User avatar
By Ali Jafarov
#65061
Ayət namazı

“Günəş tutulması,ay tutulması və zəlzələ baş verdiyi zaman,Ayət namazı qılmaq vacibdir.
Ay tutulması baş verən zaman namazda niyyət edilir: “ Nəvəytu ən usalli Səlatəl Ayat li-inhisafəl Qəmər Qurbətən iləllah”.

Gün tutulması baş verən zaman namazda niyyət edilir: “Nəvəytu ən usalli Səlatəl Ayat li-inhisafəl Şəms Qurbətən iləllah”.
Zəlzələ baş verdiyi zaman namazda niyyət edilir: “Nəvəytu ən usalli Səlatəl Ayat lil Zəlzələ Qurbətən iləllah.”
7 təkbir demək vacibdir. (Təkbirlərin birincisi Təkbirətul-Ehramdır.)
Sonra Fatihə surəsi oxunur.Daha sonra bir surənin ayətlərini beşə bölərək,hər bölümü onunduqdan sonra rükuya gedilir.
Məsələn İxlas Surəsini beşə bölərək Ayət namazı bu qaydayla qılınır: Fatihəni oxuduqdan sonra “Bismillahir-Rəhmanir-Rəhim” deyib,sonra rükuya gedilir.Rükudan qalxdıqdan sonra “Qul Huvəllahu Əhəd” deyilib yenidən rükuya gedilir.Rükudan qalxdıqdan sonra “Allahus-Səməd” deyilib,yenə rükuya gedilir.Rükudan qalxıb qiyam halında dayanıldığı zaman “Ləm Yəlid vələm yuləd” deyilir yenə rükuya gedilir.Rükudan qalxıb “Və ləm yəkun ləhu kufuvən Əhəd” deyilir və yenədə Rükuya gedilir.Rükudan qalxdıqdan sonra səcdəyə gedib iki səcdə yerinə yetirildikdən sonra yenə ayağa qalxıb ikinci Rük`əti elə birinci rük`ət kimi qıldıqdan sonra səcdələridə əda etdikdən sonra təşəhhüd və səlam oxunaraq namaz başa çatır.”
Seyyid Əhməd Əl Həsən Yəmani (ə)
“Fiqh” Kitabı.
Y- Yamani et Yawmiates (Mémoires).

Salam, Le récipiendaire. Y-13. Il est aussi[…]

N- Nostradamus.

Salam, Au détriment des associateurs. N-7. […]

Q- Le Mahdi dans le Coran.

Salam, L’Astre perçant. Q-26. La lumière d[…]