#65148
Yusifə bənzərliyi olan əmr Sahibi Yəmanidir:

“Əbu Cəfər Baqirin (ə.s) belə dediyini eşitdim: Bu işin Sahibində 4 peyğəmbərin əlaməti vardır: Musanın əlaməti, İsanın əlaməti, YUSİFİN ƏLAMƏTİ, və Muhəmmədin (s.a.a) əlaməti.” …
Dedim: YUSİFİN ƏLAMƏTİ NƏDİR?
Buyurdu: Zindan və QEYBƏ ÇƏKİLMƏ.
Dedim: Bəs Muhəmmədin (s.a.a) əlaməti nədir?
Buyurdu: Qiyam etdiyi zaman Allah Rəsulunun (s.a.a) davrandığı kimi davranacaq. Bir fərqlə ki, o Muhəmmədin irsini açıqlayacaq və Allah razı qalanadək SƏKKİZ AY QILINCINI ÇİYNİNDƏN ASIB MƏHV EDƏCƏK…
– əl İmamətu vət-Təbsirə: 93, h.84
– İsbatul-vəsiyyə: 226
– Kəmalud-Din: s.152, h.16; s.326, h.6; s.329, h.11
– Dəlailul-İmamə: 291
– Təqribul-Məarif: 190
– Ğeybəti Tusi: 160, h.57
– İlamul-Vəra: 403
– Qeybəti Numani (azəricə): 10cu bab, s.176, h.5
Südeyr əs-Seyrəfi rəvayət edir ki, Əba Əbdillah Sadiqin (ə) belə dediyini eşitdim: “Həqiqətən də BU İŞİN SAHİBİNİN YUSİFLƏ (ə) BİR BƏNZƏRLİYİ VARDIR.” Dedim: “Sanki siz bizə hansısa bir QEYBƏTDƏN və ÇAŞQINLIQDAN xəbər verirsiniz.” Buyurdu: “Bu donuza bənzər məlun camaat bunun nəyini inkar edir? Yusifin qardaşları ağıllı, dərrakəli, peyğəmbər nəvəsi və peyğəmbər övladları idilər. Onlar Yusifin yanına gedib onunla danışmış, söhbət etmiş, ticarət etmiş və onu razı salmağa çalışmışdılar. Yusif onların qardaşı, onlar da Yusifin qardaşları idilər, lakin özünü onlara tanıtmayınca ONU TANIMAMIŞDILAR. O vaxt Yusif demişdi ki, “Mən Yusifəm”, bu zaman onu tanımışdılar. Bu çaşqın camaat niyə inkar edir ki, nə vaxtsa izzət və cəlal sahibi olan Allah (Yusif kimi) Öz höccətini də onlardan GİZLƏDƏ BİLƏR?! Yusif peyğəmbər (ə) Misirin hökmdarı idi. Onunla atasının arasında 18 günlük məsafə var idi. Əgər öz yerini atasına bildirmək istəsəydi, şübhəsiz ki, bunu edə bilərdi. Allaha and olsun ki, (Yusifin) müjdəsi gəlib çatan zaman Yaqub və övladları öz çöllərindən Misirə 9 günə çatdılar. Bu camaat Allahın Yusifə etdiyini Öz höccətinə də edə biləcəyini niyə inkar edir? Onlar sizin MƏZLUM VƏ HAQQI TAPDANAN AĞANIZIN, bu işin Sahibini onların arasında dolaşmasını, küçə-bazarlarında gəzməsini, ərazilərindən keçməsini, lakin bu zaman onların onu tanımamasını necə inkar edə bilərlər? Ta o zamana kimi ki, Allah ona özünü tanıtdırmaq izni verər. NECƏ Kİ, Yusifə vermişdi. “(Qardaşları dedilər): “Həqiqətən sən Yusifsən?” Dedi: “(bəli) mən Yusifəm! (12:90)”
– Kafi: 1/336, hədis 4
– Kəmalud-Din: səh.144, hədis 11; səh.341, hədis 21
– İləluş-Şərai: 244, hədis 3
– Dəlailul-İmamə: 290
– Təqribul-Məarif: 189
– İlamul-Vəra: 405
– əl-Xəraic vəl-Cəraih: 1/934
– İsbatul Huda: 3/442, hədis 17
– Qeybəti-Numani (azəricə): s.174-175, hədis 4
Yəzid əl-Kinasi nəql edir: Əbu Cəfər Baqirin (ə.s) belə buyurduğunu eşitdim: “Bu işin sahibi ilə YUSİF (ə.s) ARASINDA BİR BƏNZƏRLİK VARDIR. O QARA KƏNİZİN OĞLUDUR. (356) Allah onun işini bir gecədə yoluna qoyacaq.”
– Biharul Ənvar: 51/41, h.23
– Muntəxəbul-Əsər: 300, h.3
– Mucəmul-Əhadis: 3/239, h 768
– Qeybəti Numani (azərbaycanca): bab 10, s.173-174, h.3
Hədislərdən də açıq-aydın göründüyü kimi Yusifə bənzərliyi olan bu işin sahibi İmam Mehdi (ə.s) deyil. Bu hədislərdə bəhs edilən şəxs Əhlibeytin (ə.s) Yəmanisi, İmam Mehdinin (ə.s) oğlu, İlk Mehdi Əhməd əl Həsəndir (ə.s).

Salam, À ceux qui ne jurent que par le Coran… […]

A- Nom nouveau du Mahdi.

Salam, Le Coran et Al-Kawthar sont reliés. A-1[…]

Q- Le Mahdi dans le Coran.

Salam, Un peu de réflexion. Q-25. Par syllog[…]