#65047
Mucməur-Ricalul-Hədis Kitabı haqqında kiçik bir araşdırma

3.jpg

4.jpg


Bismillahir-Rəhmanir-Rəhim.
Bundan əvvəlki yazılarımızda, sübut etdik ki, Şiə aləmində, “Rical Elmi” deyilən bir elm yoxdur.Və Rical Kitabı kimi təqdim edilən bir çox kitablarda, əslində Fehrestdir ki, Fehrest məsələsinə cavab kimi, bir çox məqalələr və önəmli məsələlərin qeydi aparıldı.
Bu günkü yazımız isə, məxsusən muasir dövrümüzdə qələmə alınmış bir kitab, yəni “Əbul-Qasim” kimi tanıdılan Seyyid Xoyinin, “Mucməur-Ricalul-Hədis” Kitabı haqqında olacaqdır.
Diqqət edin. Bugünkü gündə, Əhli-beyt (ə)-ın elm çeşməsini kəsməyə çalışanlar və Əhli-beyt (ə) hədislərini Rical elmi vasitəsi ilə baltalamağa çalışanlar, əsasən bir məcmuəyə daha çox önəm verir.Və Həmən məcmuə də, Seyyid Xoyinin qələmə aldığı 24 cildlik “Mucməur-Ricalul-Hədis” kitabıdır.
Diqqət edin.Şiə məzhəbində çox əhəmiyyətli və ilkin kitab olan və içində Səqifə hadisəsinin həqiqətlərini və Xanım Zəhraya (s.ə) qarşı edilən zülmü ehtiva edən və qeydlər aparılan kitablardan biri, məhz Suleym İbni Qeysin Kitabıdır. Və o kitabın adı elə “Kitabu Suleym İbni Qeys”-dir. Və Xoyinin cəm etdiyi bu 24 cildlik məcmuə, Suleym İbni Qeysin kitabını qüvvədən salır və zəif adlandırır.
Və təqlidçilərin tanınmış Müctehidi olan, Seyyid Muhəmməd Huseyn Fəzlullah, məhz Xoyinin Rical məcmuə kitabına əsasən, Xanım Zəhranın (s.ə) İsmətinə qarşı hücum çəkmiş və bu azmış kimi, Xanım Zəhranın (s.ə) evinə, Ömər tərəfindən edilən hücumu və Xanımın Möhsin (r.ə) adlı uşağının düşməsini, Vəhhabilər kimi “ Ağ yalan” “Nağıl” və “Səhih olmayan səfsəfə” adlandırmışdır!! Və bu çirkin sözü Fəzlullahın deməsini dəqiqləşdirmək üçün,gedib Fəzlullahın kitablarına nəzər sala bilərsiz. Yox əgər buna əliniz çatmasa, ən azınnan Youtube portalında, Fəzlullahın, Xanım Zəhranın (s.ə) evinə edilən hücuma dair necə çirkin rə`ylər bildirdiyinə, axtarış edib, tapıb nəzər sala bilərsiz.
Və Kitab yazan Əhməd Əl-Katib, öz kitabında, Xoyinin Rical kitabına söykənərək, Kuleyninin Üsuli-Kafi kitabında və digər Şiə hədis kitablarında olan “İmam Zamanın (ə) Şə`ban ayının 15-ində Viladətinin olması” haqqındakı hədislərin etibar edilməyəcək həddə olmasını və qət`i olaraq Zəif olmasını yazmışdır.Nəyə söykənərək?! Təbiki səfsəfələrlə dolu olan Rical elminə və Məxsusən, Xoyinin nağıl kitabı olan“Mucməur-Ricalul-Hədis” kitabına söykənərək.
Və Xoyinin Rical kitabına əsasən, Əhli-beyt (ə)-dan gələn Ziyarətnamələr, Dualar, Hədislər və Xütbələrin əksəriyyəti, səhih deyil və sənədlərinə söykənərək, Xoyi bunların Əhli-beytə (ə) aid olmamasını demişdir.Bunu harda və necə deyib?! Yenədə öz kitabında Ravilərə yağdırdığı böhtanları ilə!!
İndidə biraz bu kitabın içinə nəzər salaq:
Əvvələn, Bu kitab 24 cilddən ibarətdir. 11739 səhifədən ibarətdir. Muqəddimə hissələr isə106 səhifə. Və Rical elmi və onun qaydaları haqqındakı qeydlərin səhifələri isə, 11739 səhifədən ibarət olan kitabın içində, sadəcə və sadəcə 80 səhifə həcmindədir.Və elə burdanda mə`lumdur ki, bu Rical elmi nə gündədir və ümumən heç buna bir “elm” də demək, düzgün deyil.Və bu sadəcə nəzəriyyədir və fikirlərdir ki, əhli-sünnədən qopub Şiənin içinə düşmüşdür! Məgər elə bu sayın özü, muxaliflərə bəs etmirmi?!
Və indi sizə Rical elminin necə dəhşətli dərəcə Şiə məzhəbinə və hədis ravilərinin nəqllərinə necə ağır zərbə endirdiyi sübut edimmi?! Diqqət edin. “Mucməur-Ricalul-Hədis” kitabında, cəm şəkildə nə az nə çox, düz 15806 nəfər ravinin adı qeyd edilmişdir.
Yaxşı, bu ravilərdən neçəsinin “siqə” yəni etbiralı olmasından xəbəriniz varmı?!
Hazır olun, sizi təccübə salacağıq. Nə az nə çox,cəmisi 800 nəfər etibarlı şəxsdir!!!!
Diqqət edin, 15699 nəfərdən, cəmisi 800 nəfəqi etibarlı ravi imiş!! Subhanallah! Qalan 14899 nəfər isə, etibarlı şəxslər deyil!
İndi, bu məsələ, hədisləri baltalamaq deyilsə bəs nədir?! qalıq 14899 nəfərdən, heç neçə min hədislərin gəldiyini saya bilərsizmi?! Onda belə çıxır ki, Şiə məzhəbindəki hədisləri faiz hesabı ilə götürsək, 80-90% hədislərin sənədləri, problemlidir!!
Bir məsələyədə diqqət edin. Bu 800 nəfərlik siqə şəxslərin əksəriyyəti, əsasən fiqhi məsələlərdə hədis nəql edənlərdir.Yəni Xoyinin etibarlı şəxs dedikləri, əsasən fiqhi hədislərin nəql edildiyi kimsələrdir.Bəs Əqaid və sair əsaslar?! Həəə oların raviləri zəif imişş!!!
Və məhz buna görədir ki, bugünkü Axır-Zaman Üləmaları, min bir hoqqadan çıxır! Məxsusən mə`rifət, əqaid və Qur`an təfsiri məsələlərində, özlərindən icadlar edir.Və nəyə görə?! Ona görəki, Cənab ağayi Xoyinin siqatlarının (etibarlı bildiyi kəslərin) əksəriyyətindən, çox az sayda əqaid və təfsir haqqında hədislər gəlib çatıb.Və Əqaid və və təfsir haqqında nəqllərin ricalları isə, həmən o problemli qalıq 14899 nəfərlik siyahının içinə daxildir.Və buna görədə çox bilmiş Axır-Zaman Üləmaları, rical yolu ilə zəif bildikləri hədislərə söykənməkdənsə, öz kəm ağılları və məntiqlərini işə salır, Əqaid və Təfsirul-Qur`anı pis günə qoyur və muxtəlif bid`ət və səfsəfələri ərsəyə gətirirlər.
Və işin ən gülməli tərəfi isə, hələ qabaqdadı..
24 cilddən ibarət olan və Rical aşiqlərinin böyük həvəslə “əzəmətli elm kitabı” və “Şiə məzhəbində rical elminin genişliyi və böyüklüyünü göstərən əsər” adlandırdıqları həmən bu Xoyinin “Mucməur-Ricalul-Hədis” kitabındakı Şəxslərin siyahısının, ki onların ümumi sayı 15699 nəfərdir, onların nə az nə çox düz 9665 nəfəri haqqında, nə siqə, nə cərh, nə məchul nə zəif nədə digər sifətlərə malik olması haqqında heç bir məlumat yoxdur!
Yəni həmən bu 15699nəfərlik ad siyahısından 9665 nəfəri haqqında heç bir məlumat verilməyib və sadəcə adlar yazılıb Vəssəlam. Yaxşı, onda ey Ağayi Xoyi, niyə özüvüzü bu qədər zəhmətə salmışdız?! Day əldə nə qaldıki? Elə o 9665 nəfəri çıxıb, yerdə qalanı haqqında qırx vərəq dəftərə yazardınız kitabınızı vəssəlam))
15699-800-9665=5234. Və həmən o 5234 nəfərdən 336 nəfəri məchuldur. Elə bunu ayrı yazmaqdansa, ay Cənabi Xoyi, bu siyahını elə o məlumat vermədiyiniz 9665 nəfərin üstünə gəlmək olmazdımı?! Məgər bu, “yazıb doldurmaq” xətrinə yazılmış bir siyahı deyilmi?! Nəysə…
Və siz muxaliflərin mədh edib tə`riflər dediyiniz Rical elminin vəziyyəti ortadadır. Budurmu “elm” dediyiniz? Budurmu 25 cildlik dahi kitab?! Və bundan əvvəldə bir çox Rical kitablarına-ki onların elə əsli Fehrest kitabıdır, ki bu məsələləri daha əvvəlki yazılarda qeyd etmişdik- nəzər saldıq. Və bu vəziyyət, bu xaos durumu ortadadır.Və bu dəfədə, əvvəlki yazlarımızda dediklərimizi təkrarlıyırıq. Ki bu təkrarı Nəyə əsasən edirik?! Təbii ki,Dəlillərə və elə Rical kitablarından gördüyümüz gülünc vəziyyətlərə nəzər salaraq bildiririk:
“Şiə məzhəbində Rical elmi deyilən bir elm yoxdur.Rical elmi deyilən şey, elm yox əsl “cəhalət”-dir.Və bu cəhalətin kökü, cahillərdən, yən Əhli-Sunnə vəl Cəmaədən gəlməkdədir! Və Əhli-beyt (ə)-ın elminin qapısından çıxmayan hər bir şey də, batildir və bidətdir. Və bid`ət də, zəlalətdir!”
Vəssəlamu Aleykum və Rəhmətullahi və Bərəkatuh.
You do not have the required permissions to view the files attached to this post.
S- L'Islam comme Religion ?

Salam, Le Rappel. S-10. Mahdi est un avertis[…]

Salam, Les bannières noires. E-13. Le Desce[…]

Y- Yamani et Yawmiates (Mémoires).

Salam, Les rêves qui m’ont aidé à mieux cerner[…]