#65054
Ricalun-Nəccaşi kitabı haqqında araşdırma – 2

1.jpg

2.jpg

3.jpg


İkinci hissə

Bismillahir-Rəhmanir-Rəhim.

Əvvələn, əvvəlki bir çox yazılarımızda, Rical kitabı kimi zikr edilən kitabların içindəkilər və bir çox təhrifləri haqqında sizi məlumatlandırdıq.Bu günki əsas mövzumuz isə, Ricalun-Nəccaşi kimi tanınan, Fehrestun-Nəccaşi kitabıdır.Bu kitab-onun haqqında məlumat və onun necə təhrif olunması haqqında ətraflı informasiya verməmişdən əvvəldən, nəzərinizə çatdırım ki-əslində Rical kitabı deyil və bu kitab, başdan ayağa təhriflərlə doludur.Və mədəni çıxmasada deməliyəm ki, bu kitaba “barmaq eliyənlər” heçdə sionist İsrail rejimi deyildir))
Sizlərin o “Ayətullah” dedikləriniz şəxslərin məharətidir.Beləki, mövzuya keçməzdən əvvəl, bu təhrifə nümunə olaraq şəkildə gördüyünüz hissəni göstərə bilərəm:
Beləki, həmən yerdə, Ricalun-Nəccaşi kitabının 385-ci səhifəsində, 1070-ci şəxs olan Muhəmməd İbni Həsən İbni Həmzə haqqında qeydlər aparılmış və onun özü və yazdığı kitablar və digər məsələlər haqqında, qısaca məlumat verilmişdir.
Təbii, indi bə`zi şəxslər soruşa bilərki, burda qeyri-adi olan nədir? Diqqət edin! Bilənlər bilir, bilməyənlərdə öyrənə, elə Ricalun-Nəccaşi kitabının muqəddimə hissəsində, ön söz olaraq əlavə edilmiş hissədən, yada qısa yolu Vikipediyadan və internet saytlarından da öyrənə bilərsiz, Cənab Ağayi Nəccaşi, Hicri-Qəməri tarixi ilə 450-ci ildə, Miladi Tarixi ilə 1029-cu ildə vəfat etmişdir. Amma iş orasındadır ki, həmən bu Nəccaşinin kitabında, Nəccaşinin yazdığı deyilən bu dırnaqarası original kitabda, 1070-ci şəxs olaraq qeyd edilən Muhəmməd İbni Həsən İbni Həmzənin haqqında məlumat verildikdən sonra, onun 463-cü ildə vəfat etməsi qeyd edilib.
Yəniki, əgər bu kitab, təhrifdən uzaqdırsa və original nüsxə olaraq Nəccaşiyə məxsusdursa, onda 450-ci ildə vəfat edən Nəccaşi,belə çıxırki Allahdan icazə alır, Əzrail (ə) onu dala qaytarır, çıxır qəbirdən gəlir və açır kitabını Muhəmməd İbni Həsən İbni Həmzənin ölüm tarixini, yəni öz ölümündən 13 İL SONRASINI qeyd edir, sora yenidən qayıdır qəbrə?))
Çünki Muhəmməd İbni Həsən İbni Həmzə, 463-cü ilə vəfat edib! Necə ola bilər ki, 450-ci ildə vəfat edən Nəccaşi, 463-cü ildə vəfat edən şəxsin “vəfat etdiyi tarix” haqqında məlumat versin??
Nəysə, keçək digər məsələyə…
Ricalun-Nəccaşi olaraq tanınan kitabda ,zikr edilən adların sayı, 1269 ədəddir. Və qısaca olaraq, bu say, əgər kullən ricalın sayıdırsa, və bu kitabı Ricalın əsas sütun kitabı sayırsızsa, bu əsl faciədir!!
Çünki, kitabda 2000-dən çox ricaldan, sadəcə olaraq 1269 nəfərin adı qeyd edilib.
Və bu 1269 nəfərdən, sadəcə və sadəcə 556 nəfəri siqədir (etibarlı).
Və 1269 nəfərdən, 131 nəfəri zəifdir.
Və 1269 nəfərdən , 16 nəfəri,muxalifdir (Yəni Qeyri-Şiələr).
Və 1269 nəfərdən , 9 nəfəri məchuldur (naməlum).
Və bundan əlavə, bu kitabın əhatəsində, bir çox Təhriflər vardır.
Birinci təhrif, “Adında olan” təhrifdir.
Əvvələn,Nəccaşi bu kitabı yazanda, heç bir yerdə Rical kitabı sözünü işlətmiyib.İşlətdiyi söz isə “Fehrest”-dir.Və tədqiqatçıların və həqiqi ilahiyyatçıların nəzərində, daha doğrusu, elə həqiqətdə və muxtəlif nəzərlərdən uzaq olan tərzdə, açıq aşikar hər bir kəs bilir ki, “Fehrest” sözünün, ümumyətlə Rical və Rical elmi ilə heç bir əlaqəsi yoxdur. Bu fars dilindən gəlmə söz, “Fehrest” və “Fəharis” və “Fəhrəsə”- o fənndir , o sözdür ki, hər bir şeyin qeydi üçün deyilər.Və bu sözün qısa olaraq mə`nası, yazıçıların adlarını yazmaq və kitabların adını qeyd etməyə deyilər.Və bu sözün, ümumyətlə yaxından uzaqdan Rical Elmi ilə heç bir əlaqəsi yoxdur!
Məsələn bir Şiə aliminin böyük bir kitabı var.Adı “Əz-Zəriə”-dir. Ki həmən kitab çox böyük və geniş bir kitabdır.Həmən kitabda, Şiə aləmində kitab yazan üləmaların adları və yazdıqları kitabların adı qeyd edilmişdir, və qısaca desək, bu“Fehrest” kitabıdır!
Vəya Sünni məzhəbində də,bu tip yazılmış tanınmış bir kitab var.adı da“Kəşfiz-Zunun”-dur. Yaxşı sual verirəm sizə, Əz-Zəriənin yada Sünnilərdəki Kəşfiz-Zununun Rical Elmi ilə nəkimi əlaqəsi var vəya bu FEHRESTLƏRİN Rical elmi ilə uzaqdan yaxından əlaqəsi varmı ey muxaliflər??
Cəsarətiniz çatırsa bunlara tutarlı dəlillərlə sübutlar gətirin.Və Nəccaşidə, məhz bu kimi şəxslərin yazdıqları və içində yazıçılar və yazdıqları kitabların adları qeyd edilmiş FEHREST KİTABLARININ tə`siri altına düşərək, öz kitabına Fehrestun-Nəccaşi adını vemişdir.Ki o dövrdə bucür Fehrest kitabları çox idi.Məsələn elə “Fehrest İbnun-Nədim” kimi kitab və ona bənzərlər…
İkinci təhrif isə, kitabın yazılmasındakı “Əsas məqsəddə olan” təhrifdir.
Beləki,Nəccaşi, muəyyən qədər öz kitabında filankəs siqədir vəya filankəs siyqə deyil kimi sözlər zikr etmişdir.Amma Nəccaşi, bu dediklərinin kökünü, qaynağını, öz kitabında qeyd etməmişdir! Və üləmalar, Əhli-beyt (ə) hədislərinin sənədini tələb edirlər ki,həmən sənədin qeydinin bir qaynağı olmuş olsun.Amma Nəccaşinin sözlərinə nəzər salanda, onun bu məsələ haqqında dediklərinin bir kökü, qaynağı, mövcud deyildir. Və Nəccaşi, filankəs siyqə və filankəs qeyri siyqə sözlərinin qaynağını və nəyə əsaslandığını qət`i olaraq zikr etməmişdir. Yaxşı, əgər Nəccaşi, filankəsin siyqə və ya zəif olması haqqında məlumatları, hansı kökdən, hansı qaynaqdan götürmüşdür?! Bir haldakı, ondan əvvəl, yəni ta İmamların (ə) dövründə Rical kitabları olmuyub!! Nə Fehrestun-Nəccaşi, nədə əsli kökü olmayan və nüsxələri yoxa çıxan Ricalul-Kəşşi kitabı, Rical kitabı deyil.Bəs hanı bu 4 əsas Rical kitabları dedikləriniz kitablardan əvvəlki Rical kitabları?! Əgər Nəccaşi rical kitabı yazıbsa, özünnən əvvəl 3-5 Rical kitabı olmalıydıki,ən azınnan onlara söykənə bilsin. bəs nəyə və hansı qaynağa söykənib Nəccaşi?! Bir haldakı heç Nəccaşinin kitabı belə Rical kitabı deyil))
Və hansı əsasla Nəccaşi, öz kitabında böyük muhəddis və ravi olan Mufəzzəl İbni Ömərə “fasidul-Məzhəb” deyib?! Hanı onun bunu deyərkən əsaslandığı qaynaq?! Elə burdanda mə`lum olur ki, Nəccaşinin kitabıdan-ki əgər rical kitabı adlandırsaq-hələ çox əmmalar çıxar,Mufəzzəl İbni Ömərin təhqir olunması kimi..
Ey Axır-Zaman Üləması!!! Sizlər necə Fehrestun-Nəccaşi kitabına Rical kitabı kimi yanaşırsız, bir haldakı onun məhdud sayda zikr etdiyi və “əlavə şəklində” qeyd etdiyi filankəsin siyqə olması, filankəsin zəif vəya məchul və sair olması kimi zikr etdikləri, hansı əsasla Rical elminin əsas mənbələrindən sayıla bilər?! Bir haldakı, Nəccaşinin kitabı, ən məşhur hədislər və onların sənədləri sferasına daxil olmayıb, araşdırmayıb! Bəs nə haqqla onu Rical elmində hakim və hökm verən halına gətiribsiz?! Bəs hanı yerdə qalan minlərlə ravilər və onların tərcümeyi-halı?! Bəs hanı Nəccaşinin əsaslandığı o “rical kitabları”?! Və Rical Elmindən uzaq olan bu kitaba, nə haqqla rical kitabı demək olar? Ki sizin yaramaz sözləriniz nəticəsində, bir düstur qərar verdiyiniz bu kimi kitablara əsasən, çox təəssüflər olsun ki, bu gün, sizlər Şiənin ən müqəddəs və və ən məşhur hədislərini bu rical kitabı saydığınız kitablarla, həmən hədisləri dəyərdən salır və o hədislərə bir təpik çəkirsiz!! Halbuki sizin əsaslandığınız bu rical kitabı dedikləriniz, elə sizin ağlınızın məhsuludur.Çünki bu kitabların adı kimi elə yazılışındakı əsas məqsədlərini də təhrif etmisiz!!
Əvvələn, Nəccaşinin əsaslandığı və filankəsin siyqə və zəif olması haqqında dedikləri “tərcümeyi-halların” barəsində, nəyə və hansı o naməlum rical kitablarına söykəndikləri haqqında və onların qaynaqları haqqında, sizlərdən heç kim heç zərrə qədərdə məlumatı yoxdur.Çünki Əimmənin (ə) dövründə Rical kitabı olmuyub)) bu məlum məsələ!
İkincisi, onun zikr etdiyi bu ricalların (kişilərin) “siyahısının”, nəyə əsasən və hansı yolla və hansı qaynaqla zikr etdiyi haqqında, zərrə qədərdə bir məlumat və zikr edilmiş qaynaq adı yoxdur! Çünki, əvvəldə də dediyim kimi, Nəccaşinin Kitabı, Rical Kitabı yox, Fehrest Kitabıdır.
Və çox təəsüf ki, bə`zi üləmalar, bu kitabın adını, Fehrest olmasına baxmıyaraq, çevirib etdilər Rical kitabı! Baxın bu kitaba və onun mövzusuna. 90% yazıçıların adları və onların yazdığı kitabların adları haqqındadır .
Və bu kitabın özünün,rəvayətlər və rəvayətlərin ravilərinin tərcümeyi-halı, və tərcümeyi-hala əsaslanan kitabların adlarının zikrinə, heç bir aidiyyatı yoxdur!!!
Və sonda bir məsələni qeyd edib siz muxaliflərə səslənirəm! Ey əhli-nağıl.Bir haldakı bu kitab, Fehrest, yəni yazarların adları və yazdıqları kitabların adları haqqındadırsa, ki həmən kitabın muqəddiməsində də bu qeyd edilib, niyə görə bu kitaba Rical Kitabı deyirsiz! Buyurun həmən kitabdan, Nəccaşinin dilindən olan sözləri zikr edərək, dediklərimin əksini sübut edin!
İkincisi, niyə görə bu kitaba əsaslanıb Rical elmində bunu düstur, bir sütun qərar verirsiz?! Birhaldakı bu kitabda, sadəcə və sadəcə 1269 şəxsin adları qeyd edilmişdir. Və olardanda sadəcə 556 nəfəri siqədir! Aya Şiə məzhəbində sadəcə 1269 ravimi var? əlimizə gələn rəvayətlər, sadəcə 1269 nəfərdənmi gəlir? Yaxşı bunu keçdik, bəs 556 nəfər məsələsi nədir? Yəni, 556 nəfərdən başqa, yerdə qalan şəxslərin nəql etdikləri bəs necə olsun?! Şiə məzhəbində, hədis nəql edən sadəcə 556 nəfər siqəmi var?! Siz özünüzdə yaxşı bilirsizki, Şiə ravilərinin sayı 2000-dən çoxdur!!! Bəs insafınız harda qaldı?!
Üçüncüsü, nə əsasla bu kitabı original əsli saya bilirsiz, bir haldaki yuxarıda çəkdiyim və şəklini qoyduğum misalla sübut etdik ki, bu kitab təhrif olunub və Ricalul-Kəşşi kimi əsli nüsxələrinin yarsınnan çoxu yoxdu və qalanlarıda mollaların kitaba gizlincə əlavə etdiyi nüsxələrdir!!
Dördüncüsü və ən əsası, niyə görə bu Kitaba Ricalda sütun və əsas kitab sayırsız! Bir haldakı bu kitabın əsas mövzusu yazıçı adları və yazdıqları kitabların adlarıdır.Əgər ricalda sütun sayılırsa, bəs bu ağayi Nəccaşi, təşxis etdiyi ricalların tərcümeyi-halını, hansı rical kitablarına əsasən verib?!
Vallahi, billahi, tillahi, siz sadəcə kimlərinsə əlində qalmısız ey əhli muxalif! Sizi insafa dəvət edirəm.Haqqı görməyə və haqq sözü deməyə də`vət edirəm.Çünki qiyamət günü, bütün təhrif və təbdillərinizə görə cavab verəcəksiz.
Vəssəlamu aleykum və Rəhmətullahi və Bərəkatuh.
You do not have the required permissions to view the files attached to this post.
Y- Yamani et Yawmiates (Mémoires).

Salam, Le récipiendaire. Y-13. Il est aussi[…]

N- Nostradamus.

Salam, Au détriment des associateurs. N-7. […]