#65150
Yamani’nin bayrağı


İmam Mehdinin qiyamından əvvəl, tək hidayət bayrağı MƏSUM olan Yamani’nin bayrağıdır

“İmam Baqir (ə.s) dedi: … Bayraqların içində ƏN DOĞRU YOLDA OLANI YƏMANİNİN BAYRAĞIDIR. O HİDAYƏT BAYRAĞIDIR. ÇÜNKİ, O İNSANLARI SİZİN SAHİBİNİZƏ TƏRƏF DƏVƏT EDƏCƏK. Yəmani xüruc etdiyi zaman camaata və hər bir müsəlmana silah satmaq haram olacaq. YƏMANİ XÜRUC ETDİYİ ZAMAN ONA TƏRƏF TƏLƏS. ÇÜNKİ, ONUN BAYRAĞI ƏN DOĞRU BAYRAQDIR. HEÇ BİR MÜSƏLMANA ONDAN ÜZ ÇEVİRMƏSİ HALAL DEYİL. KİM BELƏ EDƏRSƏ CƏHƏNNƏM ƏHLİDİR. ÇÜNKİ O İNSANLARI HAQQA VƏ DOĞRU YOLA TƏRƏF ÇAĞIRACAQ.
– ər-Rəcət:157
– Mucəmul-Əhadis:3/253, h.783
– Ğeybəti-Numani: 14cü bab, s.286, h.13
Bu hədis Yəmaninin MƏSUMLUĞUNU göstərməyə kifayət edir. Zira hədisdə buyurulur ki, “HEÇ BİR MÜSƏLMANA ONDAN ÜZ ÇEVİRMƏSİ HALAL DEYİL. KİM BELƏ EDƏRSƏ CƏHƏNNƏM ƏHLİDİR”. yəni Yəmani vilayətə sahibdir və məsumdur, əks halda ondan üz çevirmək halal olmasın və insanı cəhənnəm oduna salsın? Belə ki, sadəcə doğru yola yönəldən bir məsum olmasaydı, ondan üz döndərmək insanları cəhənnəm oduna salmazdı, eynilə Həsəni, Xorasani və Süfyani kimi, zira bunlar haqqında bu söz deyilməyib və bunları dəstəkləməyin vacib olması bizə buyurulmayıb. Həmçinin Qara Bayraqlarla bağlı hədislər bizə buyurur ki, Xorasandan çıxan Qara Bayraqları gördüyümüz zaman onlara zəfər verək, çünki Mehdinin (ə.s) Xəlifəsi onların arasında olacaq.
Əhlibeyt (ə.s) sadəcə məsələni gizli şəkildə simvollarla çatdığıb bizlərə. Çünki onlar yaxşı bilirdilər ki, vaxt gələcək Əhli Şiənin içində nankor, xain, əməlsiz alimlər olacaqlar. İmam Rza (ə.s)`ın da buyurduğu kimi, əgər istədiyimiz bizə verilsəydi, bizim üçün çox pis olardı və əmrin sahibinin boynu vurulardı. Elə isə imtahanlardan qaçmamalı və Əhlibeytin (ə.s) hikmətini anlamağa çalışmalıyıq.

Salam, Des bannières pour tous les peuples. […]

Q- Le Mahdi dans le Coran.

Salam, Le Qoraychi. Q-27. Nous avons vu que[…]

M- Deux Messies.

Salam, Qoraych. M-14. Mahdi est Korèsh (Qora[…]