User avatar
By Ali Jafarov
#65065
Gecə namazı

İmam Cəfər-i Sadiqdən (əs) rəvayət olunan bir hədisdə,”Gecə namazı Allahın məmnunluğu və mələklərin dostluğunu qazandırır. Peyğəmbərin sünnəti, mərifətin nuru, imamın həqiqəti, bədənin rahatlığı, şeytanın isə narahatlığı deməkdir.
Gecə namazı möminin düşmənlərə qarşı silahı, əməllərin qəbul səbəbi və bərəkəti, Məlakul-Məvt ilə insan arasında şəfaətçi, qəbr evində işıq və rahatlıq və sorğu mələklərinə cavab, qəbr evində qiyamət gününə qədər dost, qiyamət günü mömin üzərində kölgəlik, başında tac, bədənində paltar, önündə aydınladıcı işıq, atəşlə namaz qılan arasında pərdə, Allahla namaz qılan arasında höccət, əməl tərəzisində ağırlıq, siratdan keçiş izni və cənnətə keçiş üçün açardır.

Necə qılınır:

Gecə namazının vaxtı, gecənin yarısından (işa namazının bitmə vaxtı) başlayır, fəcr doğuşu (azan oxunması ilə) bitir. Gecə namazı 11 (on bir) rükətdir. Səkkiz rükəti gecə namazı niyyəti edilərək ikişər (cüt-cüt) rükət halında sabah namazı kimi qılınır. İki rükəti də Şə’f namazı niyyəti edilərək qılınır. Geri qalan bir rükət də vitr namazı niyyətilə qılınır.

Təhəccüd (Gecə) namazı: 8 rükətdir. Sübh namazı kimi qılınır.

Şə’f namazı: ilk rükətdə fatihə və fələq, ikinci rükətdə fatihə və nas oxunur. Bu namazda qunut oxunmur.

Vitr namazı: Bir rükəttir. 1 fatihə, 3 ixlas, 3 nas və 3 fələq oxunur. Sonra qunut duası edilir.
S- L'Islam comme Religion ?

Salam, Le Rappel. S-10. Mahdi est un avertis[…]

Salam, Les bannières noires. E-13. Le Desce[…]

Y- Yamani et Yawmiates (Mémoires).

Salam, Les rêves qui m’ont aidé à mieux cerner[…]