User avatar
By Ali Jafarov
#65059
Rəddiyyə – 1

Ya Allah! Rical elmini dəstəkləyənlərin bu batil elmi müdafiə etmək üçün önə sürdükləri cavablara bir nəzər salaq inşaAllah. Onların iddiaları ilə bu link vasitəsilə tanış ola bilərsiniz:
http://az.313news.net/article/a-292-3.html

(1-ci şübhə adlandırdıqları məqaləyə cavab)

“Qurani-Kərim ravinin (güvənirlik və qeyri-güvənirlik) baxımından vəziyyətini öyrənməyin zərurətinə diqqət çəkən ilk mənbədir. Belə ki, Allahu-təala buyurur: “Ey iman gətirənlər! Əgər bir fasiq sizə xəbər gətirsə onu araşdırın ki, məbada, bilmədən bir dəstəyə pislik edər və sonra etdiyinizdən peşman olasınız.” (Hucurat surəsi, 6). Qurani-Kərim fasiq xəbər gətirdiyi zaman araşdırmağı əmr etmişdir. Məlumdur ki, bizi ravinin halı ilə tanış edən və bizə onun fasiq olub olmadığını öyrədən elm rical elmidir.”
Burada bizim dəlil olaraq gətirdiyimiz Quran ayəsini bizə qarşı yozmağa çalışmışlar ki, bunu da doğru düzgün bacarmamışlar. Əvvəla, “Qurani-Kərim ravinin (güvənirlik və qeyri-güvənirlik) baxımından vəziyyətini öyrənməyin zərurətinə diqqət çəkən ilk mənbədir…” və bu cümlənin ardınca ricalın batilliyini sübut edən ayəni dəlil gətirərək, çaşğınlıq yaratmağa çalışmışlar, və sonrakı cümlələrdə də, ayəni onların deyil, bizim yozduğumuzu iddia edərək öz əqli fikirlərini önə sürmüşlər, qısaca, söz oyunu oynamağa çalışmışlar.
İndi isə ayəyə bir daha diqqətlə nəzər yetirək: “Ey iman gətirənlər! Əgər bir FASİQ sizə xəbər gətirsə, ONU araşdırın ki, məbada, bilmədən bir dəstəyə pislik edər və sonra etdiyinizdən peşman olasınız.” (Hucurat surəsi, 6)
Yəni açıq şəkildə xəbər gətirənin fasiq olduğu buyurulur, yəni xəbər gətirən FASİQ BELƏ OLSA, yenə də XƏBƏRİ ARAŞDIRMAQ TƏKİDLƏ BUYURULUR. Bu nə deməkdir? Yəni bugün rical elminin şərtlərilə getsək, onda şəxsi araşdıraraq, həmin şəxsin fasiq olduğunu aşkara çıxarsaq, o halda xəbəri şübhəli və gərəksiz bir məlumat kimi bir kənara atmaq lazım gəlir. Budur rical elminin Quran ayəsilə ziddiyyət təşkil etdiyi nöqtə. Və məlumdur ki, Quranla ziddiyyət təşkil edən bir “elm” BATİLDİR.
İddiamız: Gərəkli olan budur ki, mətni araşdıraq, ravi siqə və ya fasiq olsa belə. Çünki höccət olan ravi(nin özü) deyil. Höccət olan məhz hədis və rəvayətin mətnidir.” (ət-Tariq ilə dəva əl-Yəmaniyyə, səh.78)
Onların cavabı: İstər fasiqin xəbərini qəbul etməyi qeyri-caiz bilək, istərsə də, o xəbər gətirən zaman onun xəbərinin araşdırılmasını və bundan sonra qəbul və ya inkar edilməsi gərəkdiyini deyək, fərq etməz, hər iki halda rical elminə ehtiyaclı olacağıq.
Birinci hala gəlincə ki, məlumdur. İkinci hala gəlincə isə, ona görə ki: bu halda rical elmi həyəcən və xəbərdarlıq siqnalı funksiyasında olacaq. Bu mənada ki, bizi növbəti mərhələdə xəbəri qəbul və ya rədd etməyimiz üçün onu araşdırmağa sövq edəcək.
“İstər fasiqin xəbərini qəbul etməyi qeyri-caiz bilək” – rical elminin məğzi, elə bu cümlə ayəyə açıq-aydın ziddir, davam edək, “bu halda rical elmi həyəcən və xəbərdarlıq siqnalı funksiyasında olacaq. Bu mənada ki, bizi növbəti mərhələdə xəbəri qəbul və ya rədd etməyimiz üçün onu araşdırmağa sövq edəcək.” yəni onların sözlərindən belə çıxır ki, bizi xəbəri araşdırmağa sövq etdirən, ayə yox, məhz ricaldır. Bu necə məntiqdir? Bu necə düşüncə formasıdır? Ayəni bir daha oxumağınızı xahiş edirəm, və ayədən də anlaşılır ki, bizi XƏBƏRİ araşdırmağa sövq edən məhz bu ayədir, burada ricalın elə bir əhəmiyyəti yoxdur, ricala görə ravi fasiqdirsə, artıq xəbər güvənilir hesab olunmur, halbuki bizim ölçümüz Quran olmalıdır. Necə ki, rical elminin batil olduğunu Qurani Kərimlə açıqladıq, və eləcə də hədisləri də bu yolla açıqlamalıyıq.
Növbəti oyun – “Bununla yanaşı, siqə şəxsin xəbəri ilə fasiq şəxsin xəbərinin eyni səviyyədə olduğunu demək və onların hər ikisinin xəbərlərinin araşdırılması gərəkdiyini iddia etmək, ayədəki “fasiq” sözü ilə oynamaqdır.” – əvvəla, bugün bizə gəlib çatan Rical elmində, ravilərin siqə və ya fasiq şəxslərlə bağlı müxtəlif fikirləri vardır. İlk məqaləmizdə də qeyd etdiyimiz kimi, məsələn, bir şəxsə Şeyx Tusi etibarlıdır deyər, ancaq Nəccaşi deyildir deyər, və ya əksinə, hətta bəzən bir ravi bir kitabında bir şəxsə etibarlıdır deyər, başqa bir kitabında isə etibarsızdır deyər. O halda rical elmi bizim köməyimizə çatmır, çünki artıq bu ziddiyyətlər bizi ravi ilə bağlı şübhələrə salır ki, bu zaman yenə də köməyimizə Quran çatır. Budur Qurandan buna sübut olaraq bəzi ayələr:
“Ey iman gətirənlər! Allaha itaət edin, əmr sahiblərinə də itaət edin. Əgər bir şey haqqında anlaşılmazlığa düşsəniz, Allaha və Axirət gününə həqiqətən inanırsınızsa, onu ALLAHA VƏ RƏSULUNA ərz edin. Bu, daha xeyirli və nəticə etibarilə daha yaxşıdır.” (Nisa:59)
“Xeyr! Sənin Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən çəkişmələrdə SƏNİ hakim hesab etməyincə, sonra da verdiyin hökmlərə görə özlərində bir sıxıntı duymadan tam təslim olmayınca iman gətirmiş olmazlar.” (Nisa, 65)
Və məqaləmizi bir neçə hədislə sonlandırmaq istərdik ki, bu hədislər, və bunun kimi onlarla hədislər rical elmini darmadağın edir:
قال الإمام الصادق )ع( لمحمد بن مسلم : ) يا محمد ما جائك في رواية من بر أو فاجر
يوافق القرآن فخذ به ، وما جائك في رواية من بر أو فاجر يخالف القرآن فلا
تأخذ به ( البرهان ج ۱ ص ۶۳ .المجلسي – بحار الأنوار – الجزء : ) ۴ ( – رقم الصفحة : ) ۴۲۲ )
İmam Sadiq (əs) buyurdu: Ey Muhəmməd, saleh və ya pis bir insandan Qurana uyğun olan bir hədis gələrsə, onu qəbul et və saleh və ya pis bir insandan Quranla ziddiyyət təşkil edən bir hədis gələrsə onu burax. (Əl-Burhan, cild 1, s.73; Biharul-Ənvar, cild 2, s.244)
ان الحق و الباطل لايعرفان باقدار الرجال، اعرف الحق تعرف اهله، اعرف الباطل تعرف اهله.شر
نهج البلاغه ابن حديد
Hz.Əli (əs) buyurdu: And olsun ki, haqq və batil kişilərin özəllikləri ilə tanınmaz (riçal alimləri kimi), əvvəlcə haqqı tanıyın, sonra onun əhlini tanıyacaqsınız. (Şərhul Nəhcul Bəlağa İbn Xəlil)
QEYD EDƏK Kİ, BU VƏ NÖVBƏTİ MƏQALƏLƏRDƏ QEYD EDİLƏN HƏDİSLƏRİN HAMISI RİCAL ELMİNƏ GÖRƏ SƏHİHDİR!
S- L'Islam comme Religion ?

Salam, Les méchants mécréants vont payer. S-[…]

N- Nostradamus.

Salam, Le retour du Christ. N-8. Quatrain f[…]