User avatar
By Ali Jafarov
#65151
Yamani, Yəməndən mi çıxacaq?

Əhlibeyt (ə.s) hədisləri Yəmani (ə.s)`ın şərqdən gələcəyini və zühur şəraiti hazırlayacağını göstərməktədir. Bu rəvayətlər mütəvatirdir, yəni müəyyən bir camaat tərəfindən dəfələrlə nəql edilmiş və dəqiqləşmişdir. Rəvayətlərdə Yəmani (ə.s)`ın dəvətini qəbul etmək və tabe olmaq fərz və vacibdir, əksi insanı cəhənnəm əhlindən edər deyə tənbeh gəlmişdir. Bu maqələdə Yəmani (ə.s)’ın Yəməndən çıxacağını vurğulayan hədisləri nəzərdən keçirəcəyik ki, bu hədislər 3 və ya 4 hədisdən başqa heç bir yerdə keçməmişdir, ancaq məsələnin və mövzunun izah edilməsi üçün Allah Təalanın izniylə bu rəvayətlərə baxaq.

عن محمد عن محمد بن مسلم التي جاء فيها عن أبي جعفر(عليه السلام)في ذكر القائم فقال (عليه السلام): (…وأنه ينصر بالسيف وبالرعب، وأنه لا ترد له راية وإن من علامات خروجه خروج السفيانيمن الشام وخروج اليماني(من اليمن) وصيحة من السماء في شهر رمضان، ومنادِ ينادي باسمه من السماء واسم أبيه كمال الدين ص319

Məhəmməd ibn-i Məhamməd ibn-i Muslim Əbi Cəfər (ə.s)`dan Qaim (ə.s) haqqında belə nəql edir: Ona qılınc və səs-küy ilə kömək edilmişdir. Ona qarşı heç bir bayraq qalib gəlməyəcəkdir. Zuhur əlamətlərindən Şamda Sufyaninin xurucu , Yəmaninin xurucu (Yəməndən) və Ramazan ayında səmadan bir səs onun və atasının adını səslənəcək
– Kəmalud-Din s 319
Diqqət etsək rəvayətdə Hz.Mehdinin Zuhur alamətləri haqqında Yəmaninin xurucunu söyləyir, ancaq “Yəməndən” sözününü mötərizə içində yazır. Yəməndən gələcəyini mötərizədə yazan bunun açıqlamasını verməmişdir. Çapa verənlər isə hədisi təfsir edərkən bunu özlərindən əlavə ediblər.Hədisin originalında belə bir ifadə yoxdur.Buna görə qədim kitablara baxdığımızda bu “Yəməndən” sözünə rast gəlmirik, bu haqda heç bir açıqlama yoxdur, misal üçün; bu rəvayət başqa bir kitabda nəql edilmiş və Kəmalud-din kitabından daha qədimdir və “Yəməndən” sözü yoxdur
عن محمد بن مسلم قال دخلت على أبي جعفر عليه السلام وأنا أريد أن أسأله عن القائم من آل محمد فقال: (… وانه لا ترد له راية وان من علامات خروجه خروج السفياني من الشام وخروج اليماني وصيحة من السماء في شهر رمضان ومناد ينادي باسمه واسم أبيه…).اعلام الوری باعلام الهدی شیخ طبرسی ج2 ص 233
Məhəmməd ibn-i Məhamməd ibn-i Musilmdən Əbi Cəfər (ə.s)`dan Qaim (ə.s) haqqında belə nəql edir: Ona qılınc və səs-küy ilə kömək edilmişdir. Ona qarşı heç bir bayraq qalib gəlməyəcəkdir. Qiyam əlamətlərindən Şamda Sufyaninin xurucu , Yəmaninin xurucu və Ramazan ayında səmadan bir səs onun və atasının adını səslənəcək – Şeyx Təbərsi c 2, s 233
Gördüyünüz kimi yuxarıdakı rəvayətdə Şeyx Təbərsi kitabında Yəməndən sözündən əsər-əlamət yoxdur, eyni zamanda Yəməndən sözünün olmadığını başqa rəvayətlərdə də görə bilərik, hamısını nəzərdən keçirəcəyik.

محمد بن مسلم الثقفي قال: (دخلت على أبي جعفر عليه السلام وأنا أريد أن أسأله عن القائم من آل محمد صلى الله عليه وآله وسلم فقال لي مبتدئا يا محمد بن مسلم، إن في القائم من آل محمد…، وأنه لا ترد له راية، وإن من علامات خروجه: خروج السفياني من الشام، وخروج اليماني، وصيحة من السماء في شهررمضان، ومناد ينادي باسمه واسم أبيه . بحار الأنوار – علامه مجلسی – ج 51 – ص 218

Qiyam əlamətlərindən Şamda Sufyaninin xurucu , Yəmaninin xurucu və Ramazan ayında səmadan bir səs onun və atasının adını səslənəcək – Biharul-Ənvar c 51, s 218 və 217
Bu rəvayətdə də başqa ravilərdən nəql edərkən ‘‘Yəməndən” sözü yoxdur.

إكمال الدين: الهمداني، عن علي بن إبراهيم، عن محمد بن عيسى، عن سليمان بن داود، عن أبي بصير، وحدثنا ابن عصام، عن الكليني، عن القاسم بن العلا، عن إسماعيل بن علي، عن علي بن إسماعيل، عن عاصم بن حميد، عن محمد بن مسلم قال: (دخلت على أبي جعفر عليه السلام وأنا أريد أن أسأله عن القائم من آل محمد صلى الله عليه وآله فقال ………….وأن من علامات خروجهخروج السفياني من الشام وخروج اليماني وصيحة من السماء في شهر رمضان ومناد ينادي باسمه واسم أبيه).شرح إحقاق الحق للسيد المرعشي – ج13

Zuhur əlamətlərindən Şamda Sufyaninin xurucu , Yəmaninin xurucu və Ramazan ayında səmadan bir səs onun və atasının adını səslənməsidir– Şərhul Əhkakul-Hək Seyyid ul-Mer’aşi c 13
Bu rəvayətdə də başqa ravilərdən nəql edərkən ” Yəməndən” sözü yoxdur Buna oxşar rəvayətlər çokdur, ancaq vermiş olduğumuz bu rəvayətlərlə kifayətlənəcəyik, çünki Yəmaninin Yəməndən çıxacağını söyləyən ilk hədisin cavabını vermiş olduq. Yəmaninin “Yəməndən” çıxacağı haqqında başqa hədis:

عن أبي جعفر قال: (… ثم يسير إليهم منصور اليماني من صنعاء بجنوده وله فورة شديدة يستقبل الناس قتل الجاهلية، فيلتقي هو والأخوص، وراياتهم صفر، وثيابهم ملونة، فيكون بينهما قتال شديد، ثم يظهر الأخوص السفياني عليه، شرح إحقاق الحق ج29 ص 515. عن نعيم ابن حماد في كتاب الفتن ص174

İmam Baqir (ə.s) Buyurdu: Mənsur Yəmani Sən’adan şiddətli bir şəkildə ordusu ilə onlara tərəf gələcək və xalqı cahiliyyət dövründəki kimi qətliam ilə qarşılayacaq, o təəccüblənmiş və gözləri təəccübdən bərələn insanlar ilə görüşəcək. Onların bayraqları sarıdır və geyimləri rənglidir və aralarında şiddətli bir savaş olacaq, sonra o gözləri təəccübdən bərələnlər ilə birlikdə olan Süfyani onun əleyhinə qiyam edəcək. – Şərhul Əhkakul-Hak Seyyid ul-Mer’aşi c 29 s 515-İbn-i Həmmad Fi Kitab-ul Fitən s 174
Diqqət etsəniz bu rəvayətdə insanları cahiliyyət dövründəki kimi qətliamla qarşılayacaq deyir. Bu mövunu aşağıdakı hədis ətraflı açıqlamaqdadır… وعن كعب: (لابد من نزول عيسى عليه السلام إلى الأرض، ولا بد أن يظهر بين يديه علامات وفتن. فأول ما يخرج ويغلب على البلاد الأصهب، يخرج من بلاد الجزيرة، ثم يخرج من بعده الجرهمي من الشام، ويخرج القحطاني من بلاد اليمن، قال كعب الأحبار: بينما هؤلاء والثلاثة قد تغلبوا على مواضعهم بالظلم، وإذ قد خرج السفياني من دمشق شرح إحقاق الحق – للمرعشي ج29 ص530

Ka’ğıbdan belə nəql edilmişdir :İsa (ə.s) Yer üzünə enməsi mütləqdir və (zuhur zamanında) əlamətlər və fitnələr olmaq məcburiyyətindədir. Belə ki, biri Bələddən hərəkət edəcək və o Əshabdır ki, Bələd adasından hərəkət edəcək, sonra Şamda Curhəm qəbiləsindən bir şəxs, daha sonra isə Yəmənin Bələd bölgəinin Kahdan qəbiləsindən bir şəxs qiyam edəcək, sonra hər üçü arasında anlaşılmazlıq olacaq. Nəticədə zulmə məğlub olacaqlar və Sufyani Dəməşqdə xüruc edəcək.
– Şərhul Ahkakul-Hak Səyyid ul-Mər’aşi c 29 s 530.
Gördüyünüz kimi Yəmani (ə.s)`ın bayrağı hədislərdə olduğu kimi ən hidayətli bayraqdır, ancaq burda ki mənsur Yəmani və ya Yəməndən qiyam edən Yəmani qətliam edərək cahiliyyət dövründə olduğu kimi insanları öldürəcəkdir. Gördüyünüz kimi onun bayrağında hidayət məzmunlu heç bir yoxdur və Yəmani (ə.s)’dan bəhs edən hədislər ilə ziddiyyət içindədir. Aşağıda isə açıq bir şəkildə bir neçə Yəmani olacağını bildirən hədislər mövcuddur.
فقد روي عن عبيد بن زرارة، قال: ذُكر عند أبي عبدالله السفياني فقال: (أنى يخرج ذلك ولما يخرج كاسر عينيه في صنعاء).غيبت نعمانی227:
Abid ibn-i Zorrarə nəql edir: İmam Cəfər Sadiq (ə.s)’ın yanındaykən Sufyani mövzusu açıldı və o belə buyurdu: O necə qiyam eə bilər ki? Halbuki onun gözünü oyacaq şəxs Sən`adan qiyam etməmişdir.
– Ğeybəti Numani s 277
Burdakı rəvayətdə Sənadan, yəni Yəməndən xüruc edəcək birindən bəhs edir ki, Sufyani xürucundan əvvəl olacaq, ancaq hədislərdə Sufyani və Yəmani eyni gündə, eyni ildə və eyni ayda xüruc edəcək deyir. O zaman Sufyanidən əvvəl xuruc edən və Sufyani ilə eyni anda xüruc edən şəxs eyni şəxs deyil, fərqli insanlardı.
عن محمد بن مسلم: (يخرج قبل السفاني مصري و یماني )غیبت شیخ طوسی ص 447
Şeyx Tusi Ğaybet kitabında Məhəmməd ibn-i Muslimdən belə nəql edir : Sufyanidən əvvəl Misirli və Yəmani qiyam edəcək – Ğaybəti Numani Şeyx Tusi səhifə 447
عن الصادق (عليه السلام) انه لما خرج طالب الحق باليمن قال له بعض الصحابة نرجوا ان يكون هذا هو اليماني فاجابهم بقوله: لا اليماني يتوالى علياً وهذا يبرأ منه ).الأمالي للطوسي ص 661 İmam Sadiq (ə.s) buyurur: Haqqı tələb edən Yəməndə xüruc edincə… burada onun bəzi səhabələri belə söylədilər: Ümid edirik bu gözlədiyimiz Yəmanidir. İmam Sadık (ə.s) buyurdu: Xeyr, Yəmani Hz.Əlini sevən biridir, ancak Yəməndən çıxan Yəmani belə deyildir
– Əl emali lil Tusi sayfa 661.
Rəvayətdə haqqı tələb edən deyir, haqq sahibi demir. Onun üçün burdakı şəxs başda qeyd etdiyimiz hədisdə mənsur Yəmanidən bəhs edir və İmam Sadiq (ə.s) hədisin davamında ikisinin eyni şəxs olmadığını söyləyir. Bildiyiniz kimi Yəməndə ki, şiələr zeydi məzhəbindəndirlər, cəfəri deyillər və 12 imamı qəbul etmirlər, halbuki Yəmani hərkəsi İmam Mehdiyə dəvət edir. Bu necə olur? İmam Mehdi (ə.s)’a dəvət edən şəxsin on iki imama, xüsusilə Hz.Mehdi (ə.s)’a inanması vacibdir. İndi sonrakı rəvayətə diqqətlə baxın.
عن النبي (ص): (… وسيخرج من هذا – أي علي (ع) – فتى يملأ الأرض قسطاً وعدلاً فإذا رأيتم ذلك فعليكم بالفتى اليمني، فإنه يُقبل من المشرق، وهو صاحب راية المهدي) (المهدي المنتظر الموعود/ ب4: 107) Allah Rəsulu buyurdu: Hz. Əlinin nəslinden bir gənc çıxacaq, o, yer yüzündə zülümkən hər yeri ədalət ilə dolduracaq və nə zaman bu Yəmani gəncini görsəniz ona tərəf gedin, o, Şərq tərəfindən çıxacaq. O, Mehdinin sancaqdarıdır
– Əlmehdi muntazaril mo’ud bölmə 4 sayfa 107
Əvvəlki rəvayətlərdə Yəməndən xüruc edən bəzi şəxslər haqqında məlumat verdik və onlara qoşulmaq haqqında hər hansı bir əmr və ya tövsiyə verilməmişdir, ancak Şərq tərəfdən gələn şəxs haqqında ardıcıl əmr və icazə gəlməkdədir. Son yazdığımız hədis kimi Allah Rəsulu bizi Şərqdən gələn gəncə qoşulmağımızı əmr edir və Hz. Mehdi (ə.s)`ın bayrağını daşıyan Yəmani (ə.s)`dır və ondan bir çox hədisdə bəhs edilmişdir. Bütün rəvayətlərdə Şərq tərəfdən gələn bayraqlara qoşulmağımzı əmr etməkdədir. Bilməlisiniz ki, əgər biri Yəməndən, Ərəbistandan və ya Mədinədən, Kufə və ya Şama xüruc və ya hərəkət edərsə Cənub gedişi Cənub-Qərbdən Şimal-Şərq istiqamətində olacaq. Şərqdən Qərbə sarı olmayacaq və rəvayətlərdə də izah edildiyi kimi o gəncin gəlişi Şərqdən olacaq və o gənc Yəməndən hərəkət etnəyəcək, çünki Yəmən Şərq deyil, Qərbdir.

Allah Rəsulu (s) Əhlibeytinin görəcəyi bəlalar haqqında belə buyurdu: Allah Təala qara sancaqları Şərqdə risalətə çatdırınca, onları kim kömək edərsə Allah Təala ona kömək edəcəkdir və kim onu rədd etsə Allah Təala da onu rədd edəcək, O vaxtadək bayrağı adı mənim kimi olan bir şəxsə təsilm edincəyədək və Allah Təala da köməyi ilə onu təsdiqləyəcəkdir
– Fitən ibn-i Həmmad s247
Yuxarıdaki rəvayət İmam Baqir (ə.s)’ın rəvayətini doğrulayır (Ona qarşı gəlmək heç bir müsəlman üçün caiz deyildir), kim onu rədd etsə Allah Təala da onu rədd edər və İmam Baqir (ə.s)’ın rəvayətində deyilir ki, ən hidayətli bayraq Yəmaninin bayrağıdır.
Bu rəvayətdə də həmçinin deyilir: ‘’Allah Təala qara sancaqları Şərqdə risalətə çatdığı zaman, onlara kim kömək edərsə Allah Təala ona kömək edər’’, yəni bu rəvayətdə olduğu kimi bizim bu bayrağı dəstəkləməyimiz və tabe olmağımız istənməktədir. Bunun tərsini etmək dünya və axirətə zərər vuracağı xəbər verilir və başqa rəvayətlərdə də əmr daşıyan bayraqlar arasında sadəcə bir bayraq olduğundan bəhs edən rəvayətlər var, yəni bu əmr üçün tək bir bayraq vardır. Başqalarının bayraqları çoxdur və zuhur şəraitini hazırlayan tək bir bayraq olacağından Şərq tərəfdən gələn bayraq Yəmani (ə.s) bayrağından başqa bir bayraq olmayacaqdır.
İmam Baqir (ə.s) buyurur: sizin üçün şübhə və məsələ yaradan hər şeyi Hz. Məhamməd (s.a.v) in vəsiyyəti, bayrağı və silahı yox edəcəkdir və özünü Hz.Məhəmməd (s.a.v) ailəsinə yalan yerə qohumluğu vasitə edənlərdən uzaq qalın, çünki Hz.Məəmməd (s.a.v) ailəsi və Əli (ə.s)’a üçün tək bayraq vardır. Başqa bayraqlar zühur etdiyində olduğun yerdə sabit qal və qətiyyən kimsəyə bağlı qalma, o zaman ki Hz.Hüseynin övladlarından biri gələcək və onun yanında Rəsulullah (s.a.v) in vəsiyyəti ,bayrağı və silahı olacaqdır.
(Təfsir Əyyaşi,cild 1 səhifə 64-Bihar-ul Ənvar cilt 52 səhifə 222 –Əlzam ol nasəb cild 2 səhifə 96)
İmam Baqir (ə.s) buyurur : Üç nəfərin qiyamı dəqiqdir: Xorasani, Süfyani və Yəmani və hər üçü eyni ildə, eyni ayda, eyni gündə qiyam edəcək. Bayraqlar arasında tək hidayət bayrağı Yəmaninin bayrağıdır, çünki sizi sahibinizə dəvət edəcək. Əgər Yəmani xüruc (çıxış-cihad) edərsə silah satmaq haram olacaq. Əgər Yəmani xüruc edərsə ayağa qalxın və ona doğr gedin və ona qoşulun, çünki bayrağı hidayətdir. Ona qarşı gəlmək heçbir müsəlman üçün caiz deyildir. Əger kimsə bunu edərsə cəhənnəm əhlindən olar, çünkü o haqq və hidayət yoluna dəvət edir.
(Əl Ğeybetul Məhəmməd ibni İbrahim əl Numani s 264, Biharul Ənvar cild 52 s 232)
Yəmani (ə.s)`ın zühuru ciddi məsələdir. Bunu anladığımıza görə sonrakı hədisə nəzər yetirək:
عن الصادق (ع) في حديث تعقيب صلاة الظهر في علامات الظهور قال: (خروج راية من المشرق وراية من المغرب، وفتنة تظل أهل الزوراء، وخروج رجل من ولد عمي زيد باليمن،مستدرك سفينة البحار ج 7 ص47 / فلاح السائل ص170-171
İmam Sadıq (ə.s) zöhr namazı əsnasında zühur əlamətləri haqqında danışarkən belə buyurdu: Şərqdən və Qərbdən qiyam edən bir bayraq olacaq və Bağdad əhlindən bir fitnə çıxacaq və insanları yanlış yola çəkəcək və əmim Zeydin nəslindən bir şəxs Yəməndən çıxacaq.
– Mustədrik-ul Səfinət-ul bihar c7 s 47—Filəh-ul sail s170/171
Bu rəvayətdə Qərbdən və Şərqdən bir bayraq qalxacaq deyir və əgər əvvəlki hədisləri nəzərdən keçirsək Allah Rəsulu (s) Şərqdən gələn Yəmani gəncin əlində bayraq olacaq deyə buyurdu ve o Hz.Mehdinin bayrağının sahibi oalacaq, çünki onun etdikləri Hz.Mehdinin zühurundan qabaqdır və onun qiyamından sonra Hz. Mehdi zühur edəcək, ancaq Yəməəde olacaq şəxs Zeydin övladlarından olacaq və Yəməndən çıxacaq, diqqət çəkən bir məsələ budur ki, onun haqqında hər hansı bir xəbər və ya əmr yoxdur, yəni bu şəxs Əhlibeyt və Hz.Mehdi (ə.s)’a qarşı da olabilər, çünki qətliamla insanları qarşılayan şəxs olmasının ehtimalı böyükdür və bu ehtimalı sonrakı hədis ilə sübut edəcəyik.
وباسناده رفعه إلى جابربن يزيد، عن أبي جعفر (عليه السلام) قال: (إذا بلغ السفياني أن القائم قد توجه إليه من ناحية الكوفة، يتجرد بخيله حتى يلقى القائم فيخرج فيقول: أخرجوا إلى ابن عميالإمام الثاني عشر ج2 ص 411 المكتبه الشامله
İmam Muhəmməd Baqir (ə.s) buyurur: Süfyani Qaim (ə.s)’ın Kufədən ona doğru gəldiyini bildikdə ordusu ilə bərabər Hz.Mehdi (ə.s) ilə görüşmək üçün gedər, sonra Hz.Mehdi (ə.s) buyurur: Əmim oğluna doğru get.
– Əl İmam-ul əsna aşar (12 imam) cild 2 s 411 Əl məktəb-ul Şəmalə.
Artıq deyəbilərik ki, Zeyd Hz.Mehdi (ə.s)’ın əmisi oğludur və Hz.Mehdi (ə.s)’a qarşı ola bilər, çünki rəvayətdə bu şəxsin hidayətli olacağı heç bir şəkildə keçmir, əksinə buna zidd olacaq rəvayətlər keçir. İndi bu rəvayətə diqqət edin
İmam Məhəmməd Baqir (ə.s) buyurur: Rükün və Makam arasında 313 nəfər Bədr savaşının sayı qədər olacaqlar ki, onlar Misirdən olan nəcibzadələr, Şamdan saleh qullar və İraq əhlindən seçilən insanlardır. Bu, Allahın istədiyi olacaq.
Ğeybət Şeyx Tusi s 477
Bildiyiniz kimi Hz.Mehdi (ə.s)’ın səhabələri 313 nəfərdir və hədisdə söylənildiyi kimi Yəməndən heç bir kəs yoxdur və rəvayətə baxdığımızda görəcəyik ki, bu yəmən əhlindən, hədislərin heç birində yaxşı vəsf ilə söz edilməyib. Yəmani (ə.s)’ın Yəməndən olacağını necə söyləyirlər, əgər elədirsə niyə onun haqqında heç bir yerdə keçmir? İndi sizə bu bayrağın Şərq tərəfdən gələcəyinə aid hədisləri sıra ilə nəql edəcəyik ki, bu mövzu artıq beynimizdə aydınlaşsın:
Hz Əli (ə.s) buyurur: “Hz. Mehdidən əvvəl, onun övladlarından biri, Şərqdən zühur edəcək və qılıncı 8 ay belində daşıyacaqdır.”Əl Məlahül Fitən seyit ebne Tusi bab 133 Təbi Kağıbdan rəvayət edir: Şam da və Misirdə iki nəfər başa gəldiyində bir-birləri ilə savaşacaqlar, Ən sonda Şam əhli olan hökümdar Misir qəbiləsi olanları əsir alacaq, sonra bir nəfər Şərqdən qara bayraqlarla Şama tərəf hərəkət edəcək. O, Hz. Mehdi (ə.s)`a beət edən ilk adamdır. O, Hz Mehdiyə itaət edəndir və Hz. Mehdi tərfəindən savaşa gedəndir…
Əlməlah ibn Tavus s 54 bölmə 99-ibn Həmmad s 85-Əlhavi c 2 s68-Burhan Əl Muttəki s 149 Bölmə 7 Hədis 8 ve 9
Möminlərin Əmiri İmam Əli (ə.s.) buyurdu:.…bilin ki əgər siz şərqdən gələn inqilabcı gəncə tabe olarsanız Hz. Məhəmməəd (s.a.v)’in yolundan və əxlaqının ardınca getdiyniz deməktir ….- Bihar-ul Ənvar c 51 s 111/112-Roze kafi hədis 22-Akidət-ul MusləminFi Mehdi c1 s 304.
Kağıb-ul Habbardan : Şərqdən bir adam kiçik qara bayraqlarla gələcək və Şamın sahibini öldürəcək və o, Hz.Mehdinin əmrini daşıdığını və ona itaət edilməsini bildirəcək. ElMehdi-ul Moud Muntazar Bölüm 30 s 328 İmam Əli (ə.s.) dedi ki:“Mehdidən öncə Şərqdə onun (Mehdi ə.s’ın) ƏhliBeytindən olan bir adam gələcək, o qılıncı belində səkkiz ay daşıyacaq; öldürəcek və şikəst buraxacaqdır, sonra Beytül Maktisə (Qüdsə) gedəcəkdir və ora ölmədən çatacaqdır.”- Kənzül Ümmal C.7 s.261;Əl Muməhhidun Şeyx Korani s.110
İmam Məhəmməd Baqir (ə.s) buyurur :….Kufəyə biri gələcək. Bu, Hz. Hüseyn (ə.s)’ın nəslindən olacaq və insanları atasına dəvət edəcək, sonra Sufyani ordusunu onun üçün yollayacaq. Əbu Nəimin Əl fitən kitabı Cilt 1 S 28

Salam, Des bannières pour tous les peuples. […]

Q- Le Mahdi dans le Coran.

Salam, Le Qoraychi. Q-27. Nous avons vu que[…]

M- Deux Messies.

Salam, Qoraych. M-14. Mahdi est Korèsh (Qora[…]