaman, Rəbbim onu quru sahilə atmağımı əmr etdi.
Və İmam Zeynəl Abidin ə.s dedi: “Öz sığınacağına geri dön, ey Balina.” Sonra dənizin suyu əvvəlki vəziyyətinə qayıtdı.” [Mənaqib Əl’ Əbi Talib, İbn Şəhr Əshub, cild 3, səh.281. Qisas Əl-Ənbiya, Əl-Cəza’iri, səh.493]
3 – Əbi Cəfər ə.s`ın vilayəti üzərinə Allah SVT`nın bu dediyi ilə bağlı Cabirdən [rəvayət olunur ki]: {Biz əvvəl Adəmdən əhd almışdıq, lakin o unutdu; və Biz onda əzm görmədik.} (Ta ha: 115), o ə.s dedi: “O Muhəmməd və ondan sonrakı İmamlar haqda əhd vermişdi, və o onu tərk etdi və onda onlarla bağlı əzm görmədik. Doğrusu, Ulul-Əzm (Əhd əhli) ona görə Ulul-Əzm adlanır ki, onlardan əhd alınmışdı, Muhəmməd və ondan sonrakı vəsilərlə və Mehdi ilə və onun yolu ilə bağlı; beləliklə onların əhdi [həqiqət] üzərindən alındı ki, bu belədir və onu qəbul etsinlər. [Bəsair Əl Dərəcat, səh.90]
Əbu Cəfər ə.s dedi: “Sonra peyğəmbərlərdən əhd alındı,” və O SVT dedi: “Mən sizin Rəbbiniz deyilmiyəm? Və bu Muhəmməd Mənim Rəsulum deyilmi? Və bu Əli Möminlərin Əmiri deyilmi?” Onlar dedilər: “Bəli.” Və peyğəmbərlik təsdiqləndi onlara, və Ulul-Əzmdən əhd alındı ki, Mən sizing Rəbbinizəm, Muhəmməd Mənim Rəsulumdur, və Əli Möminlərin Əmiridir, və ondan sonra onun sərdarları (ə.s) Mənim məsələmin vəsiləridir və Elmimin daşıyıcılarıdır, və Mən Mehdi vasitəsilə dinimi qalib edəcəyəm və Dövlətimi/Hakimiyyətimi açıq edəcəyəm və düşmənlərimdən intiqam alacağam, və (Mənə) könüllü və ya məcburi ibadət ediləcək.” Belə ki onlar dedilər: “Biz qəbul etmişik, Ey Rəbbimiz, və biz ona şəhadət etmişik.” Adəm nə inkar etdi, nə də qəbul etdi. Və Mehdi ilə bağlı o beşinin təsbiti təsdiq olundu. Və Adəm onu qəbul etmədə əzm göstərmədi. Və budur O SVT`nın bu dediyinin səbəbi: {Biz əvvəl Adəmdən əhd almışdıq, lakin o unutdu; və Biz onda əzm görmədik.} (Ta ha: 115). O dedi: Doğrusu bu odur (Adəm ə.s): və o tərk etdi…”
4 – Əbi Abdullah ə.s`dan [rəvayət olunur] ki: “Peyğəmbər (səas) buyurdu: ‘Heç kim deməməlidir: Mən Yunus ibn Mattadan (ə.s) üstünəm.’” [Biharul-Ənvar: c.14, s.392]
5 – Əl Kafi: c.1, s.401, Hədis 1.
6 – İbn Abbasdan [rəvayət olunur ki], belə deyib: “… sonra şübhəsiz ki, İlyas yerə endi və altı ay Yunus ibn Mattanın anasından gizləndi, və Yunus yeni doğulmuş körpə idi, o zaman o öz yerinə qayıtdı, və o sadəcə qısa bir müddət qaldı, ta ki o (Yunusun anası) oğlunu süddən kəsdikdən sonra o (Yunus ə.s) öldü. Beləliklə müsibət böyüdü, və o İlyası çağıraraq bayıra çıxdı, dağlar da yumşaldı, ta ki o İlyası tapdı, və dedi: “Oğlumun ölümünə çox kədərləndim, və Allah SVT mənə ilham etdi ki, sənin vasitənlə ona müdaxilə edilsin, beləcə O SVT övladımı yenidən həyata qaytarsın. Mən onu o vəziyyətdə tərk etmişəm və onu dəfn etməmişəm və onun yerini gizləmişəm.” Və o (İlyas) ona dedi: “Nə vaxt öldü oğlun?” O (qadın) dedi: “bugün yeddinci gündür.” Və İlyas çıxıb getdi və daha yeddi keçdi, ta ki qadının evinə yetişdi. Və o Allah SVT`ya niyaz etdi/yalvardı, ta ki O SVT Yunus ə.s`ı həyata qaytardı. Və o dirildikdə İlyas getdi. Və 40 yaşına çatdıqda, Allah SVT onu öz camaatına göndərdi, buyurduğu kimi: {Biz onu yüz min nəfərə və daha çox kimsəyə peyğəmbər göndərdik.} (Saffat: 147)[Qisasul-Ənbiya: Əl Cəziri, səh.359-361; Biharul-Ənvar: cild 13, səh.393-396]
7 – Biharul-Ənvar: c.41, s.382.
8 – Biharul-Ənvar: c.41, s.391.
9 – Biharul-Ənvar: c.10, s.87
10 – Bax: Əl Mütəşabihat, Cild 1, Sual 6, bütün Quran bir nöqtədədir
11 – Əl Kafi: c.1, s.401, Hədis 1.
12 – İbrahim ibn Abbas Əl-Suli dedi: “Bir gün biz Əli ibn Musa ə.s`ın əlləri arasında idik, və o ə.s mənə dedi: “Dünyada həqiqi nemət yoxdur.” Oradakı dövrün bəzi alimləri dedilər: Allah SVT buyurub: {Sonra da həmin gün nemətlər barəsində mütləq sorğu-sual olunacaqsınız} (Təkasur: 8), və bu nemət bu Dünyadadır və o soyuq sudur.” İmam Riza ə.s yüksək səslə onlara dedi: “Belə təfsir etdiniz?! Və siz onu şərtlərə bağladınız, zira bəzi insanlar dedilər ki bu soyuq sudur, bəziləri dedilər ki, bu yaxşı qidadır və bəziləri də dedilər ki, bu yaxşı yuxudur!” Sonra İmma Riza ə.s dedi: “Atam mənə dedi ki, atası Əbu Abdullah ə.s`a o zaman sizin bu dediyiniz deyilib, Allah SVT`nın bu dediyi ilə bağlı: {Sonra da həmin gün nemətlər barəsində mütləq sorğu-sual olunacaqsınız}. Və o ə.s qəzəblənib və deyib: “Allah SVT şübhəsiz ki, Öz qullarından onlara lütf etdiyi nemətlər barədə soruşmur, və O SVT`ın məxluqatdan onlara bağışladığı şeylər və lütf etdiyi şeylər barədə sorğu-sual etməsi bəyənilmir/yaraşmaz, yaradılmışın qəbul etmədiyi şeyi necə Uca Yaradana yaraşdırırsınız? Doğrusu, nemət biz ƏhliBeyti (ə.s) sevmək və bizim Vilayətimizi qəbul etməkdir. Allah SVT tövhiddən və risalətdən sonra Öz qullarından bunu soruşacaq, çünki əgər qul onu tamamlayarsa, o onu tərk etməyən Cənnətin nemətlərinə qovuşdurulacaq.” [Uyun Əkbər Əl Riza (ə.s), cild 1, səh.136-137]
Y- Yamani et Yawmiates (Mémoires).

Salam, Le récipiendaire. Y-13. Il est aussi[…]

N- Nostradamus.

Salam, Au détriment des associateurs. N-7. […]

Q- Le Mahdi dans le Coran.

Salam, L’Astre perçant. Q-26. La lumière d[…]