#65149
Yəmanidən öncə qalxan bütün bayraqlar tağutdur

“Əbu Cəfər Baqir (ə.s) buyurdu: Qaimin (ə.s) bayrağından öncə qalxan BÜTÜN bayraqların sahibi TAĞUTdur.”
– Bihar-ul Ənvar: 25/114, hədis 15
– Ğeybət-i Numani: bab 5, hədis 9
“Malik ibn Əyən əl-Cuhəni nəql edib deyir: Əbu Cəfərin (ə.s) belə buyurduğunu eşitdim: Qaimin (ə.s) QİYAMINDAN ÖNCƏ qalxan və ya xüruc edən BÜTÜN bayraqların sahibi TAĞUTdur.”
– Bihar-ul Ənvar: 25/114, hədis 15
– Ğeybət-i Numani: bab 5, hədis 9
Əli ibn Huseyn (ə) buyurdu: “Allaha and olsun ki, biz Əhlibeytdən (ə) hər hansı bir şəxs, Qaimin (ə) QİYAMINDAN ÖNCƏ QİYAM ETMƏZ və hər kim qiyam edərsə, eynilə yumurtadan vaxtsız çıxıb uşaqların oyun-oyuncağına çevrilən cücəyə bənzəyər.”
– Vəsailuş-Şiə: cild 15/səhifə 51, hədis: 2. “Qaimin (ə) qiyamından əvvəl qılıncla xuruc edənlərin hökmü” babı
Muhəmməd ibn Yəqub, Muhəmməd ibn Yəhyadan, o da Muhəmməd ibn Hüseyndən, o da Əli ibn Numandan, o da Suveydil-Qəlaidən nəql edir ki, Bəşir adında bir şəxs, İmam Cəfər Sadiqə (ə.s) dedi: “Mən yuxuda gördüm ki, sizə belə deyirəm: “İtaəti müsəlmanlara Allah tərəfindən vacib edilən İmam ilə birgə (onun rəhbərliyi altında) olmadan cihad etmək haramdır, necə ki leş, qan və donuz ətinin yeyilməsinin haram olduğu kimi. Və siz mənə (yuxuda) deyirsiniz ki, bəli elədir.” Həmin şəxs yuxusunu danışıb qurtarandan sonra İmam Cəfər Sadiq (ə.s) buyurdu: “Sən düz dedin. Bəli elədir, elədir.”
– Vəsailuş-Şiə, 15/45, hədis 1. “Cihadın vacib şərtinin İmamın (ə) əmri və izni ilə olması və adil olmayan İmam ilə (Allahın Höccəti olmayanla) birlikdə cihad etməyin haram olması” babı
İmam Cəfəri Sadiq (ə) buyurur: “Bizim Qaimin (ə) qiyamına qədər bizdən olan heç bircə nəfər də, istər zülmü dəf etmək, istər haqqı bərpa etmək üçün qiyam və üsyan etməyib və etməyəcək. Və hər kim üsyan və qiyam edərsə bizim və şiələrimizin kədərini və əzabını daha da şiddətləndirib artırar.”
– Mədiynətul-Məaciz, Seyyid Haşim Əl-Bəhrani, cild 6/səhifə 142. Səhifeyi Səccadiyyənin müqəddiməsinə istinadən
Bu hədislərdən məlum olur ki, ilk hədisdəki Qaim (ə.s) 12-ci İmam Muhəmməd Mehdi (ə.s) deyil, ondan öncə qiyam edən Yəmanidir (ə.s) və o ilk Qaimdir və İmam Mehdinin nəslindən gələcək olan 12 Mehdinin ilkidir. Aşağıdaki hədislərdən də məlum olur ki, YƏMANİ və QAİM eyni şəxslərdir. Çünki biz bilirik ki, bütün İmamlar (ə.s) Qaimdirlər (bu haqda hədis kitablarında bir çox hədis rəvayət edilmişdir). Və Yəmaninin (ə.s) bayrağı haqq olduğu üçün ondan öncə qalxan bayraqların HAMISI tağutdur. Çünki əgər buradaki Qaim 12-ci İmam (ə.s) olsaydı, o halda Yəmaninin (ə.s) bayrağı da tağut sayılacaqdı. Lakin hədisləri bir birinə tutuşdurduqda ilk hədisdə məhz kimdən söhbət getdiyi aydın olur.
Həmçinin diqqət edilməsi gərəkən bir xüsus da Qaimdən öncəki BÜTÜN bayraqların tağut olmasından gedir və bəzi İran inqilabı tərəfdarlarının iddiasına görə bu hədis İran inqilabında qaldırılmış və bugün də dalğalanmaqda olan İran hökuməti bayrağına aid deyil. Və onlar bununla hədisin xüsusi deyil, ümumi olduğunu göz ardı etmiş olurlar. Çünki hədisdə “BÜTÜN” kəliməsi keçməkdədir. Və buna görə də bu hədis ÜMUMİ sayılır. Hədis xüsusi olsaydı hədisdə “BÜTÜN” kəliməsi yerinə ya “BƏZİ, ƏKSƏR və s.” kəlimələr keçər, ya da heç bir kəlimə keçməzdi. Və o halda hədisi İran inqilabı bayrağına aid etməmək mümkün olardı. Lakin “BÜTÜN” kəliməsi onların bu iddialarını puç etməkdədir.
“Əba Əbdillah (ə.s) buyurdu: YƏMANİ və Süfyani iki yarış atı kimidirlər.”
– Əmali (Şeyx Tusi): 2/275
– Biharul-Ənvar: 52/253, h.143; s.275, h.170
– Mucəmul-Əhadis: 3/478, h.1043
– Ğeybəti-Numani: 18ci bab, s.345, h.15
“Əbu Cəfər Muhəmməd ibn Əli (ə.s) buyurdu: Süfyani və QAİM bir ildədirlər.”
– Əqdüd-Dürər: 87
– İsbatul-Huda: 3/737, h.105
– Biharul-Ənvar: 52/239, h.106
– Muntəxəbul-Əsər: 458, h.21
– Mucəmul-Əhadis: 3/373, h.803
– Ğeybəti-Numani: 14cü bab, s.300, h.36
“İmam Baqir (ə.s) dedi: … Bayraqların içində ƏN DOĞRU YOLDA OLANI YƏMANİNİN BAYRAĞIDIR. O HİDAYƏT BAYRAĞIDIR. ÇÜNKİ, O İNSANLARI SİZİN SAHİBİNİZƏ TƏRƏF DƏVƏT EDƏCƏK. Yəmani xüruc etdiyi zaman camaata və hər bir müsəlmana silah satmaq haram olacaq. YƏMANİ XÜRUC ETDİYİ ZAMAN ONA TƏRƏF TƏLƏS. ÇÜNKİ, ONUN BAYRAĞI ƏN DOĞRU BAYRAQDIR. HEÇ BİR MÜSƏLMANA ONDAN ÜZ ÇEVİRMƏSİ HALAL DEYİL. KİM BELƏ EDƏRSƏ CƏHƏNNƏM ƏHLİDİR. ÇÜNKİ O İNSANLARI HAQQA VƏ DOĞRU YOLA TƏRƏF ÇAĞIRACAQ.
– ər-Rəcət: 157
– Mucəmul-Əhadis:3/253, h.783
– Ğeybəti-Numani: 14cü bab, s.286, h.13
İmam Cəfər Sadiq (ə) buyurur: “Bizim Əhli-Beytimizdən olan İLK QAİM qiyam etdiyi zaman, sizinlə elə hədislərlə danışacaq ki onun sözlərinə dözə bilməyib ona qarşı qiyam edəcəksiniz.”
– Biharul-Ənvar: cild 52, s.175

Salam, Des bannières pour tous les peuples. […]

Q- Le Mahdi dans le Coran.

Salam, Le Qoraychi. Q-27. Nous avons vu que[…]

M- Deux Messies.

Salam, Qoraych. M-14. Mahdi est Korèsh (Qora[…]