#65157
Qaimin qeybəti dövründə şiələrin vəziyyəti

Əli (ə.s) deyirdi: “Bu şiələr daim bol yunlu qoyun sürüsü kimi olacaqlar. Zalım onlardan hansı birinə əl atacağını bilməyəcək. O zaman onların sığınacaq yerləri, işlərində arxalanacaqları bir dayaqları OLMAYACAQ.”
– Biharul-Ənvar: 51/114, hədis 12
– Mucəmul-Əhadis: 3/33, hədis 588
– Qeybəti-Numani (azəricə): səh.209, hədis 1
Səlman Farisi (ə.s) dedi: “Möminlər daim ölü qoyunlar kimi olacaqlar. Zalım bilməyəcək ki, hansı birinə əl atsın. Onların gedəcəkləri yerləri və işlərində sığınacaqları bir dayaqları OLMAYACAQ.”
– Qeybəti-Numani (azəricə): səh.209, hədis 2
Əli (ə.s) buyurdu: “Ey şiələr, sanki mən sizi görürəm ki, dəvə kimi dönüb dolaşırsınız. Bir otlaq axtarırsınız, LAKİN TAPA BİLMİRSİNİZ.”
– Kəmalud-Din: 302, hədis 12, səh.304, hədis 17 və 18
– İlamul-Vəra: 400
– İsbatul-Huda: 3/463, hədis 113, səh.464, hədis 115
– Biharul-Ənvar: 51/109, hədis 1, səh.114, hədis 13
– Qeybəti-Numani (azəricə): səh.209, hədis 3
Əba Əbdillah (ə.s) buyurdu: Osmanın qətlə yetirilməsindən sonra Əmirəl Möminin (ə.s) ilə beyət edildikdə həzrət minbərə çıxıb bir xütbə oxudu və xütbəsində dedi: “Bilin, müsibətiniz Allah Öz peyğəmbərini (s) göndərdiyi günkü vəziyyətinə qayıdıb. And olsun onu haqq olaraq göndərənə, fitnələrə düçar olacaq və ələnib xəlbirdən keçəcəksiniz. ƏN AŞAĞI DƏRƏCƏDƏ OLANLARINIZ ƏN HÖRMƏTLİLƏRİNİZƏ, ƏN HÖRMƏTLİLƏRİNİZ İSƏ ƏN AŞAĞI DƏRƏCƏKLİLƏRİNİZƏ ÇEVRİLƏCƏK. ARXADA OLANLAR ÖNƏ KEÇƏCƏK, ÖNDƏ OLANLAR ARXAYA DÜŞƏCƏK. Allaha and olsun ki, heç bir əlaməti gizlətmədim, he bir yalan söyləmədim…”.
– Biharul-Ənvar: 32/46, hədis 29
– Qeybəti-Numani (azəricə): 223, hədis 1
Bu hədislərdən məlum olur ki, qeybət dövründə şiələrin sığınacaq yerləri, arxalanacaqları dayaqları olmayacaq, halbuki bugün “şiələr”in Mərceyi-Təqlidləri var. Elə isə ya İmam Əli (ə.s) boş söz danışıb (haşa), ya da axırzamanın əməlsiz alimlərinə təqlid edən bu insanlar əslində şiələr deyil ki, elə həqiqət də budur, çünki Qaim (ə.s) qiyam etdiyi zaman İslamı yenidən başladacaq. Bir halda ki, İslam yenidən başlayacaq, onda bugün özlərinin İslam dini üzrə yaşadıqlarını deyən kəslər yanılırlar, çünki yer üzündə İslamın adından başqa heç nə qalmayıb. Ona görə də bugün müctehidlərə təqlid edənlər əslində bu hədisdə keçən şiələr deyil, çünki onların sığınacaq yerləri və arxalanacaq dayaqları vardır. Elə isə bu, əməlsiz alimlərə təqlid edənlərə bir xatırlatma olsun.
Y- Yamani et Yawmiates (Mémoires).

Salam, Le récipiendaire. Y-13. Il est aussi[…]

N- Nostradamus.

Salam, Au détriment des associateurs. N-7. […]

Q- Le Mahdi dans le Coran.

Salam, L’Astre perçant. Q-26. La lumière d[…]