User avatar
By Ali Jafarov
#65056
Rəddiyyə – 4

(4-cü şübhə adlandırdıqları məqaləyə cavab)

İddiamız: “Deyilənlərə rical alimlərinin bir-birlərinə zidd fikir söyləmələrini də əlavə et. Siz görə bilərsiniz ki, məsələn, Şeyx Tusi bir şəxsi siqə bilir, lakin Nəcaşi onu zəif hesab edir. Həmçinin də, əksinə. Hətta siz ziddiyyəti bir alimin öz sözlərində belə tapa bilərsiniz. Necə ki, Şeyx Tusidə bunu görmək olar. O, Səhl ibn Ziyad ər-Razi barədə belə etmişdir. Şeyx Tusi “Rical” kitabının 381-ci səhifəsində, (rəqəm 5699) onu siqə bilir və onun barəsində deyir: “Səhl ibn Ziyad əl-Adəmi, künyəsi Əbu Səiddir, siqədir, Reydəndir”. Lakin elə ki, Şeyx Tusinin ikinci kitabına, “əl-Fihrist”ə gəlirik, görürük ki, eyni ravi barədə deyir: Səhl ibn Ziyad əl-Adəmi ər-Razi, künyəsi Əbu Səiddir, zəifdir”. (əl-Vəsiyyə vəl-Vəsi, səh.256-257)
Onların cavabı: “Tədqiqatçı şəxsə gizli deyil ki, bu şübhə yeni deyil. Rical alimləri ona cavab vermiş, onu müzakirə edərək əsassızlığını ortaya qoymuşlar.
Cavabı yığcam şəkildə belə qeyd edə bilərik ki, tövsiqat və təzifatların ziddiyyəti ən son halda bunu gərəkli edə bilər ki, bir-biri ilə ziddiyyət təşkil edən sözlər dəyərdən düşsünlər. Bu da o halda ola bilər ki, bu iki zidd məlumatdan hər hansısa bir (rical alimlərinin yanında məlum olan qaydalar əsasında) digərinə tərcih edilə bilməsin. Məlum məsələdir ki, bu, ziddiyyətdən uzaq olan digər tövsiqat və təzifatı etibar və dəyərdən salmır!
Ümumiyyətlə, bu və bundan əvvəl qeyd edilən şübhələr barədə deyilməlidir ki, bu üç irad şübhə səviyyəsinə qalxa bilmirlər. Çünki onlar əgər əsaslı olsalar belə – ki, belə deyillər –, sadəcə və sadəcə mühüm rical kitabları barədə söylənilən fikirlərdən ibarətdirlər. Nəinki rical elminin özü barədə deyilən fikirlərdirlər. Hər kəs elə zənn edirsə ki, rical kitabları elə rical elminin özüdür və onlara irad gətirmək rical elminə irad gətirməkdir, onda zəhmət olmasa ömründən bir neçə dəqiqəni sərf edib “dörd nisbət” (məntiq, -red.) arasındakı fərqi öyrənsin.”
Yenə bir yığın söz, “rical alimləri”nin bundan çıxış yolu söz yığınından başqa bir şey olmazdı zatən. Gördüyümüz kimi, məsələ əslində gün kimi aydındır. Lakin Rical elminin onları saldığı bu bataqlıqdan çıxmaq üçün nəisə bir bəhanələri də olmalıdır sözsüz ki, tövsiqat, təzifat və sair və ilaxır…
Məsələn, deyirlər ki, “ümumiyyətlə, bu və bundan əvvəl qeyd edilən şübhələr barədə deyilməlidir ki, bu üç irad şübhə səviyyəsinə qalxa bilmirlər” – bu dediklərimiz şübhə deyil, dəlildir. Çünki, biz ricala şübhə ilə yanaşmırıq, birbaşa RİCALIN BATİL OLDUĞUNU DƏLİLLLƏRİMİZLƏ SÜBUT ETMƏKDƏYİK.
Davam edək, “(o şübhələr) sadəcə və sadəcə mühüm rical kitabları barədə söylənilən fikirlərdən ibarətdirlər. Nəinki rical elminin özü barədə deyilən fikirlərdirlər.” – bəli, rical kitabları rical elmi deyil, amma iş orasındadır ki, həmin rical kitabları rical elmini çıxılmaz vəziyyətlərdə qoyur. Çünki bu ziddiyyətlərə cavab vermək üçün sadəcə və sadəcə bəhanələr və fəlsəfi, qarışıq, müəmmalı fikirlər lazımdır ki, bununla ricalın belini qıran o ziddiyətləri ört-basdır etsinlər.
“Hər kəs elə zənn edirsə ki, rical kitabları elə rical elminin özüdür və onlara irad gətirmək rical elminə irad gətirməkdir, onda zəhmət olmasa ömründən bir neçə dəqiqəni sərf edib “dörd nisbət” (məntiq, -red.) arasındakı fərqi öyrənsin.” – əvvəla rical elminin batil olduğunu Quran və Əhlibeytin (əs) hədisləri aşkara çıxardı, Və bu qeyd edilənlər də “rical elmi” ilə bu ziddiyyətlərin həll edilməsinin qeyri-mümkün olduğunu göstərmiş olduq, YƏNİ RİCAL ELMİNİN ƏLİNDƏ RAVİLƏRİN RİCAL KİTABLARINA MÜRACİƏT ETMƏKDƏN BAŞQA BİR ÇARƏLƏRİ, METODLARI VARMI?? BU GEOLOGİYA DEYİL Kİ, SÜMÜKLƏRİ TORPAQDAN ÇIXARIB ONUN YAŞINI TƏYİN ETSİNLƏR. BU ELM BİRBAŞA O KİTABLARDAN ASILIDIR. VƏ ƏGƏR O KİTABLARDA ZİDDİYYƏTLƏR MÖVCUDDURSA, ONDA ÇARƏ YENƏ DƏ QURANDIR, QURAN. Əgər aydın olmadısa, ricalın prinsiplərini bir daha gözdən keçirməyi tövsiyə edirik. Çünki cavablarınız ya bizim adımıza yalan ortaya atmaqdan, ya da vəziyyətdən çıxış yolu axtarıb tapmaq üçün söz oyunu oynamaqdan ibarətdir. Yəni, bir yığın sözdən ibarətdir. Vəssəlamun Əleykum.
Vəlhəmdulillahi Rəbbil Aləmin, Allahummə səlli əla Muhəmməd və Ali Muhəmməd, əl Əimmətə vəl Mehdiyyinə və səllimə təslimən kəsira
M- Deux Messies.

Salam, Viendront de faux Mahdis. M-13. Il e[…]

S- L'Islam comme Religion ?

Salam, Le Rappel. S-10. Mahdi est un avertis[…]

Salam, Les bannières noires. E-13. Le Desce[…]