#65050
Rical Elminə dair əsassız iddialara cavab və Son Nöqtə

5.jpg


Bismillahir-Rəhmanir-Rəhim.
Son zamanlarda bə`zi şəxslər, bizimlə açıq mubarizəyə girişmiş və az qala dediyimiz hər bir sözə mız qoymaqda, sanki and içib əhd bağlamışlar. Silsilə şəklində bütün Rical kitablarını (daha doğrusu Rical kitabı kimi tanıtdırılan “Fehrestlər” haqqında) məlumat verməyimizə, və hədis elminin və rical kitabı və o kitabların qayda-qanunlarının Əhli-Sünnədən götürülmə bid`ət olmasını isbat etməyimizə baxmayaraq, heçnə bilməyən ama bildiyini zənn edən bə`zi Murəkkəb Cahillər, tutarlı və dəlil ilə olan cavab yerinə, əsassız və dəlilsiz sözlər işlətməyə başlamışlar.
Bu cahillərə misal olaraq, Elməddin adlı murəkkəb Cahili misal çəkmək olar.Bu şəxs, Rical elminin guyaki “qədimiliyini” isbat etmək üçün, bir iki şəxsin adını çəkmiş və guyaki bu İmam (ə) dövründə yaşayan şəxslərin, Rical kitablarının olduğunu iddia etmişdir. Açığı heçdə əsəbləşmədən təəccüb içində, hazırladıqları linkə daxil oldumki, həmən iddia etdikləri İmam (ə) səhabəsinin qədimi Rical kitabından ən azı əlyazma şəklində bir-iki səhifəsini görəcəyimi düşündüyüm halda,yenədə köhnə hamam köhnə tas misalı ilə qarşı-qarşıya gəldim.Beləki, həmən linkdə, ərəbcədən tərcümə edilmiş 3-5 kəlmə və guyaki kiminsə “Rical kitabı olub” sözündən başqa heçnə ilə qarşılaşmadım.Ən gülməlisi isə, əsaslandıqları mənbələr, Fehrestut-Tusi və Fehrestun-Nəccaşi kitabları idi.
Gülməli idi..Ona görə gülməli idi ki, Tusinin kitabxanasının yandığını nəzərə alsaq, həmən kitabın Tusiyə məxsus olmasının sual altında olması məsələsi bir yana qalsın, hətta yüzdə yüz həmən kitab Tusinin olsada, təhriflərlə dolu olduğunuda çox gözəl bilirik.Yada Nəccaşinin Fehrestinin (ki Rical kitabı olduğu iddia edilir), məgər təhrif və əlavələrdən təmiz olduğunu kim iddia edə bilər?!
Əgər vəziyyət belədirsə, siz Elməddin və onu əllamə bilən muqəllidləri! Məgər Tusinin və Nəccaşinin Fehrestlərinin təhrif olunduğunu bilmirsinizmi?? Bəs hansı haqqla təhrif olunmuş kitabdan stat gətirir və həmən kitabdan bir iki cümlə yazaraq, “Filan İmamın (ə) dövründə Rical kitabları yazılıb” deyə səfsəfələr işlədirsiz?!
Məsələn: Nəccaşinin kitabına nəzər salaq.
Ricalun-Nəccaşi kitabının 385-ci səhifəsində, 1070-ci şəxs olan Muhəmməd İbni Həsən İbni Həmzə haqqında qeydlər aparılmış və onun özü və yazdığı kitablar və digər məsələlər haqqında, qısaca məlumat verilmişdir.
Təbii, indi bə`zi şəxslər soruşa bilərki, burda qeyri-adi olan nədir? Diqqət edin! Bilənlər bilir, bilməyənlərdə öyrənə, elə Ricalun-Nəccaşi kitabının muqəddimə hissəsində, ön söz olaraq əlavə edilmiş hissədən, yada qısa yolu Vikipediyadan və internet saytlarından da öyrənə bilərsiz, Cənab Ağayi Nəccaşi, Hicri-Qəməri tarixi ilə 450-ci ildə, Miladi Tarixi ilə 1029-cu ildə vəfat etmişdir. Amma iş orasındadır ki, həmən bu Nəccaşinin kitabında, Nəccaşinin yazdığı deyilən bu dırnaqarası original kitabda, 1070-ci şəxs olaraq qeyd edilən Muhəmməd İbni Həsən İbni Həmzənin haqqında məlumat verildikdən sonra, onun 463-cü ildə vəfat etməsi qeyd edilib.
Yəniki, əgər bu kitab, təhrifdən uzaqdırsa və original nüsxə olaraq Nəccaşiyə məxsusdursa, onda 450-ci ildə vəfat edən Nəccaşi,belə çıxırki Allahdan icazə alır, Əzrail (ə) onu dala qaytarır, çıxır qəbirdən gəlir və açır kitabını Muhəmməd İbni Həsən İbni Həmzənin ölüm tarixini, yəni öz ölümündən 13 İL SONRASINI qeyd edir, sora yenidən qayıdır qəbrə?))
Çünki Muhəmməd İbni Həsən İbni Həmzə, 463-cü ilə vəfat edib! Necə ola bilər ki, 450-ci ildə vəfat edən Nəccaşi, 463-cü ildə vəfat edən şəxsin “vəfat etdiyi tarix” haqqında məlumat versin??
Əgər bucürdürsə, onda sizdən xahiş edirik ki, daha etibarlı və təhrifdən uzaq mənbələrə istinad edin.Və ən əsası, iddia etdiyiniz kimidirsə, və İmamların (ə) dövründə İmamların (ə) səhabələri Rical kitabları yazıblarsa, onda o Rical kitablarının bir-iki əl yazma nüsxəsini üzə çıxarıb göstərin!!
İndi keçək digər bir məsələyə.Əzizlər! Hədis Elminin Əhli-Sünnədən götürülməsi və Şiə məzhəbində belə bir elmin olmamasını məsələsini ilk dəfə önə çəkən bizlər deyilik.Yada muasir dövrdə bu barədə araşdırmalar aparmış ƏbdulHəlim Əl-Ğizzi və ya sair şəxslər deyil! Amma nədəndirsə, Elməddin murəkkəb cahili, bu məsələlərdəndə xəbərsiz və deyir:
“Sizlər özünüzü cırsanız və nəqədər üsyan etsənizdə, Rical elmi ta əzəldən olub! Və Şiə üləması bu elmi daim qəbul etmiş və dəstəkləmişlər!”
Bu mənada olan sözləri işlədən Elməddinə cavabımız bucürdür:
“Sənin kimi şəxslər, yalanın birini bir qəpikdən deyir və özü hır-zır qanmadığı halda, özünü alim zənn edirsə, təbiki kor baxışla ancaq öz dediyini dəstəkləyər.Amma həqiqi tədqiqatçı olan şəxslər,nəyin nə olduğunu bilir. Əgər səndə bilsəydin, “özünüzü cırsanızda….” sözüvün, bizdən və muasir dövrdəki bə`zi şəxslərdən əvvəl, gedib Hurr Amuli, Yusif Əl-Bəhrani kimi görkəmli alimlərə çatdığını qanar və azğından yaramaz və çirkli sözlər çıxarmamışdan əvvəl, birdaha düşünərdin.
Beləki, Şiənin ən böyük alimləri də, Rical elmi haqqında fikir səsləndirərkən, bunları demişlər:
1-Şiənin ən məhşur və ən qabaqcıl mühəddislərindən biri olan Şeyx Hurr əl-Amili demişdir: “Yeni istilahlar (yəni hədisləri “səhih” və “zəif” kimi növlərə ayırmaq) əhli-sünnətin etiqadına və qaydalarına müvafiqdir. Hətta bu elm, onların kitablarından götürülmüşdür.”
(Vəsailuş-şiə,cild 30/səhifə 259).
2- Şeyx Hurr Amuli deyir: “Məlum olduğu kimi, bu istilahlar Əllamənin (yəni ibn Mutahhar əl-Hillinin) və ya onun şeyxi Əhməd ibn Tavusun zamanında ortaya çıxmışdır.”
(Vəsailuş-şiə, cild 30/səhifə 262).
3-Şeyx Hurr Amuli yenə deyir: “Əhli-sünnət hədisin sənədinə və doğruluğuna fikir verirdi. Bu səbəbdən də şiələr daima əhli-sünnətin yanında, əssasız yerə özlərini gözü kölgəli hiss edirdi. Çünki Şiə məzhəbində hədis elmi mövcud deyildi və hədisləri rical elmi olmadan (mətnə əsasən) qəbul edirdilər. Bu səbəbdən də onlar, əhli-sünnətin qınağından qurtulmaq üçün Rical elminə girişdilər. Ancaq heç bir faydası da olmadı.”
(Vəsailuş-şiə, 30/257)
4- Şeyx Hurr Amuli özü də etiraf edir ki, şiə alimlərindən bə`ziləri, sünnilərə baxaraq, hədisləri zəif-səhihə ayırmaları boş,əbəs bir şey və Rical elminin öznünündə batil və əsassız bir məsələ olduğunu vurğulamış və əlavə olaraq demişdir:
“Şeyx (ət-Tusi) çox vaxt hədisin ravisinin zəif olduğuna görə, hədisi də zəif sayır…Ancaq Şeyxin hədisləri bu səbəbdən ötrü, yəni ravisinin zəifliyindən ötrü zəif sayması qeyri-həqiqi bir şeydir… Məsələn, (Tusi) deyir ki: “Bu ravi zəif olduğuna görə, onun rəvayət etdiyi hədis də zəifdir”. Sonra biz görürük ki, o, başqa bir yerdə elə bu zəif ravinin rəvayəti ilə əməl edir. Hətta, bəzi yerlərdə ondan da zəif olan ravini qəbul edir.Çox yerdə hədisi Mürsəl olduğuna görə (yəni: sənədi tam olmadığına görə) zəif sayır, sonra elə özü (başqa bir yerdə) Mürsəl hədisi dəlil gətirir. Hətta o, çox vaxt sənədi qırıq (mürsəl) və zəif rəvayətləri qəbul edir, amma Müsnəd (sənədi tam) və raviləri güclü olan hədisləri isə rədd edir.” (Vəsailuş-şiə,cild 30/səhifə 279).
5-Hurr əl-Amili Rical elmi barədə yenədə demişdir: “Əgər hədis-lərimiz (Şiə məzhəbində kökü olmayan və batil bir elm olan Rical elminə əsasən) araşdırılsa, əksəriyyəti zəif çıxacaqdır!!”
(Vəsailuş-şiə,cild 30/səhifə 260)
6-Hairi demişdir: “Heç bir şübhə yeri olmadan məlumdur ki, bizim alimlərimizdən ŞƏHİDUS-SANİDƏN QABAQ, dirayətul-hədisə dair kitab yazan olmayıb! Bu elm əhli-sünnədən götürülmüş elmdir.” (Muqtəbisul-əsər,cild 3/səhifə 73)
7-Feyz Kaşani özünün Əl-Vafi kitabında, Rical elmi haqqında ətraflı söhbət açmış, Rical elminin Şiəliyə xeyirdən çox zərər verdiyini, və hədislərin əksəriyyətinin, Rical elminə əsasən zəif olduğunu bildirmişdir.Və Rical kitablarının da, ziddiyyətlər, təhriflər və ixtilaflarla dolu olduğunu bəyan etmişdir.
(Mənbə: Feyzul-Kaşani, Əl-Vafi kitabı, cild 1/səhifə 11-12)
8-Muhəddis, Fəqih və böyük Alim olan,Yusuf əl-Bəhrani də bunu təstiqləmiş, və özünün ən böyük əsəri olan, Əxbar məktəbinin əhkam və əhkamı ələ gətirmə və şərii məsələlərin qanun qayidəsi haqqında qələmə aldığı,25 cildlik böyük əsəri olan “Hədaiqun-Nazirə fii Əhkamil İtrətit-Tahirə” kitabında yazır:
“Hədisləri “səhih” və “zəif” kimi növlərə ayıran ilk şəxslər, İbn Mutahhar və onun ustadı ibn Tavus olmuşdur.
(Hədaiqun-Nazirə fii Əhkamil İtrətit-Tahirə, cild 1/səhifə 53)
Bu qədər dəlillərdən, hər bir rical kitabının silsilə şəklində tədqiqidəndən, 12-dən çox Hədis elmi haqqında hazırladığımız məqalələrdən, və Elməddin cahilinin “özünüzü cırsanızda…” sözündən sonra, Şiə Üləmalarının bu barədəki sözlərindən sonra, məncə muxalif cəbhə üçün heçbir bəhanə yeri buraxılmamış və bütün iddialar darmadağın edilmişdir.
Odurki, ey muxaliflər! İstəsənizdə, istəməsənizdə, haqq söz qarşısında susqunluğa və məğlubiyyətə düçar olan kəslər, məhz sizlərsiz! Allah hidayət etsin!
Vəssəlamu aleykum və Rəhmətullahi və Bərəkatuh!
You do not have the required permissions to view the files attached to this post.

Salam, À ceux qui ne jurent que par le Coran… […]

A- Nom nouveau du Mahdi.

Salam, Le Coran et Al-Kawthar sont reliés. A-1[…]

Q- Le Mahdi dans le Coran.

Salam, Un peu de réflexion. Q-25. Par syllog[…]