Page 1 of 1

Rical Elmi Bidətdir!

PostPosted:Mon Dec 12, 2016 8:35 pm
by Ali Jafarov
Rical Elmi Bidətdir!

Rical elminin yaranmasının səbəbi bizə gəlib çatan hədislərin səhihliyi və doğruluğunu ölçməkdən ibarətdir. Bu mövzunu diqqətə aldıqlarında hədisi nəql edənlər haqqında araşdırmalar edib bu şəxslərin kim olduqlarına və bu şəxslərin yalançı olub-olmadığına baxarlar, yəni daha doğrusu qərar verərlər. Və bu şəxslər üçün bir kitab hazırlanar və hamısının adları o kitabda etibarlıdır yaxud etibarlı deyil deyə siyahı şəklində hazırlanar və filan şəxsin Rical kitabı deyilər (Ricalul-Nəccaşi, Ricalul-Tusi kimi). Yəni hədisi nəql edən şəxs əgər etibarlı şəxsdirsə hədisi qəbul edərlər, və əgər bu hədisi nəql edən şəxsi tanımaq üçün yetərincə məlumat toplaya bilməzlərsə və ya hədisi nəql edən şəxsin etibarlı olduğu qənaətinə gəlməzlərsə, hədisi rədd edərlər. Bu şəkildə yola çıxdığımızda hədis nəql edən ravilərin fasiq yaxud yalançı olduqları ortaya çıxarsa, hədisi bir kənara qoyarıq, və əgər sadiq və etibarlı biridirsə, hədis ələ alınar, təbii ki bunun doğru olub-olmadığına isə Quran, Peyğəmbər (s) və onun əziz Əhlibeytinin (ə) hədislərində baxacayıq.
Ondan öncə bilməyimiz lazım olan bir xüsus da vardır ki, ravilərin Etibarlılığının ən önəmli maddəsinə nümunə bir Əhli Sünnət alimi ilk əvvəl hədis ravisinin sünni olmasına diqqət edər, halbuki Peyğəmbərimizin (s) dövründə məzhəb yox idi, yəni hədisi eşidən ilk ravinin məzhəbi olmaz, şiələr də eyni xətaya düşmüşlər. Hər məzhəbin dəyişilməz qanunu:
1. Ravi öz məzhəbindən olacaq
2. Ravi haqqında yaşadığına və yalançı olmadığına dair dəlil olacaq
Hər iki şərtin səbəbi etibarlı bir ravi tapmaqdan gəlir, yəni sadiq. Əhli sünnət şiə olan raviləri sadiq saymaz, şiələr də əhli sünnət ravilərini sadiq saymaz və hər ikisi də bir-birini rədd edər. İndi özümüzün Peyğəmbərimizin (səas) dövründə olduğumuzu hesab etsək bu hökmün etibarlılığını məzhəblərə baxmadan, Qurandan baxacayıq:
Ey iman edənlər! Sizə bir fasiq bir xəbər gətirərsə, bilməyərək bir insanlara zərər verib etdiyinizdən peşman olmamaq üçün o xəbərin doğruluğunu araşdırın. (Hucurat (49):6)
Fasiq = Fitnəkar, fisq törədən
Burada gördüyünüz kimi, Quran ayəsi buyurur ki, biri sizə bir xəbər gətirirsə, bu şəxs yalançı olsa belə, gətirmiş olduğu xəbərin mövzusunu və mətnini araşdırın, yəni bu şəxsin kimliyi haqqında bizi xəbərdar etməkdədir, çünki əgər sırf fasiq olaraq görüb inanmasaq, insanlara zərər verə biləcəyimizi anlatmaqdadır, yəni Rical elminin bəhs etdiyi mövzu tamamilə insan düşüncəsindən meydana gəlmiş bir baxış məsələsidir, çünki Quran və hədislər üzərindən çıxarılan bir hökm deyildir. Ancaq rical elminə inanan şəxslər bu üsula tək çarə olaraq baxdıqları üçün az qala Peyğəmbərimizin (s) tövsiyə etdiyi bir yol imiş kimi özlərini zənnə və konkretlik olmayan bir dənizin içinə atmış vəziyyətdədirlər. Halbuki bütün rical kitablarında ravilər haqqında müxtəlif qərarlar verilmişdir və rical elminin öndə gələn isimləri belə bir-birinin qərarlarına qarşı çıxmışlar. Məsələn, Buxari öz kitabında ələ aldığı ravilərinin 400-ə yaxınını Səhih Müslim sağlam ravi saymamışdır və digər raviləri etibarlı saymışdır. Buxari də səhih Müslimin 600 ravisinin etibarlı olmadığını demişdir, və ya Rical elminin ən öndə gələnlərindən Nəccaşi və Şeyx Tusi də bəzi ravilər barədə fərqli görüşlərə sahibdirlər. Məsələn, bir şəxsə Şeyx Tusi etibarlıdır deyər, ancaq Nəccaşi deyildir deyər, və ya əksinə, hətta bəzən bir kitabında etibarlıdır deyər, başqa bir kitabında isə etibarsızdır deyər. Nümunə olaraq, Şeyx Tusi Rical kitabında birinə etibarlı demişdir, ancaq Kataloq (Fihristi) kitabında etibarlı deyil demişdir.
Bu mövzunu Seyyid Əhməd Əl Həsən (ə) Quran yolu ilə açıqladığı zaman bizə kafi (yetərli) gəlmişdi, çünki Quran bütün inananların ortaq olaraq haqq saydıqları kitabdır, ancaq ayəni kafi saymayanlar üçün Nəccaşi və Şeyx Tusinin kitablarında ortaq olaraq səhih saydığı bir neçə hədisi gözdən keçirəcəyik ki, bu durumun önəmini başa düşək. Və əgər Nəccaşi və Tusinin səhih saydıqlarını müdafiə ediriksə, bizim üçün etibarlı olduğundan deyil, Rical elmini etibarlı sayanlar üçündür, çünki öz inandıqları kitablar üzərindən mövzunu davam etməyimiz lazımdır və bunun tövsiyəsini də İmam Riza (ə) bizlərə nəql etmişdir:
İmam Riza (ə) buyurmuşdur: “Onların özləri üçün zəruri saydığı yöndən danışın.” Bunu bu şəkildə etdiyimizdə qarşımızdakı şəxs nə mövzudan kənara çıxa biləcək, nə də inkara gedə biləcək, hər nə qədər də Quran ayəsi verdiksə də, bu vəziyyəti Rical elminin təsdiq etdiyi hədislərlə dəqiqləşdirəcəyik inşallah.
Əhli Beyt (ə) hədisləri inkar etməməyimiz üçün ciddi bir şəkildə xəbərdarlıq vermişlər.
Ravi deyir: İmam Sadiqə (ə) ərz etdim ki, “sizin hədislərinizi bizə nəql edən bir şəxs var və bu şəxs yalançılıqla məşhurdur və sizdən hədis nəql etdiyində biz inanmırıq.” İmam Sadiq (ə) buyurdu: “Görəsən gecənin gündüz və gündüzün gecə olduğunumu iddia edir?” “Xeyr” dedim. Buyurdu: “Əgər bunu da desə onu inkar etməyin, çünki əgər inkar edib yalanlasan, məni rədd etmiş olarsan.”
Müxtəsərul Dəracat, Həsən ibn Süleymani-Xəlil, səh.76; Və fi Tab’ağ Axri, səh.234
Hədis ravilərinin Ricalı:
Ravi: Əhməd ibn Muhəmməd ibn İsa: Xilasətul Qavalul-Xəlil, səh.61 Ravinin etibarlı olduğunu deyir.
Ravi: Hüseyn ibn Səid: Ricalul-Tusi, səh.355, No 5257 Ravinin etibarlı olduğunu deyir.
Ravi: Muhəmməd ibn Xalidul-Bərqi: Ricalul-Tusi, səh.363, No 5391 Ravinin etibarlı olduğunu deyir.
Ravi: Abdullah ibn Cundub: Ricalul-Tusi, səh.340, No 5059 Ravinin etibarlı olduğunu deyir.
Ravi: Süfyan ibn Səməd: Ricalul-Tusi, səh.220, No 2926 Ravinin etibarlı olduğunu deyir.
İmam Sadiq (ə) buyurdu: Hədisləri inkar etməyin, əgər çoxunu və ya bir miqdarını, hətta bir kölgə və ya ruzigarını bizə nisbət edərlərsə, yenə inkar etməyin, çünki içində haqq ola biləcək bir şey ola bilər və siz bilməyə bilərsiniz və əgər bunu etsəniz, Allahı ərşi ucalığında yalanlamış olarsınız.
Əl Məxasənəl Əhməd ibn Muhəmməd ibn Xalidul-Bərqi, cild 1, səh. 230; Ələl Şəraiq, cild 2, səh.395
Hədis ravilərinin Ricalı:
Ravi: Əhməd ibn Xalidul-Bərqi: Ricalul-Nəccaşi, səh.76, No 182 Ravinin etibarlı olduğunu deyir.
Ravi: Muhəmməd ibn İsmail: Ricalul-Nəccaşi, səh.330, No 893 Ravinin etibarlı olduğunu deyir.
Ravi: Cəfər ibn Bəşir: Ricalul-Nəccaşi, səh.119, No 304 Ravinin etibarlı olduğunu deyir.
Ravi: Əbul Hasin Zahar ibn Abdullahul-Əsədi: Ricalul-Nəccaşi, səh.176, No 465 Ravinin etibarlı olduğunu deyir.
Ravi: Əbu Bəsir Yəmi’əbni-Qasım: Ricalul-Nəccaşi, səh.441, No 1187 Ravinin etibarlı olduğunu deyir.
Əbu Cəfər (ə) buyurdu: Allaha and olsun ki, nəzdimdə ən sevdiyim əshabım ən inanclı və ən fəqih olanı, hədislərimə ən gözəl şəkildə sarılandır, və əshabımın ən pisi və ən çox düşmənim olmuş olanı o kəsdir ki, bizə bir hədis nisbət etdiklərində və ya rəvayət etdiklərində, onu pisləyər və inkar edərək rədd edər, və hər kim hədislərə inanarsa, onu kafir sayar, halbuki, o bilməz bəlkə o hədis bizim tərəfimizdən deyilmişdir, və etdiyi inkar üzündən bizim vilayətimizdən çıxmış olacaq.
Əl-Kafi, cild 2, səh.223; Müxtəsərul Bəsairul-Dərəcat, səh.98; Vəsailul-Şiə (Əhlil-beyt) cild 27, səh.87; Müstədəril Vəsail, cild 1, səh.80
Hədis ravilərinin Ricalı:
Ravi: Muhəmməd ibn Yəm’i: Ricalul-Nəccaşi, səh.353, No 946 Ravinin etibarlı olduğunu deyir.
Ravi: Əhməd ibn Muhəmməd: Xilasətul Qavalul-Xəlil, səh.61 Ravinin etibarlı olduğunu deyir.
Ravi: Həsən ibn Məhbub: Fihristul-Tusi, səh.96, No 162 Ravinin etibarlı olduğunu deyir.
Ravi: Cəmil ibn Saleh: Ricalul-Nəccaşi, səh.127, No 329 Ravinin etibarlı olduğunu deyir.
Ravi: Əbu Əbidə Əl Həza: Ricalul-Nəccaşi, səh.170, No 449 Ravinin etibarlı olduğunu deyir.
Aşağıdakı hədislər yuxarıdakı hədislərlə uyğun gəldiyindən artıq Rical sənədi qoymadıq.
İmam Sadiq (ə) buyurdu: İnsanlarla mənim kəlamım ilə dəlil verin, əgər sizi inkar edərlərsə, doğrusu məni inkar etmiş olacaqlar. (Təshihul-Etiqad Mufid)
Rəsulullah (s) buyurdu: Məndən sona yetişən bir hədisi inkar edən bir kimsənin Qiyamət günündə düşməni olacağam, o zaman əgər məndən sizə tanımadığınız bir hədis gələrsə, Allah bilir deyin (Allahu-Alim).
– Biharul-Ənvar, cild 2, səh.21
Ey Cabir, əgər bizdən sənə bir şey gələrsə və qəlbin onu qəbul etməzsə, Allah-Təalaya həmd et və onu bizə geri göndər, bu necə mümkün olar, necə gəldi, o necədir və s. demə. And olsun bu sözlər Allaha şübhə duymaq deməkdir.
– İxtiyar Məğfirətul-Rical (Şeyx Tusi), cild 2, səh.439
Həzrət Əbül Həsən (ə) buyurdu: Bizdən sənin əlinə yetişən və ya hətta bizə nisbət edənləri əsla batildir demə, hətta əgər ona qarşı hökmünü bilsən belə, çünki sən nə bilirsən ki, biz bunu nə üçün, hansı sifət və hansı səbəbdən ötrü söylədik.
– Əl-Kafi cild 8, s.25; Biharul-Ənvar, cild 2, s.209
Bu şəkildə Rical elmi özünü deşifrə edərək təkzib etmişdir. Yəni, önünüzə gələn hədisləri inkar etməyin, bəlkə bizdəndir, yəni bir açıq qapı qalmaqdadır. Yaxşı, bəs biz bu bəlkə kəliməsi ilə necə əminliyə çata bilərik? Və əmin bir şəkildə bizə gələn hədislərin Əhlibeytdən (ə) və ya Peyğəmbərimiz (s) tərəfindən gəldiyinə necə inana bilərik? Bunları oxuduğumuzda ağlımıza bu sual da gələ bilər, madam ki, biz raviləri sorğulaya bilməsək, nə edəcəyik? Əslində hər iki sualın cavabı eynidir, amma çox önəmli bir mövzunu vurğulamaq lazımdır. Əgər biz Rical elmini irəli sürsək, Əhlibeyti (ə) və Peyğəmbərimizi (s) təhqir etmiş olacağıq, çünki bizi çıxılmaz bir yolun ortasında atmış və bizə yol göstərməmiş olduları üçün çarəni Ricalda tapdıq ehtimalını söyləmiş olacağıq ki, bu əsla mümkün deyildir. Mütləq bizə yol buraxmış olmaları gərəkdir, çünki Rical elminin ardından getsək, ixtilafların boğuşduğu bir çıxılmaz yola girərik ki, Allah-Təala bizi ixtilafdan və ayrılığa düşməkdən çəkindirmişdir. Anladığımız kimi ravilik mövzusunda nə Əhlibeyt (ə) tərəfindən, nə də Peyğəmbərimiz (s) tərəfindən heç bir hədis yoxdur, şiə və sünni inancına görə Peyğəmbərimizdən (s) sonra dində nə əlavə edilərsə, bidət sayılır, bidətin mənası isə özündən bir şey əlavə etməkdir və bu da iman edəni şirkə götürər.
“Sonradan ortaya çıxan hər şey bidətdir, hər bidət pozğunluqdur və hər pozğunluq insanı atəşə sürükləyər.”
Müslim, Cumua, 43; Əbu Davud, Sünnət 5; Nəsai, İydeyn, 22; İbn Macə, Müqəddimə, 7
İmam Əli (ə): “Bir bidət çıxdığında mütləqdir ki, bir sünnət tərk edilmişdir. Bidətdən çəkinin. Açıq-aydın yoldan ayrılmayın. İşlərin ən pisi isə yeni çıxan şeylərdir.”
Şərhi-Nəhcul Bəlağa-i İbn Əbil Hədid, 9/93
Üstəlik bir bidətin sonunda alimlər belə fikir ayrılığına düşdüklərindən bu ayənin tərsinə hərəkət etmiş olurlar ki, bu da bu fikir ayrılığının İslamda yeri olmadığını açıqlayar.
“Dini ayaqda tutun və onda ayrılığa düşməyin” deyə Allah Nuha tövsiyə etdiyini, sənə vəhy etdiyimizi, İbrahimə, Musaya və İsaya tövsiyə etdiyimizi sizə din seçdi. Lakin sənin dəvət etdiyin bu (din) müşriklərə ağır gəldi. Allah istədiyini Özünə seçər və (Ona) yönələni də doğru yola yetişdirər. (Şura (42):13)
Bildiyimiz kimi bir insanın etibarlı olub olmadığına qərar vermək çox çətindir, çünki, Musa (ə) 70 nəfəri etibarlı bilərək yanında götürmüşdü, ancaq hamısı dindən çıxmışdılar, yəni məsum bir peyğəmbər belə bunun qərarını verə bilməmişdi.
Əhlibeyt (ə) buyurur: Gələn hədisin mətninə baxın, çox eşitdik deyə səhih qılmayın.
Ğərrul Hökm, fəsil 30, hədis 11
Hz.Əli (ə) buyurdu: And olsun ki, haqq və batil kişilərin özəllikləri ilə tanınmaz (rical alimləri kimi), əvvəlcə haqqı tanıyın, sonra onun əhlini tanıyacaqsınız.
Şərh-i Nəhcul Bəlağa İbn Xəlil
İndi keçək səhih hədisin səhihliyinə necə qərar verəcəyimiz sualına. Bəli, bu mövzu ilə bağlı həm hədislərdə keçmişdir, həm də Quranda onun üçün ən etibarlı olan ayə ilə başlayacağıq. Allah-Təala buyurdu:
Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar (əmr) sahiblərinə itaət edin! Əgər bir iş barəsində mübahisə etsəniz, Allaha və qiyamət gününə inanırsınızsa, onu Allaha və Rəsuluna həvalə edin! Bu daha xeyirli və nəticə etibarilə daha yaxşıdır. (Nisa (4):59)
Yəni, bir hədisin doğru olub olmadığını anlaya bilməyimiz üçün Qurana müraciət edəcəyik və Quran ilə uyğun olub olmadığına baxacayıq, bu şəkildə ixtilaflı olduğumuz hədisləri Quran və mütəvatir hədislərlə müqayisə edəcəyik, yəni həm Qurana müraciət etmiş olacağıq, həm də Allahın Rəsuluna (s).
Xeyr! Sənin Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən çəkişmələrdə səni hakim hesab etməyincə, sonra da verdiyin hökmlərə görə özlərində bir sıxıntı duymadan tam təslim olmayınca iman gətirmiş olmazlar. (Nisa (4):65)
İbn Əbi Yafur deyir: İki hədisin ixtilafı barədə (yəni bir mövzu ilə bağlı fərqli hökm verən iki hədis) hədis rəvayət edən ravilərdən əgər biri etibarlıdırsa və digəri etibarsızdırsa, nə etməyimiz lazım olduğunu İmam Sadiqdən (ə) soruşdum və belə cavab verdi: Əgər sizə bir hədis gəlsə və Allahın kəlamında və Peyğəmbərin (s) kəlamında bir təsdiq tapa bilsəniz, o hədisi saxlayın, əgər təsdiq edəcək hökm yoxdursa, günaha görə məsuliyyət daşıyan o hədisi gətirəndir.
Təfsirul-Burhan, cild 1, s.72; Üsul Əl-Kafi, cild 1, s.88
Peyğəmbərin (s) tutun dediyi bölüm
İmam Sadiq (ə) buyurdu: Ey Muhəmməd, saleh və ya pis bir insandan Qurana uyğun olan bir hədis gələrsə, onu qəbul et və saleh və ya pis bir insandan Quranla ziddiyyət təşkil edən bir hədis gələrsə onu burax.
Burhan, cild 1, s.73; Biharul-Ənvar, cild 2, s.244
Əhli Sünnət kitablarında da eyni ölçü üzərindən Peyğəmbərimizdən (s) nəql edilən hədislər mövcuddur.
Rəsulullah (s) buyurdu: Əgər sizə bir hədis söylənilərsə, onu Allahın kitabına ərz edin, əgər onunla uyğun gəlirsə, qəbul edib əməl edin, əgər uyğun gəlmirsə, onu divara çırpın.
Haşim Avalil lə’ali, cild 1, s.68
Rəsulullah (s) buyurdu: Məndən sonra sizə bir çox hədis nəql ediləcək, o zaman sizə gələn hədisləri Allahın kitabına ərz edin.
Əl-Məsailul Fiqh, Seyyid Şərəful-Din, s.90
İndi isə gəlin bəzi məşhur fəqihlərimizin rical elmi barədə olan fikirləri ilə tanış olaq. Məsələn Şeyx Hürr Amili Şeyx Tusini rical elmi mövzusunda tənqid edərək belə buyurmuşdur:
“Şeyx (Tusi) çox vaxt hədisin ravisinin zəif olduğuna görə, hədisi də zəif sayır… Ancaq, Şeyxin, hədisləri bu səbəbdən ötrü, yəni ravisinin zəifliyindən ötrü zəif sayması qeyri-həqiqi bir şeydir… Məsələn, (Tusi) deyir ki: Bu ravi zəif olduğuna görə, onun rəvayət etdiyi hədis də zəifdir. Sonra biz görürük ki, o, başqa bir yerdə elə bu zəif ravinin rəvayəti ilə əməl edir. Hətta, bəzi yerlərdə ondan da zəif olan ravini qəbul edir. Çox yerdə hədisi, Mürsəl olduğuna görə (yəni sənədi tam olmadığına görə) zəif sayır, sonra elə özü (başqa bir yerdə) Mürsəl hədisi dəlil gətirir. Hətta o, çox vaxt sənədi qırıq (mürsəl) və zəif rəvayətləri qəbul edir, amma Müsnəd (sənədi tam) və raviləri güclü olan hədisləri isə rədd edir.” (Bax! “Vəsailuş-şiə: 20/111 və ya 30/279)
Bundan başqa Tusinin kitablarında, “hədisi zəif sayaraq, dəlilini gətirməməsi”, “bəzi yerlərdə hədis araşdırarkən sünnülərin hədis üsullarından istifadə etməsi” kimi hallar müşahidə olunur. Elə bu şeylər bəzən şiələrin məzhəbdən dönməsinə və imanlarının zəifləməsinə səbəb olmuşdur. Əlbəttə biz bu kitablarda yol verilən xətaların Şeyx Tusiyə aid olduğunu qəti şəkildə iddia edə bilmərik. Çünkü arada uzun bir zaman ötmüş və Hülakü xan bir dəfə Şeyxin kitabxanasını yandırmışdı.
Şiənin ən məhşur mühəddislərindən biri olan Hürr Amili demişdir: “Yeni istilahlar (yəni hədisləri “səhih” və “zəif” kimi növlərə ayırmaq) əhli-sünnətin etiqadına və qaydalarına müvafiqdir. Hətta bu elm onların kitablarından götürülmüşdür.” (Vəsailuş-şiə: 20/100 və ya 30/260)
“Məlum olduğu kimi, bu istilahlar Əllamə Hillinin və ya onun şeyxi Əhməd ibn.Tavusun zamanında ortaya çıxmışdır.” (Vəsailuş-şiə: 20/102 və ya 30/262)
Yusuf əl-Bəhrani də bunu təsdiqləmişdir ki, hədisləri “səhih” və “zəif” kimi növlərə ayıran ilk şiə alimləri Əllamə Hilli və onun ustadı ibn.Tavus olmuşdur. (“əl-Hədaiqun-Nədira”1/53)
Baqir əl İrəvani yazır: “Rical alimi Nəcaşinin öz kitabını yazmasına səbəb müxaliflər tərəfindən Şiələrin kitablarının olmaması iradlarına cavab olmuşdur.”(“Durrus təmhidiyyə fi ulumul ər rical”səh 86)
DİRAYƏ BARƏDƏ
Hairi (öl.h.965) demişdir: “Heç bir şübhə yeri olmadan məlumdur ki, bizim alimlərimizdən Şəhidus-sənidən qabaq dirayətul-hədisə (hədisdən hökm çıxarmağın qaydalarından bəhs edən bir elmdir) dair kitab yazan olmayıb. Bu elm də, əhli-sünnətin elmlərindəndir.”(“Muqtəbisul-əsər” 3/73)
Şeyx Hürr Amili yazır: “Şəhid Sani İmamilərdən ilk hədis elmi haqqında kitab yazan alim olmuşdur.Amma,O oğlu və digərlərinin dediyinə görə hədis terminalogiyasını əl əmmənin (Sünnilərin) kitablarından götürmüşdür. (Hürr Amili “Əməl əl amil” c.1,səh 86)
Ümid edirəm, mövzu ilə bağlı bütün suallarınızı cavablandıra bilmişik, sizə son bir xəbərdarlıq vermək istəyirəm ki, ümid edirəm heç hədisdəki kimi olmayacaqsınız:
İmam Sadiq (ə) buyurdu: Bizim Əhlibeytimizdən (ə) olan ilk Qaimimiz qiyam etdiyi zaman sizinlə elə hədislərlə danışacaq ki, siz ona təhəmmül etməyib onun əleyhinə qiyam edəcəksiniz. (Biharul Ənvar, cild 52, s.175)
Vəl həmdulilləhi Rəbbil Aləmin,
Və Sallallahu əla Muhəmmədin və Al-i Muhəmməd,
Əl Əimmətə vəl Mehdiyyin və səllim təslimən kəsira,
Vəssəlamun əleykum və rəhmətullahi və bərəkatuh.