User avatar
By Ali Jafarov
#65193
Oruc

Sual: Bəzi günlərdə müstəhəb olan oruclar hansılardır?

Cavab: Bunlardır:
1. Əyyami-bid orucu tutmaq (Hər [qəməri] ayın on üç, on dörd və on beşinci günləri).
2. Qədir-Xum Günündə oruc tutmaq (Zilhiccə 18).
3. Peyğəmbər səas’in doğum günündə (Rəbiuləvvəl 17) və Peyğəmbərlik verildiyi gündə (Rəcəb 27) oruc tutmaq.
4. Dahvu’l Arz Günü oruc tutmaq (25 Zilqədə).
5. Hilalı tə’yid edər etməz və oruc tutduqda zəif düşərək Ərəfə gününün dualarını oxumaqdan saxlamayacaqsa, Ərəfə günü oruc tutmaq (9 Zilhiccə)
6. İmam Hüseyn ə.s’ın fəlakəti üçün Aşura Günü (Muhərrəm’in 10-cu günü) günortaya qədər MATƏM orucu tutmaq.
7. Mübahilə Günü oruç tutmaq (24 Zilhiccə).
8. Hər Cümə axşamı və Cumə günləri oruc tutmaq.
9. Zilhiccə’nin ilk günü oruc tutmaq.
10. Rəcəb və Şaban Aylarında oruc tutmaq.
11. Hər ay 3 gün oruc tutmaq. Bu 3 gün bunlardır; ayın (Hicri) ilk və son cümə axşamı günləri, ayın 10-cu günündən sonrakı ilk çərşəmbəsi oruc tutmaq.

Əhməd əl Həsən ə.s
Fiqh Kitabı – Oruc Bölümü

Sual: Aşura Günü Oruc Tutmaq Müstəhəbdirmi?

Cavab: Rəhman və Rahim olan Allahın adı ilə, Həmd olsun Aləmlərin Rəbbi olan Allaha, Allahın salamı, Hz. Muhəmməd səas və O’nun Əhlibeyti, İmamlar və Mehdilər üzərinə olsun.

Lütfən alıntınızda doğru olun. Allah sizi islah etsin. Mən Aşura Günü oruç tutmak müstəhəbdir demədim. Dedim ki, Aşura günü matəm orucu tutmak müstəhəbdir. Yəni, günortaya qədər yeməkdən, içməkdən çəkinməkdir. Həmçinin bu, digər oruclar arasında şüphəli bir mövzu doğurmaması adına, oruc olaraq adlandırılmaz (Ramazan ayı orucu kimi oruc tutmaq sinfinə girməz).

Əhməd Əl-Həsən
2 Cəmazi/ 1433 Hicri
Y- Yamani et Yawmiates (Mémoires).

Salam, Le récipiendaire. Y-13. Il est aussi[…]

N- Nostradamus.

Salam, Au détriment des associateurs. N-7. […]