User avatar
By Ali Jafarov
#65170
İsaya Bənzərliyi olan Yəmanidir

Buzov – Əhməd əl Həsənin (ə.s) adına Nəcəfdə açılmış saxta ofis – yalan uyduraraq bizə deyirdi ki, İmam Əhməd əl Həsən (ə.s) İsanın (ə.s) yerinə çarmıxa çəkilib. Həqiqət isə budur ki, Əhməd əl Həsən (ə.s) çarmıxa çəkilməmişdir və İsanın (ə.s) bənzəri deyildir. Aşağıdakı hədislər də təsdiqləyir ki, Qaim barəsində İsaya (ə.s) bənzərliyi olaraq onun çarmıxa çəkildiyi deyiləcək. Bu hədislər və faktlar bir daha İmam Əhməd əl Həsənin (ə.s) Al-i Muhəmmədin (ə.s) Qaimi olduğunu sübut etdi.
Oyanın ey yatmışlar! Oyanın ey ölülər!
Muhəmməd ibn Müslim Səqəfi Təhhan dedi: “Mən, Al-i Muhəmmədin (ə.s) Qaimi barədə soruşmaq üçün Əbu Cəfər Muhəmməd ibn Əli Baqirin (ə.s) hüzuruna gəldim. Belə ki, əvvəldə mənə belə buyurdu: “Ey Muhəmməd ibn Müslim, həqiqətən də Al-i Muhəmmədin (ə.s) Qaiminin 5 peyğəmbərə bənzərliyi var: Yunis ibn Əmittay, Yusif ibn Yaqub, Musa, İsa və Muhəmməd (ə.s).
Yunisə bənzərliyi, qeybətdən, yaşlanmasından sonra gənc olaraq geri qayıtmasıdır.
Yusifə bənzərliyi, onun yaxınlarından və yaxın olmayanlarından qeybəti və qardaşlarından gizliliyidir. Belə ki atası, ailəsi və şiələri arasında məsafənin yaxın olmasına baxmayaraq Yaqub, Yusif barəsində bilmədiyi kimi onun atası da onun əmri barəsində bilməyəcək.
Musaya bənzərliyi, davamlı qorxusu, qeybətinin uzunluğu, gizli doğumu və ondan sonra şiələrinin, əzab və təhqirlərlə üzləşmələrindən dolayı əldən düşmələridir ki, nəhayət Allah Təala onun zühuruna izn verəcək və ona zəfər verərək düşmənlərinə qarşı dəstəkləyəcək.
İsaya bənzərliyi, onun barəsində ixtilafda olmalarıdır, ta ki bir qrup deyəcək ki “o doğulmamışdı”, digər bir qrup deyəcək ki “o öldü”, başqa bir qrup da deyəcək ki “öldürüldü və ÇARMIXA ÇƏKİLDİ”.
Babası Muhəmmədə (s) bənzərliyinə gəldikdə, sonra qılıncla qiyam edərək Allah və Rəsulunun düşmənlərini, tağutları və zalımları öldürəcək, belə ki, ona qılıncla və heybətlə zəfər veriləcək, heç bir bayraq ona geri qaytarılmayacaq.
Mənbə: Kəmalud Din və Təmamul Nima: s.327-328
Həsən ibn Əli ibn Əbu Həmzə rəvayət edir ki, Əbu Bəsir dedi: “Əbu Cəfər Baqirin (ə.s) belə dediyini eşitdim: Bu işin Sahibində 4 peyğəmbərin əlaməti vardır: Musanın əlaməti, İsanın əlaməti, Yusifin əlaməti, və Muhəmmədin (s.a.a) əlaməti.”
Musanın əlaməti, qorxu və həmişə gözdə-qulaqda olmasıdır. İsanın əlamətinə gəldikdə, İSA BARƏDƏ DEYİLƏNLƏR ONUN BARƏSİNDƏ DƏ DEYİLƏCƏK. Yusifin əlaməti, zindan və təqiyyədir. Muhəmmədin (s) əlamətinə gəldikdə, qiyam etdiyi zaman Allah Rəsulunun (s.a.a) davrandığı kimi davranacaq. Bir fərqlə ki, o Muhəmmədin irsini açıqlayacaq və Allah razı qalanadək səkkiz ay qılıncı çiynindən asıb məhv edəcək.
Mənbə: Biharul Ənvar, c.52
“Əbu Cəfər Baqirin (ə.s) belə dediyini eşitdim: Bu işin Sahibində 4 peyğəmbərin əlaməti vardır: “Musanın əlaməti, İsanın əlaməti, Yusifin əlaməti, və Muhəmmədin (s) əlaməti.” Dedim: “Musanın əlaməti nədir?” Buyurdu: “Qorxu və həmişə gözdə-qulaqda olma.” Dedim: “İsanın əlaməti nədir?” Buyurdu: “İSA HAQQINDA DEYİLƏNLƏR ONUN HAQQINDA DA DEYİLƏCƏK.” Dedim: “Yusifin əlaməti nədir?” Buyurdu: “Zindan və qeybə çəkilmə.” Dedim: “Bəs Muhəmmədin (s) əlaməti nədir?” Buyurdu: “Qiyam etdiyi zaman Allah Rəsulunun (s.a.a) davrandığı kimi davranacaq. Bir fərqlə ki, o Muhəmmədin irsini açıqlayacaq və Allah razı qalanadək səkkiz ay qılıncı çiynindən asıb məhv edəcək.”
– əl İmamətu vət-Təbsirə: 93, h.84
– İsbatul-vəsiyyə: 226
– Kəmalud-Din: s.152, h.16; s.326, h.6; s.329, h.11
– Dəlailul-İmamə: 291
– Təqribul-Məarif: 190
– Ğeybəti Tusi: 160, h.57
– İlamul-Vəra: 403
– Ğeybəti Numani (azərbaycanca): 10cu bab, s.176, h.5
Nə İsa ibn Məryəm (ə.s) çarmıxa çəkilib, nə də Al-i Muhəmmədin (ə.s) Qaimi Əhməd əl Həsən (ə.s). Buzov (l.ə) isə həqiqətən də dedi ki, İsanın (ə.s) yerinə çarmıxa çəkilən bənzər İmam Əhməd əl Həsəndir (ə.s).
Həqiqət isə budur ki, İmam Əhməd əl Həsən (ə.s) çarmıxa çəkilməyib. Əslində, onlar İmamın (ə.s) elmini təhrif etdilər və öz mənfəətləri üçün istifadə etdilər. İsanın bənzəri isə İmam Əhməd əl Həsənin (ə.s) bənzəri, onun vəsisi Əba Sadiq Abdullah Haşimdir (ə.s). O Abdullah ki, Vəsiyyətdə onun adı zikr edilmişdir və Qara Bayraqların Sahibi İmam Əhməd əl Həsən (ə.s) tərəfindən bizə açıqlanmışdır.
S- L'Islam comme Religion ?

Salam, Le Rappel. S-10. Mahdi est un avertis[…]

Salam, Les bannières noires. E-13. Le Desce[…]

Y- Yamani et Yawmiates (Mémoires).

Salam, Les rêves qui m’ont aidé à mieux cerner[…]