User avatar
By Ali Jafarov
#65147
İmam Mehdi (ə.s)’ın qiyamından əvvəl, tək hidayət bayrağı Yəmani’nin bayrağıdır:
İmam Baqir (ə.s) belə buyurdu: “... BAYRAQLARIN İÇİNDƏ DOĞRU YOLDA OLANI YƏMANİNİN BAYRAĞIDIR. O HİDAYƏT BAYRAĞIDIR. ÇÜNKİ, O İNSANLARI SİZİN SAHİBİNİZƏ TƏRƏF DƏVƏT EDƏCƏK. YƏMANİ XÜRUC ETDİYİ ZAMAN CAMAATA VƏ HƏR BİR MÜSƏLMANA SİLAH SATMAQ HARAM OLACAQ. YƏMANİ XÜRUC ETDİYİ ZAMAN ONA TƏRƏF TƏLƏS. ÇÜNKİ, ONUN BAYRAĞI ƏN DOĞRU BAYRAQDIR. HEÇ BİR MÜSƏLMANA ONDAN ÜZ ÇEVİRMƏSİ HALAL DEYİLDİR. KİM BELƏ EDƏRSƏ CƏHƏNNƏM ƏHLİDİR. ÇÜNKİ O İNSANLARI HAQQA VƏ DOĞRU YOLA TƏRƏF ÇAĞIRACAQ.”
– Rəcət: 157; Mucəmul-Əhadis: 3/253, h.783; Ğeybəti-Numani: 14cü bab, s.286, h.13
Təkcə bu hədis Yəmaninin HÖCCƏT, VİLAYƏT SAHİBİ və bir ELÇİ olduğunu göstərmə-yə kifayət edir. Zira hədisdə buyurulur ki, “Heç bir müsəlmana ondan üz çevirməsi halal deyil. Kim belə edərsə cəhənnəm əhlidir”. Yəni Yəmani vilayətə sahibdir və Allahın höccətlərindən bir höccətdir, əks halda ondan üz çevirmək niyə halal olmasın və niyə insanı cəhənnəm oduna salsın?! Həqiqət budur ki, o doğru yola yönəldən bir höccət olmasaydı, ondan üz döndərmək insanları cəhənnəm oduna salmazdı, eynilə Həsəni və Xorasani kimi, zira onlar haqqında bu söz deyilməyib və onları dəstəkləməyin vacib olması bizə buyurulmamışdır.
Həmçinin, hədisdən də göründüyü kimi Yəmani bir Elçidir – SİZİ SAHİBİNİZƏ TƏRƏF DƏVƏT EDƏCƏK. Bu da təsdiqləyir ki, İmam Mehdi (ə.s)’ın bir elçisi olacaq ki, zühurdan əvvəl insanları ona (ə.s) tərəf çağıracaq. Bəlkə də o Elçinin də elçiləri olacaq ki, insanları Mehdiyə dəvət edəcəklər. İmam Əhməd əl Həsən (ə.s) Nübüvvət Möhrü kitabı, s.34’də buyurmuştur: “Beləliklə əvvəlcə savaş, sözlü doktrinal savaşdır. Çünki Mehdi, Əlidir (ə.s) və Hüseyndir (ə.s). Və Əli (ə.s) Cəməl savaşı ilə başlayan Müqəddəs Əsgər-i Qiyam savaşını, bir gənci, əlində Quranla, onu (ə.s) öldürmək üçün ona qarşı ordu səfərbər edən insanlara göndərmədən başlatmadı. Beləliklə şeytanın əsgərlərinin cavabı, o gənci öldürmək və Quranı cırıb atmaq oldu. Bununla yanaşı Hüseyn (ə.s) öz əshabı ilə birlikdə insanlarla danışmadan və onlara nəsihət vermədən öz Müqəddəs Əsgər-i Qiyam savaşını başlatmadı. Lakin onlar, ona və əshabına qılınclarla cavab verdilər. Və o (ə.s) öz əshabına dedi ki, “Qalxın, Allah sizə mərhəmət etsin! Çünki bunlar, xalqın sizə elçiləridir.” – İmamın (ə.s) sözlərinin sonu.
Əmirəl möminin (ə.s) buyurdu: “Və Süfyan ailəsinin atlısı yalanlarla ortaya çıxacaq, və YƏMANİNİN BAYRAĞI ONDAN QISA ZAMAN SONRA QALDIRILACAQ VƏ O, HAQQA VƏ DOĞRU YOLA ÇAĞIRAN HİDAYƏT BAYRAĞIDIR. Sonra Misir məsələləri Mehdiyə zəmin hazırlayan görkəmli sərkərdənin əllərində, Misirin səmasın-dan gələn çoxlu sayda nidalarla başlayacaq, və Qüdsə doğru çağıracaq, öz əmri ilə tanındığı kimi.”
- Axırzaman Əlamətləri: s.131
Əmirəl Möminin Əli (ə.s) buyurdu: “HAQQ VƏ HİDAYƏT BAYRAĞI BİZİMLƏDİR, hər kim ondan üz çevirsə, həddi aşmışdır, hər kim onu tərk etsə, zərər içindədir. HƏR KİM ONA TUTUNARSA, DOĞRU YOLDADIR. Əgər onu izləsəniz bizim nəzərimizlə hidayət olunarsınız, ondan üz çevirsəniz, Allah sizi ya bizim əlimizlə, ya da iradə etdiyi şəkildə cəzalandırar.”
- Süleym ibn Qeysin Kitabı: s.257-259
Əhməd əl Həsən (ə.s) bu və Yəmani haqda olan digər hədislər barədə belə buyurur: “İlk Mehdi və Yəmaninin dəvətinə gəlincə, bu, Əhlibeytin (ə.s) heç kimə, hətta onların hədislərinə yönələnlərə belə açıqlamaq istəmədiyi bir sirdir. Bu səbəblə onlar (ə.s) bunu, camaatın, onların bütün hədislərini toplamasına ehtiyac duyduqları, lakin sadəcə bu əmrin sahibi tərəfindən təsdiqlənəcək, simvolik bir şəkil halına saldılar. Belə ki, Yəmani hədisindəki, silahların satışının haram edilməsi bir simvoldur ki, hədəfi, öz aşkar zühurunun baş verdiyi və təqiyyənin qaldırılacağı dövrdə tanınacaq Yəmaninin həm də Qaim və İlk Mehdi olduğunu bəyan etməkdir. Və bu, Yəmani barədə və silahların qarşı tərəfə satılmasının haram edilməsi barədə hədislər toplusundan bu cür anlaşılır. Bu (hədislər) vurğulayır ki, silahların, Mübayənə'yə (Əhlibeyt (ə.s) şiələrinə, açıq-aşkar küfr edən və ya nasibi olan qarşı tərəfin (kimlər olduğunun) agah olması) qədər qarşı tərəfə satılması haram edilmir və bu, İlk Mehdinin və ya Qaimin, Al-i Muhəmməddən (ə.s) (olan) Mübayənə ilə əks tərəfə qarşı zühur etdiyi vaxta qədər baş verməyəcək...”
Bir nəfər İmamlardan (ə.s) birinin hüzuruna gələrək dedi: “Şama yəhərlər və sursatlar daşıyanlar haqda nə buyurursunuz?” O (ə.s) buyurdu: “Sənlik bir şey yoxdur, sən bugün Peyğəmbərin (s) əshabı mövqeyindəsən və sən Hüdnadasan (atəşkəsdəsən). LAKİN MÜBAYƏNƏ BAŞ VERƏRSƏ, (O ZAMAN) ONLARA YƏHƏR VƏ SİLAHLAR DAŞIMAQ HARAMDIR.”
- Kafi: 5/112
Əba Əbdillah (ə.s) buyurdu: “Qaimin beş əlaməti vardır: Süfyaninin ortaya çıxması, YƏMANİNİN ORTAYA ÇIXMASI, səmadan gələn güclü səs, Nəfsi-zəkiyyənin qətli, Beyda çölündə yerə batma.”
- Əqdüd-Dürər: 111; İsbatul-Huda: 3/735, hədis 96; Biharul-Ənvar: 52/204, hədis 34; Mucəmul-Əhadis: 5/229, hədis 1729; Ğeybəti-Numani (azəricə): 282, hədis 9
Əbul-Həsən Rza (ə.s) buyurdu: “Bu işdən öncə Süfyani, YƏMANİ, Mərvani və Şüeyb ibn Saleh olacaq. Elə isə bu şəxs (Muhəmməd ibn İbrahim) bunu necə deyə bilər?”
- İsbatul-Huda: 3/735, hədis 97; Biharul-Ənvar: 52/233, hədis 99; Mucəmul-Əhadis: 4/166, hədis 1227; Ğeybəti-Numani (azəricə): 283, hədis 12
Əhd duasında belə buyurulur: “İlahi, əgər ölüm hökmü mənimlə o Həzrətin arasında ayrılıq salsa, məni kəfən geydiyim, qılıncımı siyirib nizəmi ələ aldığım, kənd və şəhərlərdə DƏVƏT EDƏN CARÇININ dəvətinə ləbbeyk deyən halda qəbrimdən çıxart...
- Məfatihul-Cənan: Əhd duası
Əhd duasında keçən “DƏVƏT EDƏN CARÇININ” elə Yəmaninin özü olduğu artıq bizə məlum olur. Əhlibeyt (ə.s) sadəcə məsələni gizli şəkildə simvollarla bizlərə çatdırıb. Çünki onlar yaxşı bilirdilər ki, vaxt gələcək Əhli-Şiənin içində xain əməlsiz alimlər olacaqlar. İmam Rza (ə.s)’ın da buyurduğu kimi, əgər istədiyimiz bizə verilsəydi, bizim üçün çox pis olardı və əmrin sahibinin boynu vurulardı. Elə isə imtahanlardan qaçmamalı və Əhlibeytin (ə.s) hikmətini anlamağa çalışmalıyıq.

Salam, À ceux qui ne jurent que par le Coran… […]

A- Nom nouveau du Mahdi.

Salam, Le Coran et Al-Kawthar sont reliés. A-1[…]

Q- Le Mahdi dans le Coran.

Salam, Un peu de réflexion. Q-25. Par syllog[…]